Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-271/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun vəkili İsgəndərli Könül Teyyub qızının, Cavabdeh, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, Cavabdeh borc qismində verdiyi 6600 (altı min altı yüz) manat məbləğində nağd pula münasibətdə cari 4700 (dörd min yeddi yüz) manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulması; eyni zamanda 500 manat dəyərində 585 əyarlı 6,5 qram çəkiyə maili zəncir sep, 900 manat məbləğində 585 əyarlı 11,5 qram çəkiyə malik kənarı nazik ortası qalın zəncir sep, 800 manat məbləğində 583 əyarlı 12 qram çəkiyə malik kardinal model qolbaq, 1300 manat məbləğində 750 əyarlı 6 qram çəkiyə malik təkqaş brilliant üzüyün ümumilikdə, 3500 (üç min beş yüz) manat məbləğində dəyərinə münasibətdə isə 3050 (üç min əlli) manat məbləğində cari borcun, eyni zamanda ödəniləcək pulun gecikdirilməsinə görə bir il üçün ümumi məbləğin 5%-i məbləğində əldən çıxmış faydanın Cavabdeh tutularaq mənim xeyrimə ödənilməsinə, eyni zamanda ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilərək ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı X9 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, 500 manat dəyərində 585 əyarlı 6.5 qram zəncir sep, 900 manat məbləğində 585 əyarlı 11.5 qram kənarı nazik ortası qalın zəncir sep, 800 manat dəyərində 583 əyarlı 12 qram kardinal model qolbaq, 1300 manat dəyərində 750 əyarlı 6 qram təkqaş brilliant üzük, ümumilikdə 3050 (üç min əlli) manat məbləğində cari borcun, eyni zamanda ödəniləcək pulun gecikdirilməsinə görə bir il üçün ümumi məbləğin 5%-i məbləğində əldən çıxmış faydanın Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə, eyni zamanda ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilərək ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, qonşusu X7 vasitəsilə 2019-cu ilin may ayında 4500 (dörd min beş yüz) və 2100 (iki min yüz) manat olmaqla, ümumilikdə 6600 (altı min altı yüz) manat məbləğində borc pul vermiş, o da həmin pulları bibisi qızı və hazırki iş üzrə Cavabdeh borc pul olaraq vermişdir. Pulu verməzdən öncə cavabdeh ilə görüşmüş danışmış və müəyyən şərtləri razılaşaraq borc pulun verilməsinə razı olmuşdur. Sadəcə pulu daha sonra qonşusu cavabdehin qohumu olan Tahirə ilə göndərmişdir. Borc verilən zaman cavabdeh ilə söhbətləri belə olmuşdur ki, həmin pulları bir ay ərzində qaytaracağını bildirmiş və o da uzun illərdir ki, yaxın qonşusu olan X8 etibar etdiyi üçün bu vədlərə inanmışdır. Lakin pulu verdiyi vaxtdan bu günə qədər 6600 (altı min altı yüz) manat məbləğində borc puldan ona cəmi 1900 (bir min doqquz yüz) manat məbləğində hissəsi geri qaytarılmış, daha sonra heç bir ödəniş edilməmişdir. Bundan əlavə, bir müddət sonra o, özünə məxsus qızıl-zinət əşyalarını satmaq qərarına gəlmişdir. Bu barədə bir çox tanışlarına, o cümlədən cavabdeh Könülə və qonşusu Tahirəyə bildirmişdir. Cavabdeh isə öz növbəsində onun qızıl əşyalarının şəkillərini istəmiş, o da qızılların şəklini göndərmişdir. Cavabdeh qızılları bəyənərək almaq istədiyini bildirmişdir. Bu səbəbdən də Cavabdeh 500 manat dəyərində 585 əyarlı 6,5 qram çəkiyə malik zəncir sep, 900 manat məbləğində 585 əyarlı 11,5 qram çəkiyə malik kənarı nazik ortası qalın zəncir sep, 800 manat məbləğində 583 əyarlı 12 qram çəkiyə malik kardinal model qolbaq, 1300 manat məbləğində 750 əyarlı 6 qram çəkiyə malik təkqaş brilliant üzük, ümumilikdə, 3500 (üç min beş yüz) manat dəyərində qızılları satış məqsədi ilə ondan almışdır. Qızılları sataraq aybaay ona pul ödəcəyinini demişdir. Lakin bu qızılların dəyərinin qarşılığında da cəmi 450 (dörd yüz əlli) manat məbləğində ödəniş etmiş, geri qalan məbləğləri isə müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. Bu səbəbdən də o, işin araşdırılması və borcluların cinayət məsuliyyətinə cəlb edilməsi üçün şikayət ərizəsi ilə Nizami RPİ 23-cü Polis Bölməsinə müraciət etmiş və iş üzrə borclular və şahidlər çağırılaraq izahatları alınmışdır. Burada Cavabdeh ümumilikdə 6600 (altı min altı yüz) manat məbləğində borc pul və 3500 (üç min beş yüz) manat dəyərində qızıl əşyaları ondan borca aldığını etiraf etmiş, lakin guya onları anası X3 verdiyini bildirmişdir. Lakin bu haqda cavabdehlə anası X2 verdiyi izahatlar arasında kəskin ziddiyyətlər olmuşdur. Buna görə də borc münasibətlərinin mülki xarakteri olması səbəbindən polis bölməsi tərəfindən cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Nizami RPİ 23cü Polis Bölməsinə müraciəti əsasında verilmiş izahatlara münasibətdə demək istəyir ki, o, Cavabdeh sonradan pulları borca kimə verdiyini bilmir və anası X4 tanımır. O, faktiki olaraq Cavabdeh ilə ünsiyyətdə olmuş, pulları ona vermiş və geri qaytarılan hissədə məbləğləri də həm ondan həm də cavabdehin qohumu olan Tahirədən almışdır. Cavabdeh tərəfindən borc pullar barəsində hansı hərəkətlərin görülməsi, borcun kimə təhvil verilməsi ona məlum deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən, Cavabdeh hazırkı an üçün ona olan cari borcunun, ödəniləcək pulun gecikdirilməsinə görə illik 5% əldən çıxmış fayda olaraq pulun alınaraq ona geri qaytarılmasına dair son ümüdi ilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən, 500 manat dəyərində 585 əyarlı 6.5 qram zəncir sep, 900 manat məbləğində 585 əyarlı 11.5 qram kənarı nazik ortası qalın zəncir sep, 800 manat dəyərində 583 əyarlı 12 qram kardinal model qolbaq, 1300 manat dəyərində 750 əyarlı 6 qram təkqaş brilliant üzük, ümumilikdə 3050 (üç min əlli) manat məbləğində cari borcun, eyni zamanda ödəniləcək pulun gecikdirilməsinə görə bir il üçün ümumi məbləğin 5%-i məbləğində əldən çıxmış faydanın Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə, eyni zamanda ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilərək ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili İsgəndərli Könül Teyyub qızı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı pulu onlara borca yox faizə-sələmə vermişdir. Və bu ilk dəfə 2019-cu ildə yox, 2018-ci ilin aprel-may aylarında olmuşdur. Ümumilikdə onlar İddiaçı 6000 (altı min) manat hissə-hissə olmaqla 3 (üç) dəfəyə bu məbləğin hər ay 10 %-ni əlavə ödəməklə aralarındakı şifahi razılaşmaya əsasən götürmüşlər. Faizləri bir neçə ay ödədikdən sonra İddiaçı ona demişdir ki, qızıl da satır. Götürsün xırda-xırda verər. O da öz növbəsində bildirib ki, o, heç yerdə işləmir, gəliri yoxdur, anası pulu, faizləri qardaşı, qardaşının yoldaşı, anası çətinliklə ödəyir, o isə yenidən təklif edir ki, qızıl da götürsün. O, evlə məsləhətləşib razılaşmış və götürmüşdür. Anası ona dəfələrlə notariata gedib faizə verdiyi pulu sənədləşdirək deyəndə isə iddiaçı cürbəcür bəhanələrlə gəlməmişdir. İddiaçı onlara faizə verdiyi 6000 (altı min) manat və 3500 (üç min beş yüz) manat dəyərində qızılzinət əşyalarının ümumi məbləği 9500 (doqquz min beş yüz) manat qarşılığında ailəsi iddiaçıya faizi sələmi ilə birlikdə 21000 (iyirmi bir min) manat ödəmişdir. Bu məbləğin 12000 (on iki min ) manatı (bir dəfə min manat, iki dəfə üç min manat, bır dəfə isə beş min manat olmaqla) dayısı qızı Tahirə vasitəsilə, 9000 manatını isə onun vasitəsilə iş yerində, iki dəfə isə üç min manat olmaqla Sevilin anası Laləzara Keşlədə evlərində ailəsi iddiaçıya ödəmişdir. Hər dəfə də anası İddiaçı zəng edib soruşanda bu məbləğlərin çatdığını təsdiqləyirdi. Bu pulları qardaşı, qardaşının yoldaşı, anası bankdan pul götürərək ödəyiblər. Lazım gələrsə bu banklara məhkəmə sorğu verməklə dəqiqləşdirə bilər. Bütün bu pullar İddiaçı onlara faizə verdiyi həm ona pul həm də sələmlərini ödəmək üçün verilmişdir. Bu pulu artıqlaması ilə ödəməklərinə baxmayaraq, 2019-cu ilin noyabrından İddiaçı onlardan artıq pul qoparmaq məqsədi ilə telefon ilə onlara zəng edib şantaj etməyə, təhqir etməyə, hətta həbsxanada cəza çəkən qardaşı ilə hədələməyə başlamışdır. Sonuncu dəfə 2020-ci ilin may ayında anası iddiaçıya deyəndə ki, bir də ona zəng edib narahat etsə, məcburən polisə müraciət edəcək, iddiaçı bunu eşidib onları qabaqlayaraq özü polisə müraciət etmişdir. Bəli Nizami rayon 23-cü Polis bölməsində bu işə baxılıb və cinayət tərkibi olmadığı barədə qərar verilmişdir. İndi də İddiaçı yalan, böhtan dolu bir iddia ərizəsi ilə müraciət etmişdir. İddia edir ki, pulu onlara borca verib. Borcu qaytara bilməyən adama yenidən qızıl satır. Məntiq başa düşülmür. Sual yaranır nəyə və hansı marağa əsasən borcunu qaytara bilməyən adama qızılı nisyə satırsan? Nə üçün heç bir sənədləşmə aparmırsan? Ona görə ki, İddiaçı maddi marağı olduğuna görə onları pulu borca yox faizinə-sələminə verib. Sual olunur, heç bir vergi ödəmədən, heç bir lisenziya icazə olmadan evdə oturub bank fəaliyyəti ilə məşğul olmağa qızıl satmağa qanun icazə verirmi? Xəstəliyi ilə əlaqədar onlara pul lazım idi, anası eşitmişdir ki, Keşlədə Tahirənin qonşusu İddiaçı faiz pul verir. X14 ilə danışmağını xahiş etmişdir. Tahirə də Sevil ilə danışandan sonra deyib ki, Sevil razıdır. 1-ci dəfə 2100 (iki min yüz) manatı aylığı 10%-nə Sevildən Tahirə götürüb ona verdi və o da pulu gətirib evdə anasına vermişdir. Sonradan xəstəliyi ilə onlara pul lazım olanda isə o özü pulu (1-ci ayın faizini qabaqcadan ödəməklə) Sevildən götürüb anasına vermişdir. Ümumilikdə İddiaçı iddia etdiyi kimi 6600 (altı min altı yüz) deyil, 6000 (altı min) manat pulu faizə götürmüşlər. Sonradan başqa problemlər ortaya çıxdığı üçün faizləri ödəyə bilməyiblər. Bunun müqabilində isə İddiaçı faiz dərəcəsini 20%-ə qaldırdı ki, bu da məbləğin böyüməsinə səbəb oldu. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirmişdir ki, cavabdehin dayısı qızıdır. O, yalnız qızıl üzüyün verilməsində iştirak edib. Digər qızılların alış-verişində iştirak etməyib. Məhkəmə iclasında şahid qismində çıxış edən X10 ifadəsində göstərmişdir ki, o, Könülü qonşusu vasitəsilə tanımışdır. İddiaçı onun qızıdır. İddiaçı onun yanında qızılları cavabdehə 3500 manata satmışdır. Cavabdeh həmin puldan cəmi 450 manat ödəyib. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Məmmədova X6 Könül Ayaz qızı barəsində şikayət ərizələri ilə Bakı şəhəri 23-cü Polis Bölməsinə müraciət etmişdir. İddia tələbindən görünür ki, iddiaçı 3500 manat məbləğində qızılın dəyərinin 450 manatının qaytarıldığını bildirərək, qalan 3050 manatın cavabdehdən tutulmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasında iddiaçıdan 3500 manat dəyərində qızıl aldığını etiraf etmiş, lakin həmin borcu qaytardığını bildirmişdir. Cavabdeh 3500 manat pul vəsaitini iddiaçıya qaytarmağına dair öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2. maddəsinin mahiyyətindən görünür ki, əqdlərin həm şifahi, həm də yazılı formada bağlanmasına yol verilir. Həmin Məcəllənin 329.3. maddəsində göstərilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh İddiaçı xeyrinə 3050 manat məbləğində pul vəsaitinin tutulması hissəsinin təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Eyni zamanda, iddia tələbindən görünür ki, cavabdehdən ödəniləcək pulun gecikdirilməsinə görə bir il üçün ümumi məbləğin 5%-i məbləğində əldən çıxmış faydanın tutulması xahiş olunmuş, lakin iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən öz tələbini həmin hissədə əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 3050 manat məbləğində pul vəsaiti tutulmalı, o cümlədən, iş üzrə məhkəmə xərcləri iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əsasən, məhkəmədə hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, Cavabdeh 15 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçınun xeyrinə, 3050 (üç min əlli) manat məbləğində borc tutulsun. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-271/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-271/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver