Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2743/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehlər X19 və Cavabdeh2, Cavabdeh X11 vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı X14 cavabdehlər X19 və X2 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşən ona məxsus olan torpaq sahəsindən cavabdehlər X11 və X1 çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililərin öz hesablarına sökülməsi və dövlət rüsumu kimi ödənilmiş 150 manat, hüquqların müdafiəsi üçün vəkilə xidmət haqqı olaraq ödənilmiş 200 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən əmək fəaliyyətini Əzizbəyov (İndiki Xəzər rayonu) rayonunda başlayaraq o dövr üçün rayonun rəhbər vəzifələrindən biri hesab olunan rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsində qədər rayonun ictimai-siyasi həyatında, gənc nəslin tərbiyəsində və quruculuq işlərində fəal iştirak etmişdir. Elə bu fəaliyyətilə də bağlı o vaxtkı rayon rəhbərliyinin göstərişi ilə Əzizbəyov (İndiki Xəzər rayonu) rayon X25 icraiyyə komitəsinin 16 saylı, 13 sentyabr 1991-ci il tarixli Qərarı ilə ona Şağan qəsəbəsi Yeni Məhlələr adlanan ərazidə fərdi ev tikmək məqsədilə 750 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsinə faktiki sahiblik edərək mütəmadi olaraq gedib gəlmiş, müəyyən qonşularla əlaqələr yaratmışdır. Hələ 2005-ci ildə o qonşusu ilə birlikdə həmin ərazini daş hasarla əhatəyə alaraq hər zaman öz ərazisinə nəzarət etmişdir. 26 may 2022-ci ildə növbəti gəliş zamanı onun ərazisinə daş töküldüyünü gördü. Yaxın qonşulardan soruşan zaman onlar bu daşların naməlum adamlar tərəfindən töküldüyünü bildirdilər. O öz ərazisinə darvaza quraşdırdı. Bir gün sonra həmin darvazanı oğurlayıb apardılar və daha bir gün sonra başqa bir darvaza quraşdıraraq ona məxsus ərazini zəbt etdilər. Nəhayət 16 iyun 2022-ci il tarixdə cəmisi bir gün ərzində burada təqribi ölçüləri 3x5 metr olan bir bina tikərək dam örtüyünü şiferləmək istədilər. Bütün bunlar haqqında o əvvəlcədən yazılı şəkildə Şağan Qəsəbə İcra Nümayəndəsi və Xəzər rayon birinci Polis Şöbəsinə yazılı müraciət etmişdir. Bütün bunlara baxmayaraq qeyri-qanuni tikinti işləri sürətlə davam etdirilirdi. Ona görə də onun müraciəti əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin MTT(003)-109/2022 saylı qərardadı ilə Şağan qəsəbəsi, Yeni Məhələlər adlanan ərazidə yerləşən ona məxsus torpağın rəsmiləşdirilməsinin və torpaq üzərində qeyri-qanuni tikinti işlərinin aparılmasının cavabdehlər X15 və Cavabdeh2 qadağan edildi. Onlar yenə də 01-02 iyul 2022-ci il tarixlərdə (qərardad çıxdıqdan sonra) sübh tezdən əraziyə gələrək tikmiş olduqları binanın dam örtüyünü başa çatdırdılar. Qarşı tərəf olaraq X19 adlı Şağan qəsəbə sakini ərazinin nəinki ona, hətta onun babasına məxsus olduğunun sübutu kimi 08 fevral 2007-ci il tarixdə Şağan ilə 60 illlik müddətə bağlanmış 07 saylı icarə müqaviləsini təqdim etmişdir. Həmin ərazilər hələ bələdiyyələr yaranmazdan xeyli əvvəl rayon İcra Hakimiyyəti orqanları tərəfindən əhaliyə paylanmışdır. Təkcə bu fakt yetərlidir ki, cavabdeh X11 adına olan müqavilənin qeyri-qanuni olması şübhələri yaransın. Hazırda bu faktlar üzrə araşdırmalar Xəzər rayon prokurorluğunda davam etdirilir. Mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu sübut edən sənədlər, yetərincə canlı şahidlər və digər faktlar vardır. Belə faktlardan biri kimi, torpaq sahəsinin ayrılması barədə Əzizbəyov Rayon X25nin 16 saylı 13 sentyabr 1991-ci il tarixli qərarına əsasən o həmin torpaq sahəsinə qanuni əsaslarla 31 (otuz bir) ildən çox bir müddətə mübahisəsiz olaraq sahiblik etməyini göstərmək yerinə düşərdi. Əzizbəyov Rayon X25nin 16 saylı 13 sentyabr 1991-ci il tarixli qərarı Azərbaycan Respublikası Mərkəzi Arxivində də öz təsdiqini tapmışdır. Həmin qərar qəbul edilərkən ona hazırda cavabdehlər tərəfindən zəbt edilən torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Bu halda o da Əzizbəyov Rayon X25nin 16 saylı 13 sentyabr 1991-ci il tarixli qərarına 31 il etimad göstərmiş, həmin inzibati akta güvənərək mübahisəsiz olaraq 31 il həmin torpaq sahəsinə sahiblik etmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd etdiyim qərarından göründüyü kimi inzibati akta vətəndaşın etimadı qorunmalı və digər sənədləşmə işlərinin aparılması dövlət orqanlarının vəzifəsi olduğuna görə hər hansı bir sənədləşmə işlərinin vaxıtnda və düzgün aparılmaması vətəndaşın inzibati aktla əldə etdiyi hüquqlarına xələl gətirməməlidir. Digər tərəfdən onda olan məlumata əsasən cavabdeh X15 torpaq sahəsinin ayrılması barədə bələdiyyə tərəfindən hər hansı inzibati akt qəbul edilməmişdir. İnzibati akt qəbul edilmədən Şağan Bələdiyyəsi ilə cavabdeh X11 arasında müqavilə bağlanması mümkünsüz olmaqla ortaya çıxarılan həmin müqavilənin etibarsız, əsassız və saxta müqavilə olduğunu, qanunsuz yollarla sonradan əldə edildiyi şübhələrini yaradır. Bundan başqa cavabdeh Elşan Xanlarova ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarış adlı sənədlə torpağın yerini müəyyən etmək demək olar ki, mümkün deyil və həmin sənəd Elşan Xanlarova hansı müqavilə əsasında ayrılan torpağa münasibətdə verildiyi müəyyən edilməmiş, həmin sənəd bələdiyyədən başqa digər orqanlar tərəfindən təsdiq edilməmişdir. Bütün bu uyğunsuzluqlar yenə də Elşan Xanlarovun hazırda istifadə etdiyi sənədlərin qanuni yollarla əldə etmədiyini göstərir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-ci maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. O 31 il bu torpaq sahəsinə fasiləsiz və etirazsız sahiblik etmişdir. Onun sahibliyindən 30 ildən çox vaxt keçdikdən sonra cavabdehlər onun torpağını zəbt etmişdir. Göründüyü kimi qanunvericilik mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı halda 30 il sahibliyi mülkiyyət hüququnun yaranması üçün əsas hesab edir. O isə qanuni inzibati akt ilə ona ayırlmış torpaq sahəsinə 31 ildir ki, sahiblik etdiyi halda cavabdehlər həmin torpaq sahəsini son 1-2 ay ərzində zəbt etmişlər. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə cavabdehin adının yalnış yazıldığını nəzərə alınaraq, cavabdeh X1 adının Cavabdeh2 kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, İddiaçı 1985-ci ildən əmək fəaliyyətini Əzizbəyov (İndiki xəzər rayonu) rayonunda başlayaraq o dövr üçün rayonun rəhbər vəzifələrindən biri hesab olunan rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə qədər rayonun ictimai-siyasi həyatında, gənc nəslin tərbiyəsində və quruculuq işlərində fəal iştirak etmişdir. Elə bu fəaliyyəti ilə də bağlı o vaxtkı rayon rəhbərliyinin göstərişi ilə Əzizbəyov (İndiki Xəzər rayonu) rayon X25 icraiyyə komitəsinin 16-saylı, 13 sentyabr 1991-ci il tarixli Qərarı ilə ona Şağan qəsəbəsi Yeni Məhlələr adlanan ərazidə fərdi ev tikmək məqsədilə 750 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərar isə Mərdəkan qəsəbə X25 icraiyyə komitəsinin 28 avqust 1991-ci il tarixli 8 nömrəli qərarı əsasında verilmişdir. Həmin vaxtdan torpaq sahəsinə faktiki sahiblik edərək mütəamadi olaraq gedib gəlmiş, müəyyən qonşularla əlaqələr yaratmışdır. Hələ 2005-ci ildə o, qonşusu ilə birlikdə həmin ərazini daş hasarla əhatəyə alaraq hər zaman öz ərazisinə nəzarət etmişdir. 26 may 2022-ci ildə növbəti gəlişi zamanı onun ərazisinə daş töküldüyünü görmüş və onun dəmir darvazasının sökülərək yerinə başqa darvazanın quraşdırıldığı məlum olmuşdur. Daha sonra isə məlum olmuşdur ki, İddiaçı torpaq sahəsini zəbt edən şəxslərin X19 və Cavabdeh2 olduğu məlum olmuşdur. Məhkəmə araşdırması zamanı məlum oldu ki, mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla Əzizbəyov (İndiki Xəzər rayonu) rayon X25 icraiyyə komitəsinin 16 saylı, 13 sentyabr 1991-ci il tarixli Qərarı ilə ayrılan torpaq sahəsidir. Belə ki, Mərdəkan qəsəbə X25 icraiyyə komitəsinin 28 avqust 1991-ci il tarixli 8 nömrəli qərarında qeyd edilmişdir ki, qərar qəbul edilərkən Mərdəkan qəsəbə Soveti icraiyyə komitəsinin sədr müavini Ağaəli Abdullayevin məlumatı və iddiaçının ərizəsi rəhbər tutulur. Mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman Ağaəli Abdullayev də iştirak etmiş, mübahisəli torpaq sahəsinin ona ayrılan torpaq sahəsi olmasını bildirmişdir. Bundan başqa digər qonşularda yerli baxış zamanı torpaq sahəsinin uzun zamandır onun istifadəsində olduğunu bildirmişlər. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin iddiaçıya aid olmasını təsdiq edən və qarşı tərəfin iddiaya qarşı gətirdikləri arqumentlərin əsassız olduğunu sübut edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Qarşı tərəf olaraq X4 ərazinin nəinki ona, hətta onun babasına məxsus olduğunun sübutu kimi 08 fevral 2007-ci il tarixdə Şağan Bələdiyyəsi ilə 60 illlik müddətə bağlanmış Ö7 saylı icarə müqaviləsini təqdim etmişdir. Həmin ərazilər hələ bələdiyyələr yaranmazdan xeyli əvvəl rayon İcra Hakimiyyəti Orqanları tərəfindən əhaliyə paylanmışdır. Təkcə bu fakt yetərlidir ki, cavabdeh X11 adına olan müqavilənin qeyri-qanuni olması şübhələri yaransın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Elşan Xanlarova torpaq ayrılması ilə bağlı onun müraciətinin bələdiyyənin iclasında müzakirə edilməsi, müzakirə nəticəsində qərar qəbul edilməsi, torpaq sahəsinin müvafıq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla qanunun tələbinə uyğun olaraq ayrılması, indiyədək Elşan Xanlarov tərəfindən bələdiyyəyə icarə haqqı ödənilməsi barədə heç bir sənəd yoxdur. Qeyd edilən prosedur qaydaları keçmədən təkcə yerini müəyyən etmək mümkün olmayan torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin bağlanmasının qanuni həyata keçirilməsi mümkün deyil. Belə olan halda həmin müqavilə saxta sənəd hesab edilir. Saxta sənəddə Şağan bələdiyyəsinin möhürünün olması isə onu göstərir ki, həmin saxta sənəd Elşan Xanlarov tərəfindən təkbaşına hazırlanmamışdır. İlk ağıla gələn variant isə odur ki, X34 Bələdiyyəsinin vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girərək həmin müqaviləni əldə etmişdir. Bundan başqa Elşan Xanlarov tərəfindən bilə-bilə saxta sənədə istinad edərək ona məxsus torpaq sahəsini zəbt edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Belə olan halda hesab edir ki, Elşan Xanlarovun əməlində digər cinayət əməlləri ilə yanaşı CM-in 188.1-ci maddəsində olan cinayət əməlinin tərkibinin olması istisna olunmur. Cavabdehlər və digər şəxslərin əməllərində müvafiq cinayət əməllərinin tərkibinin olmasının yoxlanılması barədə xüsusi qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X19 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, mübahisəli torpaq sahəsi 2007-ci ildə Bələdiyyə tərəfindən 60 illik icarə müqaviləsi əsasında onlara verilmişdir. Həmin torpaq sahəsində mövcud olan su çəni 1992-1993-cü illərdə atası tərəfindən qoyulmuşdur. Hasar da həmin dövrdə, yəni 1999-cu ilə qədər qoyulubdur. Məhkəmə iclasında Cavabdeh2 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X11 vəkili Nümayəndə2 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Şağan Bələdiyyəsinin nümayəndəsi X20 bildirmişdir ki, o 2022-ci ilin aprel ayında Şağan bələdiyyəsinə sədr vəzifəsi səlahiyyətlərini icra edib. Cavabdehlər 2022-ci ilin may ayında gəliblər. Bələdiyyənin arxivində cavabdehin təqdim etdiyi sənəd aşkarlanmamışdır. 2000-ci ildən sonra arxivə demək olar ki, sənəd verilməyibdir. Özü araşdırmış və sənədi aşkarlamamışdır. Cavabdehlər yalnız müqavilə təqdim ediblər. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Şağan Bələdiyyəsinin nümayəndəsi X21 bildirmişdir ki, Şağan bələdiyyəsinin arxivi tam toplamayıb. Torpağın verilməsini sübut edən sənəd yoxdur. Bakı Apellyasiay Məhkəmə sistemi sonradan yaranıb. Əvvəllər sənədlər əlbə-əl alınırdı. İcarə müqaviləsi ilə torpağın sotu 1,2 manat, çıxarışla 0,6 qəpik təşkil edir. Cavabdehlə müqavilə 2022-ci ilin may ayında qeydə alınıb. Cavabdeh1la bağlı iddia verilməyibdir. Vətəndaş vergi vermək istədiyi barədə ərizə təqdim edir. O zaman torpağın kimə aid olmasını müəyyən etmədən qeydə alırıq. Bu gün də qəbul edilən kollegial iclas protokoludur. 2006-cı ildə protokol var, 2007-ci ilə aid protokol yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 bildirmişdir ki, o, 2009-cu ildən daimi olaraq həmin ərazidə yaşayır. Həmin vaxtdan həmişə İddiaçı görmüşdür. Elşan Xanlarovu əvvəllər görməmişdir. Sözügedən əraziyə daim olaraq zibil tullantıları atılırdı. 6-7 il əvvəl biz bir neçə qonşu ilə birgə həmin əraziyə daş düzərək oranı hasarlamışıq ki, zibil atılmasın. Həmin ərazini özülər təmizləmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 bildirmişdir ki, o 2009-cu ildən həmin ərazidə qeydiyyatda olmaqla yaşayır. Həmin vaxtdan həmişə İddiaçı gedibgəldiyini görmüş və onu tanımışdır. Elşan Xanlarovu əvvəllər görməmiş və onu bu işlə bağlı tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, o faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşayır. 2015-ci ilin yay aylarında o Şağan ərazisində ev tikdirdiyi üçün həftədə 2-3 dəfə həmin ərazidə olurdu. Lakin maddi imkanı ilə bağlı evin tikintisini dayandırmışdır. 2015-2016-cı illərdə tikinti gedən zaman o orada bir neçə dəfə İddiaçı görmüş, lakin tanışlığı olmayıb. Bu ilin yayındı İddiaçı orada təmizlik işlərinin apardığını və darvaza quraşdırdığını görmüş və həmin vaxtda tanış olmuşdur. Daha sonra orada yeni darvazanın quraşdırıldığını gördü, lakin kimin tərəfindən olduğunu bilmədi. Elşan Xanlarovu və Mirzəməcid Məmmədovu ümumiyətlə həmin ərazidə görməmişdir. Mübahisəli torpaq sahəsində olan su çəni onun idi. Həyətdə yaşıllıq əkdiyi üçün həmin su çəni ona mane olurdu. Həmin vaxtlar Aydını tanımadığına görə su çənini həyətə qoyması ilə bağlı qonşusu Asifə müraciət etmişdir. Daha sonra Asif ona bildirdi ki, icazə alıb və çəni həmin həyətə qoya bilər. Daha sonra çən Aydının həyətində ola ola onlar ondan istifadə edirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 bildirmişdir ki, o faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşayır. Hazırda o taksi fəaliyyəti ilə məşğuldur. Lakin 1992- 1994-cü illərdə gənclər təşkilatında İddiaçılə birgə işləmişdir. Həmin vaxtlar o Qaraçuxur qəsəbəsində yaşayırdı. İddiaçı Şağan qəsəbəsi 4-cü döngədə torpaq sahəsi var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, 1990-cı illərdə o Mərdəkan qəsəbəsi üzrə İcra Nümayəndəliyinin sədr müavini vəzifəsində işləmişdir. O İddiaçı həmin vaxtdan tanıyır və sözügedən mübahisəli torpaq məhz onun tərəfindən İddiaçı verilmişdir. Ona həmin torpağı o vermişdir. Elşan Xanlarovun orada torpağı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 bildirmişdir ki, onun İddiaçı məxsus torpaq sahəsi ilə üzbəüz torpaq sahəsi var. O 2006-cı ildə orada tikinti işlərinə başlamışdır. O 2006-cı ildən həmin torpaq sahəsini hasara alınmış vəziyyətdə görmüşdür. Mübahisəli torpaq sahəsinin İddiaçı məxsus olduğunu bilir. O, Elşani kənd adamı kimi tanıyır, lakin onun orada torpaq sahəsinin olduğunu bilmirdi. Cavabdehləri orada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, onlar 30 ildən çoxdur ki, İddiaçılə dostdur. Onlar onunla birgə işləmişlər. Mübahisəli torpaq sahəsi İddiaçı məxsusdur. İddiaçı Gənclər təşkilatının sədri vəzifəsinə işləyib. Həmin torpaq sahəsi ona vəzifəsinə görə verilib. Məhkəmə tərfələrinin izahatını və şahid ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Əzizbəyov rayon X25 İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16 nömrəli qərarından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Mərdəkan qəsəbəsində 750 m2 torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə Xəzər rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci və 320.1ci maddələrinin tərkib əlamətləri olduğu üçün fakta görə cinayət işi başlanmış və iş üzrə ibtidai istintaqın aparılması üçün Xəzər RPİ-nin İsitintaq şöbəsinə göndərilmişdir. İş materiallarında olan torpaq sahəsinin icariyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 07 nömrəli icarə müqaviləsindən görünür ki, Şağan bələdiyyəsinin sədri X23 ilə X19 arasında “Sahə” adlanan ərazidə 1040 m2 torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Şağan bələdiyyəsinin Bakı şəhəri Xəzər rayon Prokurorluğuna ünvanladığı xx.xx.2022-ci il tarixli 25 nömrəli məktubda qeyd edilmişdir ki, Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi ev 3 ünvanında yaşayan X15 hər hansı bir məqsədlə torpaq sahəsinin verilməsi haqqında sənəd Şağan bələdiyyəsində aşkarlanmamışdır. Məktub Şağan bələdiyyəsinin sədr səlahiyyətlərini icra edən S.S.Atayeva tərəfindən imzalanmışdır. İş materiallarında olan Xəzər RPİ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Xəzər rayon Şağan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 100 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.2007-ci il tarixdə torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə uyğun olaraq Şağan bələdiyyəsi ilə 07 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X15 Şağan qəsəbəsi “Yeni sahə” yaşayış massivində 60 il müddətə 1040 m2 torpaq sahəsi icarəyə verilmiş, vergi ödəyicisi kimi bələdiyyənin vergi qeydiyyatına alınmışdır və torpaq vergisini tam ödəmişdir. İş materiallarında olan hakim Tağıyev Zaur Müzəffər oğlunun, məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehlər X19 və Cavabdeh2, cavabdeh X11 vəkili Nümayəndə2, ərazidə yaşayan qonşular X13, X5, X8, X24, 1982-1994-cü illərdə Mərdəkan qəsəbə İNnin sədr müavini vəzifəsində işləyən X3, Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini X9 iştirakları tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, Y.Əsədullayev küçəsində (Şağan qəsəbəsi) yerləşir. Qonşular təsdiq etdilər ki, A.Ağəli 1982-1994-cü illərdə Mərdəkan qəsəbəsi üzrə Nümayəndənin müavini işləyib. Torpaq sahəsinin İddiaçı məxsus olmasını təsdiqləyirlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filalının xx.xx.2022-ci il tarixli BA-05484-2022 nömrəli məktubuna əlavə edilmiş Mərdəkan qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8 nömrəli qərarında qeyd edilmişdir ki, Mərdəkan qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8 nömrəli vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə (Mərdəkan qəsəbə Soveti icraiyyə komitəsinin sədr müavini A.Ş.Abdullayevin məlumatı) əsasında vətəndaş İddiaçı ərizəsi əsasında Bakı şəhər Soveti icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 22/45b nömrəli qərarını əldə rəhbər tututaraq Şimali DRES Kooperativ küçəsi ev 6 yataqxanada yaşayan Azərbaycan LKKİ Mərkəzi komitəsində işləyən İddiaçı Mərdəkan qəsəbəsində A336 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 750 m2 torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan X16 məhkəməyə ünvanladığı **********267 nömrəli xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, o 2009-cu ildən etibarən ailə üzvləri ilə birlikdə Bakı şəhəri Şağan qəsəbəsi Yeni Məhəllələr adlanan ərazidə yaşayır. Onaların yanında daş divarla əhatə olunmuş boş ərazinin İddiaçı məxsus olduğunu bilir. Belə ki, illər ərzində İddiaçı hər zaman ailə üzvləri ilə va yaxud tək olmaqla məhəlləyə gələrək öz ərazisinə nəzarət etdiyinin şahidi olmuşdur. İş materiallarında olan X5 məhkəməyə ünvanladığı **********414 nömrəli xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, 2012-ci ildən etibarən Şağan qəsəbəsi Yeni Məhələlər adlanan ərazidə ev tikmək məqsədi ilə özünə ev almışdır. 2015-ci ildən ev tikməyə başlamış və 2018-ci ildə tikinti işlərini başa vurmuşdur. Bütün bu illər ərzində o divar qonşusu İddiaçı olduğunu təsdiq edərək bildirdirir ki, o (İddiaçı) dəfələrlə öz ailəsi ilə birlikdə məhəlləyə gələrək öz torpaq sahəsinə nəzarət etmişdir. Eyni zamanda bildirir ki, o tikinti işlərini başa çatdırdıqdan sonra həyətində olan böyük su çənini digər qonşu Əliyev Asifin iştirakı ilə İddiaçı icazə alaraq onun torpaq sahəsinə qoymuşdur. İddiaçı həyətindəki su çəni ona məxsusdur. İş materiallarında olan X8 məhkəməyə ünvanladığı **********265 nömrəli xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, o, 2004-cü ildən etibarən ailə üzvləri ilə birlikdə Bakı şəhəri Şağan qəsəbəsi Yeni Məhəllələr adlanan ərazidə yaşayır və onların yanında daş hasarla əhatə olunmuş boş ərazinin İddiaçı məxsus olduğunu bildirir. Bu illər ərzində İddiaçı hər zaman ailə üzvləri ilə və yaxud tək olmaqla məhəlləyə gələrək öz ərazisinə nəzarət etdiyinin şahidi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Mərdəkan qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8 nömrəli vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə (Mərdəkan qəsəbə Soveti icraiyyə komitəsinin sədr müavini A.Ş.Abdullayevin məlumatı) əsasında vətəndaş İddiaçı ərizəsi əsasında Bakı şəhər Soveti icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 22/45b nömrəli qərarını əldə rəhbər tututaraq Şimali DRES Kooperativ küçəsi ev 6 yataqxanada yaşayan Azərbaycan LKKİ Mərkəzi komitəsində işləyən İddiaçı Mərdəkan qəsəbəsində A336 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 750 m2 torpaq sahəsi ayrılması qərara alınmış və Əzizbəyov rayon X25 İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16 nömrəli qərarından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Mərdəkan qəsəbəsində 750 m2 torpaq sahəsi ayrılmışdır. Həmçinin məhkəmə müəyyən etdi ki, Şağan bələdiyyəsi ilə X19 arasında “Sahə” adlanan ərazidə 1040 m2 torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2007-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Lakin cavabdeh X15 torpaq sahəsinin ayrılması barədə bələdiyyə tərəfindən hər hansı inzibati akt qəbul edildiyi aşkar edilməmiş və inzibati akt qəbul edilmədən Şağan Bələdiyyəsi ilə cavabdeh X19 arasında torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Bundan başqa Cavabdeh1 tərəfindən bu müddət ərzində icarəyə verilmiş topraq sahəsinə dair icarə haqqının ödənilməsi də sübut olunmamışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il itarixli qəbz isə “bələdiyyələr xidmətinə” dair ödənişə aid olub, bunun da tərəflər arasında torpaq mübahisəsinin yarandığı dövrə təsadüf etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarnda qeyd edilmişdir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Əzizbəyov rayon X25 İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin cizğisi verilmədiyindən, iddiaçının iddia predmetinə aid olan torpaq sahəsinə dair subyektiv hüququ onun tərəfindən 31 il ərzində sözügedən torpaq sahəsindən istifdə etməsi, həmçinin sahiblik etməsi faktı məhkəməyə təqdim olunan sübutlar, şahid ifadələri, habelə məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı mübahisə predmetinə aid olan torpaq sahəsinə qonşu olan diğər torpaq sahələrinin sahibləri, habelə 1990-cı illərdə Mərdəkan qəsəbəsi üzrə İcra Nümayəndəliyinin sədr müavini vəzifəsində işləmiş X6 tərəfindən təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı hüququnu daşınmaz əmlkaın dövlət reyestrində qeydə alınmasa da, Əzizbəyov rayon X25 İcariyyə Komitəsinin qərarı əsasında ona ayrılmış sahədən sahiblik və istifadə hüquqlarının həyata keçirə bilmək üçün iddiaçı kimi həmin sahənin başqasının qeyriqanuni sahibliyindən qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyətlə bağlı yanaşmasından da göründüyü kimi “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus olan torpaq sahəsindən cavabdehlər X19 və Cavabdeh2 çıxarılmalı, həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililər cavabdehlərin öz hesablarına sökülməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilən 200 manatın cavabdehlərdən tutularaq ona verilməsi hissəsində hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hüquqi yardıma görə iddiaçı tərəfindən 200 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsi ilə bağlı İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi ilə bağlı ödənilmiş olan 200 manat pul cavabdehlər X19 və Cavabdeh2 tutularaq, İddiaçı ödənilməlidir. İddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hiussəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 150 manat dövlət rüsumu ödənmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus olan torpaq sahəsindən cavabdehlər X19 və Cavabdeh2 çıxarılsınlar və həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililər cavabdehlərin öz hesablarına sökülsün. İddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu və hüquqların müdafiəsi üçün vəkilə xidmət haqqı olaraq ödənilmiş 200 manat məbləğində pul cavabdehlər X19 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2743/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2743/2022
14.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver