Məhkəmə qərarları › İş №2(003)-2687/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2687/2022

27.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2687/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxslər Bakı şəhəri 3* saylı Notariat Ofisi və Bakı şəhəri Maraqlı şəxs2) “qohumluq münasibətlərinin və ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “qohumluq münasibətlərinin və ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, onun mərhum X2nun mərhum X*5 (Məşədimirzə) Hənifə oğlunun doğma oğlu olması və mərhum X*5 (Məşədimirzə) Hənifə oğlunun *974-cü ildə Bakı şəhərində vəfat etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun mərhum X2nun mərhum X*5 (Məşədimirzə) Hənifə oğlunun doğma oğlu olması və mərhum X*5 (Məşədimirzə) Hənifə oğlunun *974-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi (keçmiş Kuybeşov) R.Əşrəfov küçəsi döngə * ev *9 «a» ünvanda yerləşən ev onun mərhum babası (atasının atası) Quliyev Məmmədmirzə (Məşədimirzə) Hənifə oğluna məxsus olmaqla onun xüsusi mülkiyyətindədir. X2 *93* -ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum X2 23.03.*99*-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X*5 (Məşədmirzə) Hənifə oğlu *872-cı ildə Bakı şəhərində anadan olmuş və o, *974-cü il tarixdə *02 yaşında Bakı şəhərində vəfat etmişdir. X2 və X*5 (Məşədimirzə) Hənifə oğlu vəfat etdiyi günədək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi döngə *, *9 saylı evdə pasport qeydiyyatında olmuşdur və həmin evdə yaşamışdır. O, özü də həmçinin anadan olandan indiyədək yuxarıda göstərilən sözügedən ünvanda yerləşən evdə öz ailə üzvüləri ilə yaşayır və orada pasport qeydiyyatındadır. Hazırda sözügedən evi vəsiyyət və qanun üzrə vərəsəlik əsasında öz adına rəsmiləşdirmək istəyir. Bu məqsədlə Bakı şəhəri 3* saylı Dövlət Notariat Kontoruna müraciət etmiş, orada isə ondan atasının doğum haqqında şəhadətnaməsini, babasının isə ölüm haqqında şəhadətnaməsini tələb etmişlər. Bildirir ki, qeyd edilən doğum və ölüm haqqında sənədlər onda olmadığına görə həmin sənədləri əldə etməkdən ötrü arxivə Qeydiyyat Şöbəsinə müraciət etmiş və orada da həmin sənədin aşkar olunmadığı barədə ona imtina məktubu verilmişdir. Bu səbəbdən də qohumluq və ölüm faktının müəyyən edilməsinə dair ərizə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, onun mərhum X2nun mərhum babası X3 doğma oğlu olması və mərhum babası X3 *974-cü ildə Bakı şəhərində vəfat etmə faktını məhkəmədə Binə qəsəbəsinin (kəndinin) yaşlı sakinləri də şahid qismində təsdiq edə bilərlər. Əlavə olaraq qeyd edir ki, mərhum X*5 (Məşədimirzə) Hənifə oğlu *974-cü ildə qohum və qonşuların iştirakı ilə Nardaran qəsəbəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Bakı şəhəri 3* saylı Notariat Ofisinə və Bakı şəhəri Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri 3* saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək onun nümayənədəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X6 adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi R.Əşrəfov küçəsi (keçmiş Kuybışev küçəsi), döngə *, *9 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi və həmin ünvana dair onun adına texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 tərəfindən Bakı şəhəri üzrə “X*0 X* Sistemi”-dəki məlumatlar yoxlanıldı və Quliyev Məmmədmirzə (Məşədimirzə) Hənifə oğlunun ölümü haqqında akt qeydi aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin *0.0*.2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və X*0 idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində sentyabr *929-*934-cü illərə dair Bakı şəhəri Binə qəsəbəsi üzrə qismən qəbul olunmuş doğum haqqında bərpa kitablarında, *934-*943-cü illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə doğum haqqında bərpa kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat yoxdur. Həmçinin yanvar-avqust *929-cu ilə dair Binə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. İş materiallarında olan Bakı şəhəri 3* saylı Notariat Ofisinin *5.04.2022-ci il tarixli məktubunda deyilir: “Bakı şəhəri 3* saylı notariat ofisinə, 23.03.*99*-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə * ünvanında yerləşən *9a nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi olan oğlu Ərizəçi ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. Lakin vərəsə Ərizəçi yuxarıda qeyd olunan ünvana dair hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyi üçün, həmin əmlaka mərhum X6 adına dövlət reyestrindən çıxarışı verilməsini Sizdən xahiş edirik.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin *8.05.2022-ci il tarixli məktubundan görünür ki, İdarənin arxivində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov (Kuybışev) küçəsi, döngə *, *9A saylı fərdi yaşayış evinə dair X5 adına *962-ci ildə tərtib edilmiş texniki pasport mövcuddur. Həmçinin bildirilir ki, sözügedən ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli məktubunda deyilir: Maraqlı şəxs2 tərəfindən Bakı şəhəri üzrə “X*0 X* Sistemi”-dəki məlumatlar yoxlanıldı və Quliyev Məmmədmirzə (Məşədimirzə) Hənifə oğlunun ölümü haqqında akt qeydi aşkar edilmədi.” İş materiallarında olan Sabunçu Rayon Nardaran bələdiyyəsinin *4.07.2022-ci il tarixli arayışından görünür ki, mərhum Quliyev X** həqiqətən də *974-cü ildə Nardaran qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli məktubunda deyilir: “*974-cü il tarixdə ölmüş X3 ölümünün qeydiyyatı ilə əlaqədar müraciətinizə cavab olaraq Bakı şəhəri Maraqlı şəxs2 bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş X*0nın dövlət qeydiyyatı Qaydasının 8.5. bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyyat şöbəsinə həkim arayışını təqdim etmədiyiniz üçün, ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət etməyiniz məqsədə müvafiq hesab edilir.” İş materiallarında olan Bakı şəhəri 3* saylı Notariat Ofisinin *5.04.2022-ci il tarixli məktubunda deyilir: “Ərizəçi ərizəsinə baxılarkən müəyyən olundu ki, X9 həqiqətən 23.03.*99*-ci il tarixdə vəfat etmişdir. Təqdim olunan ərizə və sənədləri nəzərə alaraq halhazırda qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi aşağıdakı səbəblərə görə mümkün deyil: X6 atası Quliyev Məmmədmirzə (Məşədimirzə) Hənifə oğlunun ölüm haqqında şəhadətnaməsi, X6 doğum haqqında şəhadətnaməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır.” İş materiallarında olan doğum şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.*960-cı il tarixdə doğulmuş Ərizəçi atası X7r. İş materiallarında olan SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, X8 *93*-ci ildə doğulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 23.03.*99*-ci il tarixdə ölmüşdür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi yaşayış yeri Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi (keçmiş Kuybeşov) R.Əşrəfov küçəsi döngə * ev *9 ünvanıdır. İş üzrə şahid qismində dindirilmiş X*3 məhkəmədə ifadə verərək göstərdi ki, o, Ərizəçi tanıyır. Hüseynin atasının adı Həsən, Hüseynin babasının adı, yəni Həsənin atasının adı isə Məmməd Mirzə olub, lakin hamı ona “Məşədi” deyə müraciət edirdi. O, təxminən *974-cü ildə Bakı şəhərində ölmüşdür, əslən Nardaranlı olduğundan onu orada dəfn etmişlər. İş üzrə şahid qismində dindirilmiş X*2 məhkəmədə ifadə verərək göstərdi ki, o, Ərizəçi tanıyır, onlar qonşudurlar. Həmçinin onlar uşaqlıqdan bir yerdə böyümüşlər. Hüseynin atasının adı Həsən, Hüseynin babasının adı, yəni Həsənin atasının adı isə Məmməd Mirzə olub, lakin hamı ona “Məşədi” deyə müraciət edirdi. O, təxminən *974-cü ildə Bakı şəhərində ölmüşdür, əslən Nardaranlı olduğundan onu orada dəfn etmişlər. O, Məmməd Mirzə kişinin dəfn mərasimində və yas mərasimlərində də iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X*4 məhkəmədə ifadə verərək göstərdi ki, Ərizəçi onun dayısı oğludur. Hüseynin atası Həsən kişi onun doğma dayısıdır. Hüseynin atası Həsən kişi *99*-ci ildə ölmüşdür. Hüseynin atasının adı Həsən, Hüseynin babasının adı, yəni Həsənin atasının adı isə Məmməd Mirzə olub, lakin hamı ona “Məşədi” deyə müraciət edirdi. Hüseynin mərhum X2nun atasının adı sənədlərdə Quliyev Məmmədmirzə (Məşədimirzə) Hənifə oğlu kimi qeyd olunurdu. Məmmədmirzə təxminən *974-cü ildə Bakı şəhərində ölmüşdür, əslən Nardaranlı olduğundan onu orada dəfn etmişlər. Hüseynin babası Məmməd Mirzə 3 dəfə ailə qurmuş, *-ci nikahından 6 uşağı olub, lakin 2-ci və 3-cü nikahından uşaqları olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin mərhum X2 ərizəçinin mərhum X*5 (Məşədimirzə) Hənifə oğlunun doğma oğludur. Həmçinin ərizəçinin mərhum X*5 (Məşədimirzə) Hənifə oğlu *974-cü ildə Bakı şəhərində ölmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *559.*-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). **59.*.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. **59.*.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. **59.*.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. **59.*.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin *243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edır. Həmin Məcəllənin 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə, həmçinin MPM-in 3**-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, Ərizəçi mərhum X2nun mərhum X*5 (Məşədimirzə) Hənifə oğlunun doğma oğlu olması və Ərizəçi mərhum X*5 (Məşədimirzə) Hənifə oğlunun *974-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Əizəçi Ərizəçi mərhum X2nun mərhum X*5 (Məşədimirzə) Hənifə oğlunun doğma oğlu olması və Ərizəçi mərhum X*5 (Məşədimirzə) Hənifə oğlunun *974-cü ildə Bakı şəhərində ölməsi hüquqi əhəmiyyətli faktı müəyyən olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar