Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2719/2020 25.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Bakı şəhəri Mərədəkan qəsəbəsi B.Əliyev küçəsi ev 8B-2 53 saylı mənzildən istifadə hüquqlarının itirilməklə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 53 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh1 Məhəmməd oğlu uzun müddətdir ki, Rusiya Federasiyasına getmişdir. Cavabdeh1 uşaqları Cavabdeh2 və Cavabdeh3 da faktiki olaraq həmin mənzildə yaşamırlar. Qonşular tərəfindən tərtib edilmiş aktdan görünür ki, cavabdehlər onun məxsus olan mənzildə yaşamırlar. Cavabdeh4 onun qızı Nümayəndə ilə evlənəndə ondan yuxarıda qeyd edilən mənzilə qeydiyyata alınmağı xahiş etmişdir. O da onun kürəkəni olmasını nəzərə alıb qeydiyyata alınmasına razılıq vermişdir. 1995-ci il tarixdə o, Rusiya Federasiyasına getmişdir. Daha sonra Cavabdeh4 ilə qızı Nümayəndə nikahı 2007-ci ildə pozulmuşdur. Həmçinin qızı Nümayəndə oğlu X5 da onun mənzilində yaşamır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Mərədəkan qəsəbəsi B.Əliyev küçəsi ev 8B-2 53 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi ki, Cavabdeh1 iddiaçının oğludur, Cavabdeh2 və Cavabdeh3 iddiaçının oğul nəvəsi. Cavabdeh5 isə qız iddiaçının nəvəsidir, digər Cavabdeh4 isə iddiaçını keçmiş kürəkənidir. Cavabdehlər hazırda Rusiya Federasiyasındadırlar, uzun müddətdir ki. əlaqə yoxdur. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Mərədəkan qəsəbəsi B.Əliyev küçəsi ev 8B-2 53 saylı mənzil İddiaçı, X1, Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı arayışda Nümayəndə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4, Cavabdeh2 Bakı şəhəri Mərədəkan qəsəbəsi B.Əliyev küçəsi ev 8B-2 53 saylı mənzildə qeydiyyatda olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Nümayəndə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4, Cavabdeh2 Bakı şəhəri Mərədəkan qəsəbəsi B.Əliyev küçəsi ev 8B-2 53 saylı mənzildə qeydiyyatdadırlar. Cavabdeh1 mübahisəli evin paylı mülkiyyətçisidir, Cavabdeh2 və Cavabdeh3 iddiaçının oğlu Cavabdeh1 oğulllarıdır, Cavabdeh5 isə iddiaçının qız nəvəsidir, digər Cavabdeh4 isə iddiaçını keçmiş kürəkənidir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Mərədəkan qəsəbəsi B.Əliyev küçəsi ev 8B-2 53 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Həmçinin hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh1 Bakı şəhəri Mərədəkan qəsəbəsi B.Əliyev küçəsi ev 8B-2 53 saylı mənzildə ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətçidir. Məhkəmə iddiaçının cavabdehlər A Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 münasibətdə qanunvericiliyin aşağıda göstərilən müddəalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi tətbiq edilməlidir. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşin faktiki hallarına görə cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Ağayev X3 Federasiyasında işləyirlər. Hazıda onların yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı, yəni daimi yaşayış sahəsinə könüllü surətdə köçmələri, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etmələri, nikaha daxil olaraq həyat yoladışının evinə köçərək daimi yaşayış yeri əldə etmələri müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh5 mübahisəli mənzilə olan istifadə hüquqlarının kompensasiya ödənilmədən itirilməsinə dair tələbi əsassız sayır. İddiaçının iddia tələbinin Cavabdeh1 Bakı şəhəri Mərədəkan qəsəbəsi B.Əliyev küçəsi ev 8B-2 53 saylı mənzildən istifadə hüququnun itirilməsi hissəsinə münasibətdə məhkəmə qanunvericiliyin aşağıda göstərilən müddəalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Yuxarıda qeyd edilən qanununvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Mülki işin materiallarında göründüyü kimi iddiaçının mülkiyyət hüququnun itirlməli olduğunu iddia etdiyi Cavabdeh1 ümumi birgə mülkiyyət hüququ ilə mübahisəli mənzilin mülkiyyətçisidir. Bu halda isə onun Bakı şəhəri Mərədəkan qəsəbəsi B.Əliyev küçəsi ev 8B-2 53 saylı mənzilə istifadə hüququna xitam verilməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Bu səbəbdən də, məhkəmə iddiaçının Cavabdeh1 mənzilə olan istifadə hüquqlarının itirilməsinə dair tələbini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Bakı şəhəri Mərədəkan qəsəbəsi B.Əliyev küçəsi ev 8B-2 53 saylı mənzilə sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiasi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Bakı şəhəri Mərədəkan qəsəbəsi B.Əliyev küçəsi ev 8B-2 53 saylı mənzilə sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2719/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2719/2020
25.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver