Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2691/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, 21 may 2015-ci ildə Arif, 21 noyabr 2016-cı ildə Heydər və 06 aprel 2019-cu ildə Ümüd adlı uşaqlarının Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 26.06.2014-cü ildə X4 ilə faktiki nikahda olmuş və həmin nikahdan 21 may 2015-ci ildə Arif, 21 noyabr 2016-cı ildə Heydər və 06 aprel 2019-cu ildə Ümüd adlı oğlanları anadan olmuşdur. Həyat yoldaşı ilə onun maddi imkanı olmadığından və qanunları lazımı qədər bilmədiyindən uşaqların üçü də ev şəraitində doğulmuşlar. Uşaqlar doğulduqdan sonra o, onları həkim nəzarəti altında saxlamış və hal-hazırda onlar sağlam olmaqla Bakı şəhəri 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatdadırlar. Hal-hazırda onun uşaqları böyüməklə boya başa çatır və o da onların doğum haqqında şəhadətnamələri olmadığından onlara uşaq pulu və yardım ala bilmir. Uşağının evdə doğulması faktını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, o, Ərizəçi onun gəlinidir. Maddi imkanı olmadığından onların 21 may 2015-ci ildə Arif, 21 noyabr 2016-cı ildə Heydər və 06 aprel 2019-cu ildə Ümüd adlı oğlanları ev şəraitində doğulmuşdur. Uşaqların doğumu zamanı o, özü də doğuma kömək etmişdir. Məhkəmədə şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, o, Ərizəçi qonşusudur. Ailəni 2015-ci ildən tanıyır. Ərizəçinin 3 övladı var. Uşaqların üçü də ev şəraitində doğulmuşdur. 21 noyabr 2016-cı ildə Heydər və 06 aprel 2019-cu ildə Ümüd adlı uşaqlar doğulan zaman o da doğuma kömək etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan "Tibbi Ərazi bölmələrini idarəetmə birliyi" "X11" publik hüquqi şəxs tərəfindən verilmiş 21.05.2021-ci il tarixli, 217,218 və 220 saylı arayışlardan aydın olur ki, 21 may 2015-ci il təvəllüdlü X5, 21 noyabr 2016-cı il təvəllüdlü X3 və 06 aprel 2019-cu X6 26 nömrəli BŞX-da qeydiyyatdadırlar və praktiki sağlamdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinin Ərizəçi qızına ünvanladığı 05/15-106 nömrəli, 02 iyul 2021-ci il tarixli məktubdan görünür ki, evdə doğulmuş 3 oğlan uşağının doğumunun qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qayda”sının 2.5-ci bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir. 2.5.1 valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2 valideynlərin nikah haqqında şəhadətnamələri, 2.5.3 doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (əsli); 2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd. Göstərilən qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadığından uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərlə əlaqədar aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-ə müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, habelə qanunverilciliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.3,). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçi tərəfindən lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi oğlanları Arif 21 may 2015-ci ildə, Heydər 21 noyabr 2016-cı ildə və Ümüd 06 aprel 2019-cu ildə onun X4 ilə faktiki nikahlarından ev şəraitində dünyaya gəlmişlər. Uşaqlar tibb müəssisəsindən kənarda, yəni ev şəraitində dünyaya gəldiyi üçün ona doğum haqqında şəhadətnamə verilməsindən Maraqlı şəxs imtina etmişdir. Hazırda ərizəçi onun 21 may 2015-ci il tarixdə bir oğlan uşağını, 21 noyabr 2016-cı il il tarixdə bir oğlan uşağını və 06 aprel 2019-cu il tarixdə il tarixdə bir oğlan uşağını Bakı şəhərində dünyaya gətirməsi faktının məhkəmə qaydasında müəyyən edilməsini tələb edir. İş materialları, ərizəçinin izahatı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, Ərizəçi qızının 21 may 2015-ci il tarixdə bir oğlan uşağını, 21 noyabr 2016-cı il il tarixdə bir oğlan uşağını və 06 aprel 2019-cu il tarixdə il tarixdə bir oğlan uşağını Bakı şəhərində dünyaya gətirməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin o da müəyyən edilmişdir ki, hazırda həmin uşaqlar sağlamdır və odur ki, uşaqların doğum faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qızının 21 may 2015-ci il tarixdə, 21 noyabr 2016-cı il il tarixdə və 06 aprel 2019-cu il tarixdə Bakı şəhərində oğlan uşaqları doğmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi 21 may 2015-ci il tarixdə, 21 noyabr 2016-cı il il tarixdə və 06 aprel 2019-cu il tarixdə il tarixdə Bakı şəhərində oğlan uşaqları doğmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2691/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2691/2021
05.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver