Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2733/2021 21.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Rüstəmov Abbas Tofiq oğlunun, Cavabdeh3, Cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 Çingiz oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması, mirasdan çatası payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən sahəsi 45.25 kv.m. olan mənzilə, ünvan 2 ünvanında yerləşən sahəsi 50.26 kv.m. olan mənzilə, Opel Zafira minik markalı, **-FG-*** qeydiyyat nişanlı minik avtomobilinə və Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən bağ evinə vərəsəlik hüququnun tanınması, mirasdan ona çatası payın müəyyən edilməsi, həmin paya aid vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehlər tərəfindən məhkəməyə ərizə daxil olaraq tərəflər arasında barışıq sazişi imzalandığı üçün iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş tərəflər barışıq sazişini müdafiə edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Tərəflər aşağıdakılar barədə barışıq sazişi bağlamışlar: “Bakı şəhəri 21.10.2021-ci il Bir tərəfdən X3 (AZE ********), onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə (bundan sonra “İddiaçı” adlanacaq) və digər tərəfdən Cavabdeh3 (AA*******), Cavabdeh2 (AA*******), Cavabdeh1 (AZE ********) (bundan sonra “Cavabdeh” adlanacaq) birlikdə Tərəflər adlanmaqla aşağıdakı məzmunda bu Barışıq Sazişini (bundan sonra “Saziş”) bağladılar: İddiaçı X3 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 7 saylı Natoriata qarşı vərəsəlik hüququnun tanınması, mirasdan Ülkər Talıbzadəyə çatası payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsii tələbinə dair iddia ərizəsi üzrə 2(003)-2733/2021 saylı iş Xəzər rayon Məhkəməsinin icraatındadır. Tərəflər arasında mövcud olan məhkəmə mübahisəsinin məhkəmədən kənar qaydada və qarşılıqlı razlıq əsasında həll etmək məqəsdi ilə Sazişi aşağıda qeyd edilən şərtlərlə bağladılar;
1. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddia tələbini qəbul edirlər. Cavabdehlər iddiaçı X2 mirasdan çatacaq vərəsəlik payının əvəzi 10000 (on min) manat olmaqla 22.10.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürürlər.
2. Cavabdeh pulu tam ödədikdən sonra İddiaçı mirasdan çatacaq payından tam olaraq imtina edir.
3. Tərəflər Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəsini qəbul edirlər.
4. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi Sazişdə göstərilən şərtlərin yerinə yetirilcəyini nəzərə alaraq Məhkəmədən Sazişin qəbul edilməsini və 2(003)-2733/2021 saylı iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. X6 üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Xəzər rayon Məhkəməsinə təqdim olunur.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. İddiaçı və cavabdehlər tərəfindən imzalanmış barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmiş, tərəflərə barışıq sazişinin hüquqi nəticələri və icraata xitam verilmənin nəticələri izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin, eləcə də tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: “Bakı şəhəri 21.10.2021-ci il Bir tərəfdən X3 (AZE ********), onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə (bundan sonra “İddiaçı” adlanacaq) və digər tərəfdən Cavabdeh3 (AA*******), Cavabdeh2 (AA*******), Cavabdeh1 (AZE ********) (bundan sonra “Cavabdeh” adlanacaq) birlikdə Tərəflər adlanmaqla aşağıdakı məzmunda bu Barışıq Sazişini (bundan sonra “Saziş”) bağladılar: İddiaçı X3 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 7 saylı Natoriata qarşı vərəsəlik hüququnun tanınması, mirasdan Ülkər Talıbzadəyə çatası payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsii tələbinə dair iddia ərizəsi üzrə 2(003)-2733/2021 saylı iş Xəzər rayon Məhkəməsinin icraatındadır. Tərəflər arasında mövcud olan məhkəmə mübahisəsinin məhkəmədən kənar qaydada və qarşılıqlı razlıq əsasında həll etmək məqəsdi ilə Sazişi aşağıda qeyd edilən şərtlərlə bağladılar; 1) Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddia tələbini qəbul edirlər. Cavabdehlər iddiaçı X2 mirasdan çatacaq vərəsəlik payının əvəzi 10000 (on min) manat olmaqla 22.10.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürürlər. 2) Cavabdeh pulu tam ödədikdən sonra İddiaçı mirasdan çatacaq payından tam olaraq imtina edir. 3) Tərəflər Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəsini qəbul edirlər. 4) Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi Sazişdə göstərilən şərtlərin yerinə yetirilcəyini nəzərə alaraq Məhkəmədən Sazişin qəbul edilməsini və 2(003)-2733/2021 saylı iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. X6 üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Xəzər rayon Məhkəməsinə təqdim olunur.” İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması, mirasdan çatası payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Ramilə Xəzri