Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2684/2021 27.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 9200 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X8 ilə 07.08.2009-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahıdan iki uşaqları olmuşdur: 24.09.2010-cu il təvəllüdlü X7 və 30.03.2016-ci il təvəllüdlü X9. Cavabdeh ilə ailə qurduqdan sonra onlar bir müddət ailədə normal münasibətdə yaşamışlar. Lakin sonradan cavabdeh ilə ailədə münasibətləriz pozulmuş, belə ki,cavabdeh ilə onların xasiyyətləri biri-birinə uyğun gəlməmiş, ailədə cavabdeh iddiaçı ilə yola getməyib və ailəsi ilə maraqlanmayıb. Bu səbəbdən də o, cavabdeh X4 qarşı aralarında olan nikahın ləğv edilməsinə dair iddia tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 09 mart 2021-ci il tarixli qənaməsi əsasında onların arasında olan nikah pozulmuşdur. Bildirir ki, o, 07 avqust 2009-cu il tarixdə cavabdehin xüsusi mülkiyyətində olan evə gəlin gəlmişdir. Bundan sonra 2014-cü ildə öz vəsaiti hesabına, yəni mərhum anası tərəfindən ona verilən vəsait əsasında gəlin gəldiyi evin mətbəxinin və iki otağının təmirinə cəmi olaraq 3500 manat pul xərcləmişdir. Bundan sonra 2015-ci ildə o, yenidən anasının köməkliyi əsasında yaşadığı evin hamam və tualetinə 500 manat xərcləməklə pul ödəmişdir. Bundan sonra o, 2016-cı ildə ona hədiyyə olunan qızıllarını satmaqla cavabdehin xüsusi mülkiyyətində olan evin 5 otaq və hamamına ümumi 1700 manat məbləğində kombi sistemi çəkdirmişdir. Bundan sonra isə yaşaydığı evin qonaq otağının təmirinə yenidən anasının iddiaçıya köməyi əsasında 1500 manat pul xərcləmişdir. Axırıncı dəfə isə 2018-ci ildə yaşayış sahəsinin iki otağının təmirinə isə 2000 manat pul vəsaiti xərcləmişdir. Bildirir ki,hal-hazırda cavabdeh ona qarşı yaşayış sahəsində istifadə huququnun itirilməsi, pasport qeydiyyatından çıxarılması və iki uşaqları ilə birgə evdən çıxarılma tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bidirdi ki, həmin mənzil 4 otaqlıdır. Mənzil daim nəm çəkdiyindən otaqları kif olur. O, həmin mənzilin qonaq otağını 2 dəfə, öz otağını isə 2- 3dəfə təmir etmişdir. Kombinin sistemini 1700,0 manat və həmin sistemin çəkilməsinə 300,0 manat xərcləmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmiş və izahatında qeyd etmişdir ki, iddiaçı onun gəlinidir. İddiaçı onun oğlu ilə ailə qurduqdan sonra həmin mənzilə köçmüş onlar bir yerdə yaşamışlar. Həmin mənzilin iki otağı o, gəlninə verilmişdir. İddiaçı hal-hazırda da həmin mənzildə yaşamaqla ordan istifadə edir. İddiaçı həqiqətən müxtəlif illərdə həmin mənzildə özünə məxsus otaqlarda kosmetik təmir işləri aparmışdır. Belə ki, onların mənzili daim nəm çəkir. Ona görə də gəlni ilə oğlu həmin otaqlarda kosmetiq təmir işləri apamaqla cüzi xərclər çəkmişlər. Bundan başqa iddaçı ona məxsus mənzilin mətbəxinə əlavə şkaf qoymuşdur. Həmçinin iddiaçı ona məxsus mənzilin sanitar qovşağında olan köhnə ayqyolu çanağını götürməklə yerinə yenisini qoymuşdur. İddiaçı hal-hazırda onun mənzilində yaşamaqla həmin mənzildən istifadə edir. İddiaçı həmin mənzildən çıxanda həmin əşyaları özü ilə apara bilər. Mənzildə kombi sitemi çəkilməmişdir. Həmin mənzilin istilik sitemi olmuşdur. Lakin, istilik sisteminin kombisi köhnə olduğundan iddiaçı sadəcə onu dəyişmiş və öz otağına bir ədəd yeni istilik radiatoru qoymuşdur. İddiaçı özünəməxsus qızılları sataraq satışdan əldə etdiyi puldan 1000 manat kombi aparatının alınmasına xərcləmişdir. O, kombi aparatına görə 1000 manat məbləğində pulun iddiaçıya verilməsinə etiraz etmir və o, bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etmişdir. O, iddia tələbinin 1000 manat məbləğində pulun iddiaçıya verilməsi hissəsində təmin edilməsini, iddia tələbinin qalan hissəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Cavabdeh oğlu ilə sinif yoldaşı olmuşlar. O, evlərin təmiri ilə məşğuldur. 2019-cu ildə cavabdehgilin evini təmir etmişdir. Həmin vaxt təmir üçün lazım olan materialların da alınmasında iştirak etmişdir. Cavabdeh evini bütünlükdə təmir etdirmiş, təmir xərci təxminən 4000-5000 manat civarında, usta xərci isə 1000 manat təşkil etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını, şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.08.2009-cı il tarixli, 695 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasında 07.08.2009-cu il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 695 nömrə ilə qeyd edildmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24.09.2010-cu ildə doğulmuşdur. Onun atası X8, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 30.03.2015-ci ildə doğulmuşdur. Onun atası X8, anası İddiaçıdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-760/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X4 qarşı nihahın pozulması və aliment tələbinə dair iddianın təmin edilməsi, İddiaçı ilə cavabdeh X8 arasında Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon qeydiyyat şöbəsində 07.08.2009-cı il tarixdə 695 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 24.09.2010-cu il təvəllüdlü X1 və 30.03.2015-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılması, 24.09.2010-cu il təvəllüdlü X1 və 30.03.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18.12.2020-ci il tarixdən başlayaraq cavabdeh X2 İddiaçı xeyrinə hər uşağa hər ay 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-930/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X4 və X6 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 13500 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanlanan ərizəsindən görünür ki, o, kombi sisteminin çəkilməsinə görə 1000 manat məbləğində pulun iddiaçıya verilməsinə etiraz etmir və iddia tələbinin 1000 manat məbləğində pulun iddiaçıya verilməsi hissəsində təmin edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı kombi sisteminin çəkilməsinə görə 1000 manat məbləğində pul xərclədiyini etiraf etmişdir. Cavabdeh tərəf iddiaçının kombi sisteminin çəkilməsinə görə 1000 manat məbləğində pul xərclədiyini və ona görə xərclənmiş pulun qaytarılmasınıl etiraf etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Belə olan halda, cavabdeh 1000 manat məbləğində pulun iddiaçı tərəfindən kombi sisteminin çəkilməsi üçün xərclədiyini qaytarmağa etiraz etmədiyini bildiridiyindən həmin məbləği qaytarmasının təmin edilməsini məhkəmə əsaslı hesab edir. İddiaçı evi istilik sistemi ilə təmin etmək üçün çəkdirdiyi kombi sisteminin 1700 manat məbləğinə başa gəlməsinə dair sübutu isə təqdim etmədiyindən, məhkəmə cavabdehin kombi sistemini 1000 manata quraşdırılmasına dair dəlillərini işin hallarına uyğun sayır. İş üzrə sübutlarla iddiaçının cavabdehə məxsus mənzilə 1000 manat dəyərində kombi sisteminin quraşdırılması işlərinə xərc çəkdiyini nəzərə alaraq hesab edir ki, həmin xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin mübahisələndirilən halı iddiaçının cavabdehə məxsus evdə təmir-bərpa işləri üçün sərf etdiyi 7500 manat məbləğində pulun qaytarılmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, işin araşdırılmış halları, tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə məxsus evdə yaşamaqla müəyyən vaxtlarda (2014-2018-ci illərdə davamlı olaraq) orada özünə yaşayış üçün əlverişli şərait yaratmaq üçün müyyən kosmetik təmir işləri aparmışdır. Lakin həmin təmir işlərinə sərf edilmiş məbləğlər iddia qeyd edildiyi kimi olması öz təsdiqini tapmamaqla yanaşı (məhkəmədə dindirilmiş şahid də ifadəsində iddiaçının iddia qeyd etdiyindən fərqli zidd olaraq 2019-cu ildə oranın təmirinə 5000 manat xərclənməsini qeyd etmişdir ki, bunada məhkəmə tənqidi yanaşmaqla inandırıcı hesab etmir və subut kimi qiymətləndirmir), məhkəmə mübahisənin həllinə əsas olaraq hesab edir ki, həmin vəsaitlərin xərclənməsi təsdiqni tapsa belə bu məbləğ cavabdehdən tutula bilməz. Belə ki, həmin təmir işlərinin iddiaçı özü ailəsi və uşaqlarının normal yaşayışı üçün müxtəlif illərdə etməklə özü və ailəsi həmin yaxşılaşdırmalardan faydalanmaqla istifadə etmiş, orada yaşamış və hal-hazırda da orada yaşamaqda davam edir. Belə olan halda həmin yaxşılaşdırmalara görə cavabdehdən pulun tutulması qanuni və əsaslı hesab edilə bilməz. Bundan əlavə həmin vaxtlarda iddiaçı tərəfindən ayrıla bilən yaxşılaşdırmalar edilsə də, məhkəmə hesab edir ki, həmin əşyalar (mətbəx şkafı, ayaqyolu çanağı) iddiaçının həmin evdən çıxdığı halda apara biləcəyi əmlak kateqoriyasına aid olmaqla həmin əşyalara görə cavabdehin ona pul ödəməsini istəməsi qanunvericiliyin müvafiq normasının şərtlərinə də uyğun deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh İddiaçı xeyrinə 7500 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 1000 manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 15,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 15,0 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” (maddə 77.1). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehdan 1000 (bir min) manat məbləğində pul və 15,0 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15,0 (on beş) manatı İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2684/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2684/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver