Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2680/2025 16.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri 7 saylı notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi “mirasın qəbul edilməsi müddətinin bərpası, miras əmlakının qəbulu faktının müəyyən edilməsi və şəhadətnamənin verilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Bakı şəhəri 7 saylı notariat ofisini maraqlı şəxs qismində cəlb edərək ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə vəfat etmiş anası X2 qalmış mirasın onun tərəfindən qəbul edilməsi müddətinin üzrlü hesab edilərək həmin müddətin bərpa edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3№-li Zeytun sovxozunda yerləşən 81 saylı evdən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və ona həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 7 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, 1990-cı ildə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3№-li Zeytun sovxozunda yerləşən 81 saylı evi alıblar. Ev anası X3 adınadır. Anası 2004-cü ildə vəfat etmişdi. Özü bu evdə 1990-cı ildən bu günədək yaşayır. Halhazırda ailəsi (arvadı və 4 uşağı) ilə birgə bu ünvanda yaşayır. Başqa heç kim bu evdə yaşamır. 2000-ci ilə qədər bacısı Tükəzban da bu evdə yaşayırdı. Sonra ailə qurub bu evdən köçmüşdür. Maraqlı şəxs qismində cəlb edilmiş Bakı şəhəri 7 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, notariusun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18*-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilən fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun surətindən görünür ki, 3№-li Zeytun sovxozunda yerləşən 81 saylı ev X3 istifadəsindədir. İş materiallarında olan Abşeron rayon İcraiyyə Komitısinin qərarından xx.xx.1991-ci il tarixli *2 saylı çıxarışdan görünür ki, X4 verilmiş 0,10 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 438333 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X* 02.03.200*-ci il tarixdə Bakı şəhərində vəfat etmişdi. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 089*08 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdi. İş materiallarında olan 3*6129 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* ilə X7 xx.xx.19983-cü il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 14.0*.202*-ci il tarixli məktubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyünə görə müraciətlərini təmin etmək mümkün olmamış və ona aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan İX-ЖГ seriyalı 498*33 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə X6r. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirmişdir ki, Sultan onun qohumu və qonşusudur. Sultanın anası Gülaf təxminən 2003-2004-cü illərdə vəfat edib. Sultana anasından torpaq sahəsi qalıb, həmin torpaq sahəsində ev var idi. Sultan 1990-cı ildən indiyədək bu evdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirmişdir ki, Sultan onun dostudur. Sultan 1990-cı ildən indiyədək bu evdə yaşayır. Ev ona ata-anasından qalıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə müəyyən olundu ki, 3№-li Zeytun sovxozunda yerləşən 81 saylı ev X3 istifadəsinə verilmişdir. X7 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhumun oğlu Ərizəçi onun birinci növbədən varisidir və anasının ölümündən sonra həmin ünvanda yaşayır, yəni, faktiki olaraq mirası qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X2 miras əmlakın qəbul edilməsi üçün müddət bərpa olunmalıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3№-li Zeytun sovxozunda yerləşən 81 saylı evdən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən olunmalıdır. Həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 7 saylı notariat ofisinə həvalə edilməsi məhkəmə səlahiyyətinə aid olmadığı üçün məhkəmə hesab edir ki, bu tələb təmin oluna bilməz. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2004-cü il tarixdə vəfat etmiş X2 miras əmlakın qəbul edilməsi üçün müddət bərpa olunsun. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3№-li Zeytun sovxozunda yerləşən 81 saylı evdən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2680/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2680/2025
16.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver