Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2781/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və İddiaçı4 Cavabdeh ASC-yə ("xxxx" ASCyə) qarşı “satılmış evin sökülərək mülkiyyətində olan torpaq sahəsinin üzərindən götürülməsi” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və İddiaçı4 Cavabdeh ASC-yə ("xxxx" ASCyə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin guya hərracda alıb öz mülkiyyəti hesab etdiyi ünvan 1 ünvanındakı yaşayış evinin altındakı və ətrafındakı torpaq sahəsinin öz hesabına sökülüb aparılması, torpaq sahəsinin boşaldılaraq ailələrinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı yaşayış evi İddiaçı1 mülkiyyətində olmaqla yuxarıda adları çəkilən iddiaçılar hamısı həmin yaşayış sahəsində yaşayırlar. Evləri 4 otaqdan, 153.04 kv.m ümumi sahədən, 77.52 kv.m yaşayış sahəsindən və 75.52 kv.m yardımçı sahədən ibarət olmaqla hazırda da orada yaşayırlar. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Reyestr Xidməti publik hüquqi şəxsinin vermiş olduğu ******* nömrəli, RX seriyalı, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən 0.03 ha torpaq sahəsinin üzərində o yaşayış evi vardır ki, həmin evin ətrafındakı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir, yəni torpaq sahəsini üzərində hüququn növü mülkiyyətdədir. xx.xx.2014-cü ildə cavabdeh təşkilatdan 84 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 20500 manat kredit götürmüşdür. Həmin kreditdən 2019-cu ilin 12 iyul tarixinədək 16126 manat ödəmişdir. Kreditin qalan hissəsini isə düşdüyü maliyyə çətinliyi ilə bağlı vaxtı-vaxtında ödəyə bilmirdi və buna görə də borcun qalan hissəsinin yaşayış evinə yönəldilməsi barədə cavabdeh təşkilat məhkəməyə müraciət etdi. Məhkəmənin gedişatı zamanı onun cavabdehə nə qədər borclu qalmağının dəqiqləşdirilməsi üçün ekspertiza təyin edildi və ekspertin xx.xx.2020-ci il tarixli rəyinə əsasən onun cavabdehə əsas borc kimi 17882,47 manat, faiz borcu üzrə 8848,68 manat, ümumilikdə 26731,15 manat borcunun olması müəyyən edildi. Həmin borcu almaq məqsədilə "xxxx" ASC borcun tələbi və onun təminin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun mülkiyyətində olan ünvan 1 ünvanındakı yaşayış evinin hərracda satılması və əldə olunmuş pul vəsaiti ilə borcun bağlanması qət olunmuşdur. Bundan sonra xəbərləri və iştirakları olmadan "xxxx" MMC hərrac keçirmiş və həmin hərracın sonuncu dəgər təkrar keçirilən iclasında evləri 33150 manat qiymətə "xxxx" ASC-yə (Cavabdeh ASC) satılmışdır. Cavabdeh təşkilat nə qədər şişirdilmiş və artıq hesablanmış olsa da, ekspertin rəyinə uyğun olaraq 31698,08 manat borc məbləğinin evlərinin satış qiymətindən çıxarılması və qalan məbləğin onlara ödənilməsi nəzərdə tutulsa da, cavabdeh təşkilat bunu etməmişdir. Hazırda yaşadığı evin onların mülkiyyətində olmadığı, həmin evin altındakı və ətrafındakı torpaq sahəsinin isə mülkiyyətində olması barədə əlində əsaslar vardır. Belə olan halda onlara məxsus olmayan tikilinin onların mülkiyyətindəki torpaqda qalması həmin torpaq sahəsindən öz mülahizinə uyğun istifadə etməyə imkan vermir və beləliklə, bu hal torpaq üzərində onların mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı3, X2 və İddiaçı4 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, "xxxx" ASC-nin guya hərracda alıb öz mülkiyyəti hesab etdiyi ünvan 1 ünvanındakı yaşayış evinin altındakı və ətrafındakı torpaq sahəsinin öz hesabına sökülüb aparılması, torpaq sahəsinin boşaldılaraq ailələrinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı3, X2 və İddiaçı4 məhkəmə iclasına gəlməmişdirlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə iddiaçılar X2 və İddiaçı4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, Cavabdeh ASC-nin ("xxxx" ASC-nin) nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evi xx.xx.2013-cü ildə İddiaçı1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-115/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, "xxxx" ASC (“Nikoyl“ İKB ASC) ilə İddiaçı1 arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin xeyrinə 17678,47 manat məbləğində əsas borc, 13759,61 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi məbləğində pul olmaqla, cəmi 31698,08 (otuz bir min altı yüz doxsan səkkiz manat, səkkiz qəpik) manat məbləğində borc pul cavabdeh İddiaçı1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı evə yönəldilməsi, ipoteka predmeti olan bu mənzil ilkin satış qiymətinin 52000 (əlli iki min) manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti "xxxx" ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, qalan məbləğin cavabdeh İddiaçı1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 (bir yüz) manat məbləğində pul cavabdeh İddiaçı1 alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evi xx.xx.2022-ci ildə Cavabdeh ASC-nin adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-115/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin xeyrinə 17678,47 manat məbləğində əsas borc, 13759,61 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi məbləğində pul olmaqla, cəmi 31698,08 (otuz bir min altı yüz doxsan səkkiz manat, səkkiz qəpik) manat məbləğində borc pul cavabdeh İddiaçı1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı evə yönəldilməsi, ipoteka predmeti olan bu mənzil ilkin satış qiymətinin 52000 (əlli iki min) manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti "xxxx" ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, qalan məbləğin cavabdeh İddiaçı1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi müvafiq icra qurumuna göndərilmiş, icra məmurunun tələbi əsasında mübahisəli yaşayış evi hərraca çıxarılmış və "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. Hərracın nəticələrinə uyğun olaraq, xx.xx.2022-ci il tarixli, 40 nömrəli protokol tərtib olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı ev “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq tələbkar (hazırki iş üzrə cavabdeh) Cavabdeh ASC tərəfindən təkrar hərracdakı ilkin satış qiyməti üzrə 33150 manata alınmış, xx.xx.2022-ci ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evi Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçılar İddiaçı1 və qeyriləri "xxxx" ASC-nin guya hərracda alıb öz mülkiyyəti hesab etdiyi ünvan 1 ünvanındakı yaşayış evinin altındakı və ətrafındakı torpaq sahəsinin öz hesabına sökülüb aparılması, torpaq sahəsinin boşaldılaraq ailələrinə təhvil verilməsi barədə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxslərin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 ünvanındakı yaşayış evi “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq tələbkar (hazırki iş üzrə cavabdeh) Cavabdeh ASC tərəfindən əldə edilmiş, xx.xx.2022-ci ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evi Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. İddia üzrə iddiaçılar özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən tikiliyə dair tələb irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından göründüyü kimi, iddiaçıların hazırki mübahisəli yaşayış evinə dair heç bir hüquqi bağlılıqları qalmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmamaı və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi RyabixRusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqimüəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyənolunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.“Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya MəhkəməsiPlenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarlarıarasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallararasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən,lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısınıalmaqdan ibarətdir”. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanındakı yaşayış evi daşınmaz əmlakın dövlət reystrindən qeydiyyatdan keçməklə hal-hazırda cavabdehin mülkiyyətində olduğundan iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və İddiaçı4 Cavabdeh ASC-nə ("xxxx" ASCyə) qarşı “satılmış evin sökülərək mülkiyyətində olan torpaq sahəsinin üzərindən götürülməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2781/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2781/2023
12.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver