Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-269/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı istifadə qaydalarının müəyyən edilməklə mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binə qəsəbəsi Sovxoz ərazisində yerləşən 3 otaqlıdan ibarət olan 1 mərtəbəli fərdi yaşayış evinin faktiki olaraq istifadəsində olan 2 otağından ümumi istifadədə olan mətbəx və hamadan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1370 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmişdir. Lakin sonradan münasibətləri pozulduğundan o nikahın ləğv olunması barədə iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin işə məhkəmədə baxılmaqdadır. Qeyd edir ki, hazırda yaşadığı 3 otaqdan ibarət olan 1 mərtəbəli fərdi yaşayış evi Bakı şəhəri, Binə qəsəbəsi, Sovxoz ərazisində yerləşən 200 kv.m ümumi sahəsi olan torpaq sahəsində tikilmişdir. Belə ki, sözügedən mübahisəli mənzilin tikinti və təmir işlərinə çəkilən bütün xərclər tam olaraq ondan atası tərəfindən qarşılanmışdır. Cavabdehin bu evin tikilməsində heç bir maddi yardımı olmamışdır. 1 mərtəbədən ibarət evi 3 otaqdan, ümumi istifadədə olan hamam və mətbəxdən, eyni zamanda dəhlizdən ibarətdir. Həmin otaqların biri onun, biri övladları şəxsi istifadəsində olmaqla mətbəx və hamam cavabdehlə ortaq istifadələrindədir. Onlar nikahda olduğu müddət ərzində övladları ilə birlikdə həmin ünvanda yaşamışlar. Lakin hazırda cavabdeh onlara evdən istifadə etməyə mane yaradır. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binə qəsəbəsi Sovxoz ərazisində yerləşən 3 otaqlıdan ibarət olan 1 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçı məhkəməyə ərizə ünvanalayaraq mülki işə onun iştiakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materialarında olan cavabdeh X1 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, cavabdeh ona ayrılmış torpaq sahəsində tikilən 3 otaqlı. bir mərtəbəli evə İddiaçı yaşamağına etirazı yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 228.1 və 228.2-ci maddələrini tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehin də evə dair sərəncam vermək hüququ olmadığından, iddiaçı mübahisəli evə köçürülməlidir. Həmin Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri Binə qəsəbəsi Sovxoz ərazisində yerləşən 3 otaqlıdan ibarət olan 1 mərtəbəli fərdi yaşayış evinə köçürülməlidir. Cavabdehin atası X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, İddiaçı Bakı şəhəri Binə qəsəbəsi Sovxoz ərazisində yerləşən 3 otaqlıdan ibarət olan 1 mərtəbəli fərdi yaşayış evinə köçürülməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı İddiaçı Bakı şəhəri Binə qəsəbəsi Sovxoz ərazisində yerləşən 3 otaqlıdan ibarət olan 1 mərtəbəli fərdi yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Binə qəsəbəsi Sovxoz ərazisində yerləşən 3 otaqlıdan ibarət olan 1 mərtəbəli fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-269/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-269/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver