Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2740/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) şəxs üzərində patronaj kimi tanınması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) şəxs üzərində patronaj kimi tanınması barədə ərizə ilə müraciət edərək, İslamov X6 üzərinə 1995-ci ilin mart ayından patron kimi baxmasının müəyyən edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İslamov X6 qaynatasıdır. O, 1924-cü ildə anadan olmuşdur. 22 mart 1995-ci ildə ona kor olduğu üçün ömürlük əlilik təyin edilmişdir. Həmişə gündəlik vəzifələrinin icra etməklə əlaqədar müəyyən çətinlikləri olmuş və kənar şəslərin köməyinə daima ehtiyacı olmuşdur. Onun gəlini kimi 1995-ci ildən ona ölənə qədər, yəni 2020-ci ilin yanvar ayının 01-nə kimi, yəni şəxs vəfat edənə kimi patron kimi baxmışdır. Lakin bu münasibətləri əvvəlki illər üçün gedib-gəlməyinə, dəfələrlə müraciət etməyinə baxmayaraq, yalnız 28 iyun 2019-cu ildə rəsmiləşdirilmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun qayınatası 1995-ci ildən gözdən əlildir. O qayınatasına həmin dövrdən qulluq edir. Lakin o 2019-cu ildə qayınatasının üzərində patronaj təyin olunmuşdur. Ona görə də halhazırda onun 1995-ci ilin mart ayından qayınatasının üzərində patronaj təyin olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsin xahiş edir. Belə ki, həmin dövrlər ona staj kimi yazılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Xəzər rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi qardaşının həyat yoldaşıdır. Atası 1995-ci ildən gözdən əlildir. Atasına ərizəçi baxmışdır. Anası 2008-ci ildə 77 yaşında ölmüşdür. Anası ölməişdən əvvəl təxmin 4 il yataq xəstəsi olub. Məhkəmə iclasına şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, ərizəçi qardaşının həyat yoldaşıdır. Atası gözdən əlil olmuş və gözləri görməmişdir. Anası 2008-ci ildə 77 yaşında ölmüşdür. Ərizəçi Dünyasını dəyişdiyi dövrə kimi atası ilə birlikdə yaşamışdır. Atasına ərizəçi baxmışdır. Məhkəmə ərizəçini və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 086097 nömrəli vəsiqədən görünür ki, İslamov X6 İ (birinci) qrup gözdən əlildir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.2019-cu il tarixli, 108 nömrəli sərəncamının surətindən görünür ki, Ərizəçi İ qrup müddətsiz əlil qayınatası xx.xx.1924-cü il təvəllüdlü İslamov X6 üzərində patronajlığı təyin olunması, bir patron (köməkçi) Ərizəçi patronajlığında olan İslamov X4 hüquq və mənafelərinin qorunmasının tapşırılması qərara alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İslamov X6 xx.xx.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.2019-cu il tarixli, 108 nömrəli sərəncamının surətindən görünür ki, Ərizəçi İ qrup müddətsiz əlil qayınatası xx.xx.1924-cü il təvəllüdlü İslamov X6 üzərində patronajlığı təyin olunması, bir patron (köməkçi) Ərizəçi patronajlığında olan İslamov X4 hüquq və mənafelərinin qorunmasının tapşırılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı işin faktiki halları müəyyən edilmişdir ki, İslamov X6 İ (birinci) qrup gözdən əlil olmuş, Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.2019-cu il tarixli, 108 nömrəli sərəncamı ilə Ərizəçi İ qrup müddətsiz əlil qayınatası xx.xx.1924-cü il təvəllüdlü İslamov X6 üzərində patronajlığı təyin olunmuş, bir patron (köməkçi) Ərizəçi patronajlığında olan İslamov X4 hüquq və mənafelərinin qorunmasının tapşırılması qərara alınmışdır. İslamov X6 xx.xx.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbində vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilməlidir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, Ərizəçi İ qrup müddətsiz əlil qayınatası xx.xx.1924-cü il təvəllüdlü İslamov X6 Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.2019-cu il tarixli, 108 nömrəli sərəncamı ilə üzərində patronajlığı təyin olunmuşdur. Hazırda ərizəçi məhkəməyə müraciət etdiyi ərizəsində 1995-ci ilin mart ayından qayınatası İslamov X6 üzərində patronaj təyin olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsin xahiş edir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri, ərizəçinin izahatını, eləcə də məhkəmə iclasında ərizəçi vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələrini ərizəçinin sübutları kimi araşdırmış və onlardan istifadə etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən ərizənin təmin olunmaması qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, ərizəçinin tərəfindən təqdim edilmiş sənədlər əsasında onun İ qrup müddətsiz əlil qayınatası xx.xx.1924-cü il təvəllüdlü İslamov X3 üzərində xx.xx.2019-cu il tarixli, 108 nömrəli sərəncamı ilə üzərində patronajlığı təyin olunması işin mübahisəsiz halıdır. Lakin onun 1995-ci ildən xx.xx.1924-cü il təvəllüdlü İslamov X3 üzərində patronajlığının müəyyən edilməsi barədə hüquq əhəmiyyətli faktın təsdiq edəcək hər hansı mötəbər sübutlarını təqdim edə bilməmişdir. Yalnız o, faktın təsdiq olunmasına vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlərin ifadələrinə istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ərizəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşmış və sübut növü kimi qəbul etməmişdir. Belə ki, şahidlər ifadələrində analarının 77 yaşında vəfat etməsi, vəfat etdiyi günə kimi atası ilə birlikdə yaşaması kimi analoji ifadələr vermişdirlər. Bu isə məhkəməyə xx.xx.1924-cü il təvəllüdlü İslamov X5 mərhum həyat yoldaşının baxması, onun zəruri və sair ehtiyaclarını qarşılaması qənaətinə gəlməsinə əsas olmuşdur. Göründüyü kimi, ərizəçinin 1995-ci ilin mart ayından patronaj təyin edildiyi xx.xx.2019-cu ilə kimi mərhuma patron (köməkçisi) kimi baxmasına dair dəlillərini formal mülahizələrə əsaslanmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyətli fiziki şəxsin patronun (köməkçi) vəzifəsi həmin şəxsin müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən onun hüquqlarını həyata keçirir və müdafiə edir. Göründüyü kimi, patronun vəzifəsi şəxsə qulluq etməkdən ibarət olmayıb müqavilə əsasında çəxsə mənsub əmlak barəsində sərəncam vermək, məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri fiziki şəxsin razılığı ilə bağlamaqla onun hüquqlarını həyata keçirmək və müdafiə etməkdir. Lakin ərizəçi ərizəsində və şahidlər məhkəmədə verdikləri ifadələrində ərizəçinin İslamov X6 gözdən əlil olduğundan ona qulluq etməklə baxmasını qeyd etmişlər. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin üzərində patronaj təyin olunması üçün yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin razılığı əsasında onun rəsmi müraciət əsasında . qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. İş materiallarından da müəyyən olunur ki, İslamov X6 bundan ötrü 2019-cu ildə Bakı şəhəri Maraqlı şəxs müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır. Yuxarıda qeyd olunana qanunvericil akt normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin mərhum qaynatasına üzərində 1995-ci ilin mart ayından patronaj təyin olunmasını təsdiq edən hər hansı sübutu təqdim etmədiyindən, eləcə də, iş faktiki halları ilə sözügedən hüquqi əhəmiyyətli faktı təsdiq edən faktlar müəyyən edilmədiyindən ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi İslamov X6 üzərində 1995-ci ilin mart ayından patron təyin olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2740/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2740/2024
16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver