Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-277/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2000-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş Rafael adlı uşağın doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi, ev 08, mənzil 06-da qeydiyyatsız yaşayır. 09 08.1971-ci il tarixdə Gürcüstanın Rustavi şəhərində anadan olmuşdur. xx.xx.1991-cı il tarixdə X5 ilə nikaha daxil olmuşdur. xx.xx.2000-ci il tarixində Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində ev şəraitində bir oğlan uşağı dünyaya gəlmişdir. Maddi imkanı olmadığına görə uşağının doğumu haqqında sənədlərini ala bilməmişdir. Doğumun qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, bununla bağlı imuna məktubu verilmişdir. Uşağın doğumunun qeydə alınması üçün tibbi sənəd (f103) olmadığından qeydiyyat şöbəsi doğum faktını qeydə ala bilməmişdir. Bu gün ki halda onun uşağının heç bir sənədi yoxdur və dövlət tərəfindən təklif edilən iş yerlərində çalışmağı üçün doğum faktının təsdiq olunması və şəxsiyyət vəsiqəsinin olmağı zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayarq, maraqlı şəxs Bakı şəhəri Xəzə rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.1991-ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X1 Rafilə Dilənçi qızı ilə nikaha daxil olmuşlar, bu barədə nikah qeydi kitabında 37 nömrə ilə qeydə alınmışdır. və nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan Xəzər rayonu İ.Tağıyev adına 26 saylı orta məktəbin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 51 nömrəli arayışda qeyd edilmişdir ki, X8 2014-cü ildə Xəzər rayonu İ.Tağıyev adına 26 saylı orta məktəbin Vİİİ sinfinə kimi təhsil almışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, 05/15-328 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-ci il tarixdə 145 saylı Qərarı ilə təsdiq edilmiş “X2 dövlət Qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün vəideynlərinin şəxsiyyətini təsdiq edən sənəd, valideynlərin nikah haqqında şəhadətnamələri, doğum faktını vaxtını və yerini təsdiq edən tibbi müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd göstərilən Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadığından uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun arvadıdır. xx.xx.1991-cı il tarixdə nikaha daxil olmuşlar. Onların bigə nikahlarında xx xxxxxxx 2000-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş Rafael adlı uşaqları olmuşdur. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Rafaelin xx.xx.2000-ci il tarixində Bakı şəhərində anadan olması, milliyyətinin Azərbaycanlı olması, atasının X7, anasının Ərizəçi olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlər olunmadığına görə onun doğum akt qeydinin verilməsində imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X2, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X2 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X2 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X2 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Rafael doğum akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Rafaelin adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi ilə X7 birgə nikahından xx.xx.2000-ci il tarixdə Bakı şəhərində oğlan uşağının doğulması, soyadının “Mirzəyev”, adının “Rafael”, ata adının “Akif”, milliyyətinin Azərbaycanlı, atasının X7 – milliyyətinin Azərbaycanlı, anasının Ərizəçi – milliyyətinin Azərbaycanlı kimi olması ərizəçi tərəfin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə X7 birgə nikahından xx.xx.2000-ci il tarixdə Bakı şəhərində oğlan uşağının doğulması, soyadının “Mirzəyev”, adının “Rafael”, ata adının “Akif”, milliyyətinin Azərbaycanlı, atasının X7 – milliyyətinin Azərbaycanlı, anasının Ərizəçi – milliyyətinin Azərbaycanlı kimi olması faktının müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-277/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-277/2021
02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver