Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2689/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qızının, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qismində cəlb etdiyi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxara, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixdə Leyla adında qızlarının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər 2014-cü ildə vətəndaş nikahına daxil olaraq ailə qurmuş və nikahlarını xx xxxxxx 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2014-cü il tarixdə Leyla adlı qızları anadan olmuşdur. Övladları Leyla ev şəraitində dünyaya gələrək doğulmuşdur. Uşağın evdə doğulmasına səbəb doğuşun qəflətən baş verməsi və həkimə getməyə çatdırmamaq olmuşdur. Uşaq doğulduqdan sonra həkim nəzarətində saxlamışlar və uşaq hal-hazırda 29 saylı X2 uşaq poliklinikasında tibbi qeydiyyatdadır. Hal-hazırda qızları üçün doğum haqqında şəhadətnamənin alınması zəruridir. Lakin tibb müəssisəsindən kənarda doğulduğuna görə doğum haqqında şəhadətnaməni ala bilmirlər. Uşağın doğum faktını şahidlər də təsdiq edə bilər Qeyd olunanlara əsasən, xx xxxxxx 2014-cü il tarixdə Leyla adında qızlarının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs, Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X9 məhkəmə iclasında ərizənin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçilər onun oğlu və gəlinidir. Nəvəsi Leylanın 5 yaşı var. Uşaq qışda doğulub. Qəfildən olduğuna görə həkimə apara bilməmişlər. Üç gün sonra uşağı poliklinikaya aparmışlar, uşağa peyvəndlər vurulub. Digər şahid, X7 məhkəməyə ifadə verərək bildirmişdir ki, ərizəçilər onun qonşusudur. Ərizəçilərin üç övladı var. Leyla doğulanda onun bundan xəbəri olub. Uşaq qəfil olduğuna görə xəstəxanaya getməyiblər. Qış ayında onu köməyə çağırıblar. O gələndə qız uşağı artıq doğulubmuş. Həmin vaxt qaynana evdə olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan, xx xxxxxx 2017-ciiltarixlinikah haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə Ərizəçi1 ilə Ərizəçi2 arasında rəsmi nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş 29 saylı BŞX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X4 hal-hazırda salamatdır və 29 saylı BŞX-nın uşaq poliklinika şöbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 29 saylı X2 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Binə qəsəbəsi Südçülük sovxozu ünvanında xx.xx.2014-cü il təvəllüdlü X6 ev şəraitində doğulub. xx.xx.2015-ci il tarixində sahə həkimi tərəfindən uşaq şöbəsində qeydiyyata götürülüb, mütəmadi olaraq uşaq müayinələrdən keçib və profilaktik peyvəndləri plan üzrə alıb. Uşaq hal-hazırda salamatdır və 29 saylı BŞX-nın uşaq poliklinika şöbəsində qeydiyyatdadır. Qeyd olunan məktuba ambulator kartadan çıxarış əlavə edilmiş, orada uşağın peyvəndlərinin edilməsi və müayinələri barədə məlumatlar əksini tapmışdır. İş materiallarından görünür ki, Əliyeva (Məmmədova) Fəridə xx xxxxxxx 2014-cü il tarixdə 7 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən ultrasəs müayinə edilmiş və 32-33 həftəlik hamiləlik müşahidə edilmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi2 ünvanlanmış 05/15-480 №-li, xx xxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş «X1 Dövlət Qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. «Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir». Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi2 xx xxxxxx 2014-cü il tarixdə qız uşağını Bakı şəhərində yaşadığı ünvanda dünyaya gətirmiş, lakin lazımi həkim sənədi olmadığından Bakı şəhəri Maraqlı şəxs doğumu qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən,X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «X1 dövlət qeydiyyatı Qaydası»nın 2.1-ci bəndinin tələbinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideyn-lərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı və icra hakimiyyətinin nüma-yən-dəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin qaydanın 2.5.4. və 2.6-cı bəndlərinin tələbinə görə, doğumun qeydə alınması üçün digər sənədlərlə və ya uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuşa kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməli və qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin307.2-ci və 307.2.3-cü maddələrinə mü-va-fiq olaraq, məhkəmə hüquqi əhə-miy-yəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə ba-xır. Həmin Məcəllənin308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi1 ilə Ərizəçi2 birgə nikahdan xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhərində qız uşağının doğulması faktı müəyyən edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t di : Ərizə təmin edilsin. Ərizəçi1 ilə Ərizəçi2 birgə nikahdan xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhərində qız uşağının doğulması faktı müəyyən edilmiş hesab edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2689/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2689/2020
23.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver