Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2725/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladı xx.xx.2004-cü il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 ilə xx xxxxxx 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx xxxx 2004-cü il təvəllüdülü X11, xx xxxxx 2007-ci il təvəllüdlü X8 və xx xxxxxx 2008-ci il təvəllüdlü X9 adlı uşaqlarımız doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-336/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx xxxx 2004-cü il təvəllüdülü X5 onun yanında qalması, xx xxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxxxx 2008-ci il təvəllüdlü X3 analarının yanında qalması qət edilmişdir. Onlar ailə qurarkən Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Maşınqayırma Pansianatına yerləşərək, burada birgə təsərrüfat aparmışlar. O, ailə üzvləri lə birlikdə 2009-cu ilin əvvəlində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda fərdi yaşayış evini tikmişlər. Həmin fərdi yaşayış evinə dair sərəncam digər cavabdeh onun xalası Cavabdeh2 adına olduğundan bütün kommunal qeydiyyat məhz onun adınadır. Mübahiəsli evi o, ailə üzvlərinin köməkliyi ilə tikmişdir. Sözü gedən ev özbaşına tikilidir, lakin özəlləşdirilməsi üçün müvafiq orqana təqdim edilmişdir. Təxminən 2009-cu ilin əvvələrində fərdi yaşayış evində yaşamağa başlamışdır. Bu illər ərzində ev hissə-hissə təmir olunmuş və nəhayət 2016-ci ilin əvvəlindən ev tam hazır olduğundan bütün ailə üzvləri, yəni Cavabdeh1 və uşaqları ilə birlikdə yaşamışlar. Nikahın pozulmasından dörd ay əvvəl Cavabdeh1 atası evinə qayıtmış, o, isə uşaqlarının digər evdə yaşamasına etiraz edərək onları xalasının razılığı ilə yenidən mübahisəli evdə yerləşdirmişdir. Cavabdeh söz-söhbətlərə dözməyərək 2019-cu ilin sonlarında istəməyərək xx xxxx 2004-cü il təvəllüdülü X11 ilə birlikdə həmin evi tərk etməli olmuşdur. Lakin həmin evə qızlarına görə gəlib-getmişdir, bəzi hallarda gecə ilə uşaqlarının yanında qalmışdır. Təxminən dörd ay əvvəl evə gedərkən görmüşdür ki, açarla qapını aça bilmir. Məlum olmuşdur ki, cavabdeh tərəf həmin qapının açarını dəyişmişdir. Bütün kommunal xərcləri, vergiləri faktiki olaraq bütün illər ərzində o, ödəmişdir. Həmin evi qardaşı ilə digər ustalarla birlikdə tikmişlər. Bütün bunlara baxmayaraq mənim övladımla həmin evdə yaşamağıma mane olurlar. Qeyd etmişdir ki, fərdi yaşayış evi dörd otaqdan, mətbəx, dəhliz və sanitar qovşaqdan ibarətdir. Hazırki tarixədək onun birgə nikah dövründə əldə olunmuş əmlakları həmin ünvandadır. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur və oğlu ilə birlikdə valideynlərinin evində qalır. Buna görə də tez-tez aralarında mübahisə yaranır. O, artıq valideynlərinə yük olmaq istəmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, birgə yaşamaları qeyri-mümkündür. İddiaçı onun keçmiş əridir. Boşanmadan sonra oğlu Rəşid onunla qalır. Mübahisəli evi birgə nikah dövründə tikmişlər. Belə ki, 2013-2014-cü illərdə torpaq alınıb, 2016-2017-ci illərdə isə ev hazır olmuşdur. Ev ikisinində birgə vəsaiti hesabına tikilmişdir. Ev hazır olan məqama artıq ayrılmışlar və o, boşandıqdan sonra həmin evə köçüb yaşamışdır. Nazim məcburi köçkün olduğundan onların ailəsinə Kürdəxanı qəsəbəsində 4 otaqlı ev verilmiş, hazırda orada yaşayır. Cavabdeh Hicranın işə heç bir aidiyyəti yoxdur. Sadəcə kommunal xidmətlər onun adına rəsmiləşdirilmişdir. 2019cu ildən həmin evdə yaşamaqdadır. Nazim onu narahat etməsin deyə evin kilidini dəyişmişdir və onu buraxmır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2ın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 336/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 ilə cavabdeh İddiaçı arasında Ağdam rayonu Gülablı kənd ərazi nümayəndəliyində xx.xx.2003-cü il tarixdə 08 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra anaları-X4 yanında, xx.xx.2004-cü il təvəllüdlü X11-atası cavabdeh- İddiaçı oğunun yanında saxlanılması, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı X4 xeyrinə hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materialarında olan Abşeron rayon Hövsan Südçülük Sovxozu üzrə xx.xx.2000-ci il tarixli 16 saylı əmrindən çıxarışın surətindən görünür ki, həmin çıxarış Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 171 saylı sərəncamı Hövsan südçülük Sovxozu həmkarlar komitəsinin xx.xx.2000-ci il tarixli 21 saylı protokoluna əsasən Sovxozda işləyən özünə məxsus evi və torpaq sahəsi olmayan fərdi ev tikmək üçün ərizə ilə müraciət edən İddiaçı 0.02 ha torpaq sahəsinin ayrılması haqqında verilmişdir. Mübahisənin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı 2003-cü ildən Cavabdeh1 ilə nikahlarını bağlamışlar. 2009-cu ilin əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda fərdi yaşayış evini tikməyə başlamışlar və 2016-cı ildə mübahisəli evə cavabdeh və uşaqları özünə məxsus əşyaları ilə birlikdə köçərək orada daimi və birgə təsərrüfat aparmaqla yaşamışdır. 2019-cu il tarixədək həmin evdə yaşamış və aralarında baş vermiş mübahisə nəticəsində xx.xx.2004-cü il təvəllüdlü X11 ilə evdən çıxmış, sonradan həmin evə qayıtmaq istəsə də, cavabdeh tərəfindən həmin evin kilidi dəyişirilmişdir. İddiaçıya aid əşyalar da hazırda həmin evdədir. İşin hallarından həmçinin görünür ki, cavabdeh hazırda da həmin evdə yaşayır. İddia tələbinə qarşı Cavabdeh1 bildirdiklərindən isə görünür ki, o, evin birgə nikah dövründə əldə etdiklərini etiraf etsə də iddiaçının evə köçürülməməsinə əsas səbəb kimi tərəflər arasında münasibətlərin normal olmaması, onların artıq bir yerdə yaşamalarının qeyri-mümkünlüyü olmasıdır. Elə bu səbəbdən də evin kilidini dəyişdirərək iddiaçının evə girməsinə əngəl törədir. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə 2003-cü ildə nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Büləliklə tərəflər arasındakı münasibətlər 2000-ci ilin sentyabr ayından sonra yaranmışdır. Ona görə də, mübahisəyə onların münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 228.1 və 228.2-ci maddələrini tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehin də evə dair sərəncam vermək hüququ olmadığından, iddiaçı mübahisəli evə köçürülməlidir. Bundan başqa, cavabdehin iddiaya etirazının dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, Cavabdeh1 həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının özbaşına inşa edilmiş həmin tikililərə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində əvvəllər yaşadığı özbaşına tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Bununla yanaşı, tərəflərin evin tikintisinin birgə nikah dövründə aparılmaqla tamamlanmasında hər iki tərəfin iştirak etməsi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh tərəf də iddiaçının evdən könüllü surətdə çıxıb getməsini bildirsə də, məhkəmə iclasında mübahisə etdiklərindən sonra iddiaçının evi tərk etdiyini bildirmişdir.Yəni iddiaçı Cavabdeh1 ilə münasibətlərinin gərginləşməsi səbəbindən evi tərk etmiş və həmin vaxt yaranmış gərgin münasibətlərin uşaqlarına mənfi təsir edəcəyindən də ehtiyatlanmışdır. İddiaçıya məxsus məişət əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 dair hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Cavabdeh2 həmin evdə yaşamır və hazırki tələb üzrə cava vberməli şəsx kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı xx.xx.2004-cü il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yerləşən, hazırda əmlaklarının olduğu (Cavabdeh1 yaşadığı) evə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2004-cü il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yerləşən, hazırda əmlaklarının olduğu və (Cavabdeh1 yaşadığı) evə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2725/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2725/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver