Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2687/2025 19.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1990-cı ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən edilməsi barədə (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 29 avqust 1958-ci il tarixdə Gürcüstanda anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Respublikasına köçmüş və elə həmin vaxtdan Azərbaycanda yaşayır. Hal-hazırda Azərbaycan Respublikasının vətəndaşı X5 ilə qeyri-rəsmi nikahdadır (sənədləri olmadığı üçün rəsmi nikaha daxil ola bilmir) və onunla birlikdə Binə qəsəbəsində qeydiyyatsız yaşayır. O heç bir dövlətin vətəndaşı deyil. Tərəfindən aidiyyəti dövlət orqanlarına müraciət olunmuş, ona məhkəməyə müraciət etməyini və heç bir dövlətin vətəndaşı olmamağım faktının məhkəmə qaydasında təsdiq olunmasını tövsiyə ediblər. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, 29 avqust 1958-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstanın Azərbaycan Respublikasında Səfirliyinə müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, Gürcüstanın Ədliyyə Nazirliyinin X6 Agentliyindən daxil olmuş məlumata əsasən 29 avqust 1958-ci il təvəllüdlü X11 vətəndaşı hesab olunmur. Göründüyü kimi, nə doğulduğu nə də uzun illərdi yaşadığı ölkənin vətəndaşlığına mənsubiyyəti yoxdur. Hesab edir ki, ərizədə göstərilən xüsusiatlar məhkəmə tərəfindən təsdiq olunmalıdır. Ərizəçi ərizənin məzmununa uyğun izahat verməklə ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X14 ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, ərizəçi onun ərinin əmisioğludur. Ərizəçi Gürcüstan Respublikasında anadan olub, lakin 1990-cı ildə Azərbaycana köçüb. Gəldikdən bir müddət sonra evləndi. Uzun müddətdir Binə qəsəbəsində yaşayır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, ərizəçi onun bacısının əridir. Ərizəçi Gürcüstan Respublikasında anadan olub. 1990-cı ildə Azərbaycana köçüb. Gəldikdən bir müddət sonra evləndi. Təxminən 1990-cı ildən Binə qəsəbəsində yaşayır. Məhkəmə ərizəçinin və şahidlərinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gürcüstan səfirliyinin 22/00004772/2025-03 saylı, xx.xx.2025-ci il tarixli arayışının sürətindən görünür ki, X12 vətəndaşı hesab olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi 322627/m nömrəli, xx.xx.2019-cü il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Binə bələdiyyəsi 593 saylı xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Ərizəçi həqiqətən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Yaşayış sahəsi ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Gürcüstan SSR-da doğulmuşdur. X1, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikasının DSX Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-2786/25 saylı məktubundan görünür ki, ” Giriş-çıxış və qeydiyyata idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi 1990-2001-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanı xaricindədir. Bununla yanaşı, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi xx.xx.2002-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinin əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilir. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli, 527-İQ nömrəli Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1958-ci ildə Gürcüstanın Dmanisi rayonunun Qızıl kilsə kəndində doğulmuşdur. Ərizəçi X1, anası X4r və ərizəçinin hər iki valideyinin mülliyətcə azaərbaycanlıdırlar. Həmçinin məhkəmə iclasında ərizəçinin və şahid qismində dindirilmiş şəxsin izahat və ifadələrindən müəyyən edilmişdir ki, ərizəçi 1990-cı ildən Binə qəsəbəsində yaşayırlar. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı ilə faktiki nikahdadır. Həmçinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsibiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticələrinə dair xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışından və Gürcüstan səfirliyinin 22/00004772/2025-03 saylı, xx.xx.2025-ci il tarixli arayışından Ərizəçi nə Azərbaycan Respublikasının, nə də ki, Gürcüstan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1990ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı və heç bir dövlətin vətəndaşı olmadığı faktı müəyyən ediləmlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci ildə Gürcüstanın Dmanisi rayonunun Qızıl kilsə kəndində anadan olmuş Ərizəçi 1990-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı və heç bir dövlətin vətəndaşı olmadığı faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2687/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2687/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver