Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-279/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, boşdayanmaya görə əmək haqqının və mənəvi ziyanın tutulması və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, aralarında imzalanmış müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, "Cavabdeh” MMC tərəfindən barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, 162/k nömrəli əmrin ləğv edilməsi, xx xxxxxx 2020-ci il tarixli 162/K nömrəli əmrin ləğv edilməsi ilə bərabər, onun "Cavabdeh" MMC-yə məsləhətçi vəzifəsinə bərpa olunması və qanunsuz işdən çıxarılmasına görə xx xxxxxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh "Cavabdeh" MMC- dən tutularaq ona ödənilməsi, "Cavabdeh" MMC tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyan olaraq 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2015-ci il tarixdə Cavabdeh MMC (əvvəlki ideal şirkəti ilə) ilə rəsmi əmək müqaviləsi bağlayaraq məsləhətçi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi 5 il ərzində hər zaman əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirmiş və dəfələrlə təltif olunmuşdur. Mövcud pandemiya vəziyyəti ilə əlaqədar xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Ağa Neymətullah 42 ünvanında yerləşən “İdeal" Mağazası müvvəqqəti olaraq bağlanmışdır. xx xxxxx 2020-ci il tarixdə mağaza yenidən fəaliyyətə başlamış və o, xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər həmin mağazada əmək funksiyasını icra etmişdir. xx xxxx 2020-ci il tarixdə yenidən mağaza bağlanmışdır. xx xxxxxx 2020-ci il tarixdən yenidən "İdeal" mağazası fəaliyyətə başlamışdır və o, xx.xx.2020-ci il tarixdə saat 08:45 radələrində Bakı şəhəri, Ağa Neymətulla 42 ünvanında yerləşən İdeal Mağazasına gedərək işə başlamışdır. Saat 13:45 radələrində mağazanın müdiri ona yaxınlaşaraq bildirib ki, rəhbərlik zəng vuraraq bir daha işə gəlməməyini və mağazanı tərk etməyini tələb edir. O işdən hansı əsasla uzaqlaşdırıldığını soruşub. Müdir deyib ki, bilmir rəhbərliyin qəti göstərişidir, o, mağazada qala bilməz. O, məcburiyyət qarşısında qalıb mağazadan çıxıb. xx xxxxxx 2020-ci il tarixdə iş yoldaşı zəng edərək bildirmişdir ki, RiTEL rəhəbəri onu 12 avqust saat 15:00 da ofisdə gözləyir. O, 12 avqustda Nobel prospekti, 25 E ünvanında yerləşən "Cavabdeh” MMC-nin baş ofisinə getmişdir. Pərakəndə satış şöbəsinin direktoru Həzrət müəllim ondan işdən çıxma barədə ərizə yazmağını tələb edərək, rəhbərliyin qəti göstərişi olduğunu vurğulamışdır. Bildirmişdir ki, onu başqa maddə ilə çıxartmaq məcburiyyəti qarşısında qoymasın. Qeyd etmişdir ki, 13 avqust gəlsin baş ofisə HR yaxınlaşaraq öz istəyi ilə işdən çıxma barədə yazılı ərizə yazsın. O, elə bir ərizə yazmaq istəmədiyini, işini çox sevdiyini və ərizə yazmayacağını bildirmiş və hansı əsasla onu işdən çıxartdıqlarını soruşmuşdur. O, isə bildirmişdir ki, bu rəhbərliyin qəti göstərişidir. Onu burda görmək istəmir. xx xxxxxx 2020-ci il tarixdə 09:25 radələrində o Bakı şəhəri, Ağa Neymətullah 42 ünvanında yerləşən İdeal Mağazasına işə gedərək bioskana barmaq izini vuraraq işə başlamaq istəmişdir. Əynini dəyişərək işə başlamaq istədikdə müdir baş ofislə danışaraq onun mağazanı tərk etməli olduğunu bildirmişdir. O, səbəbini soruşduqda rəhbərliyin qəti göstərişi olduğunu bildirmişdir. Onun himayəsində 5 yaşında azyaşlı övladı və yaşlı anası olmasını qeyd edərək ailəsinin yeganə qazancı məhz, onun işidir deyib bu işə çox ehtiyacı olduğunu vurğulamışdır. Lakin məcburi qaydada mağazadan çıxarılmışdır. Mağazadan çıxdıqdan sonra dərhal Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin qaynar xəttinə zəng edərək məlumat vermişdir. xx xxxxxx 2020-ci il tarixdə yenidən rəsmi qaydada Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Əmək Müffətişliyinə rəsmi qaydada müraciət etmişdir. "Cavabdeh" MMC xx xxxxxx 2020-ci il tarixdə, xx xxxxxx 2020-ci il tarixli, 0686 saylı məktub ünvanlayaraq göstərir k, onunla "Cavabdeh” MMC arasında imzalanmış xx.xx.2015- tarixli 341 nömrəli müddətli Əmək Müqaviləsinin 6 (altı) ay ödənişsiz məzuniyyətdə olduğu zaman xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Halbuki, xx xxxx 2015-ci il tarixdə “xxxx” MMC (indiki Cavabdeh MMC) ilə arasında rəsmi əmək müqaviləsi bağlanmışdır. xx xxxx 2020-ci il tarixdə cavabdeh təşkilat ilə bağlanmış müddətli əmək müqaviləsinin 5 ili tamam olmuşdur. Qanunvericliyin tələbinə əsasən isə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Belə ki, onun ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli əmək müqaviləsi fasiləsiz olaraq 5 il davam etdiyinə görə xx xxxx 2020-ci il tarixdən artıq müddətsiz əmək müqaviləsi hesab edilir. Bildirmişdir ki, o işçi olaraq 6 ay ödənişsiz məzuniyyət ilə bağlı işəgötürənə müraciət etməmişdir, işəgötürən ilə arasında hər hansı bir razılıq olmamışdır və 6 ay ödənişsiz məzuniyyətdə olmamışdır. xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci ilə tarixə qədər Bakı şəhəri, Ağa Neymətullah 42 ünvanında yerləşən “İdeal'’ Mağazasında əmək funksiyasını icra etmişdir. Bu halı bioskan da olan barmaq izləri təsdiq edir. Yeni növ koronavirus (COVlD-19) xəstəliyi 2020-ci ilin mart ayından X2 tərəfindən dünyada pandemiya elan olunmuşdur. Mövcud Pandemiya ilə əlaqədar olaraq xx xxxx 2020-ci il tarixdə yenidən mağazanın müvəqqəti olaraq fəaliyyətinin dayanması səbəbindən o işə getməmişdir. xx xxxxxx 2020ci il tarixdə yenidən “İdeal Mağazası”na işə çıxmışdır. Daha sonra, iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onunla "Cavabdeh" MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, Cavabdeh MMC tərəfindən onun barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, 162/k nömrəli əmrin ləğv edilməsi, xx xxxxxx 2020-ci il tarixli 162/K nömrəli əmrin ləğv edilməsi ilə bərabər, onun "xxxx" MMC-yə məsləhətçi vəzifəsinə bərpa olunmağı və qanunsuz işdən çıxarıldığına görə xx xxxxxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh "xxxx” MMC-dən tutularaq ona ödənilməsi, "xxxx” MMC tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyan olaraq 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. "Cavabdeh" MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə "İdeal” mağazasının Nərimanov filialı üzrə Kenzo və Jvanji firmasının brendləri üzrə müştəri günü keçirilməsi ilə əlaqədar onun 1-ci yer əldə etdiyi üçün ona təyin edilən pul mükafatının, onun Chanell brendi üzrə fevral 2020-ci il tarixə təyin edilmiş satış planı üzrə müəyyən edilmiş məbləğdən 10% artıq satış həyata keçirməsi ilə əlqədar təyin edilən pul mükafatının, iyun 2020-ci il tarixə və mart 2020-ci il tarixə təyin edilmiş satış planı üzrə müəyyən edilmiş məbləğin 90% hissəsində satış həyata keçirilməsi ilə əlaqədar təyin edilən pul mükafatlarının miqdarının müəyyənləşdirilərək cavabdeh “Cavabdeh" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə “İdeal" mağazasının Nərimanov filialında Kenzo və Jvanji firmasının müştəri günü keçirilmişdir. Həmin firmalar plan qoymuşdurlar ki, hansı satış məsləhətçisi daha çox satış keçirərsə onlara pul mükafatı verilir. O, həmin firmaların planda qoyulmuş məbləğdən də artıq satış həyata keçirmişdir. Lakin bu günə qədər həmin pul mükafatı ona ödənilməmişdir. Fevral 2020-ci il tarixdə, mart və iyun 2020 ci il tarixdə "İdeal" mağazasının Nərimanov filialında Chanell firması yenidən satış plan təyin edərək hansı satış məsləhətçisi daha çox satış keçirərərsə onlara pul mükafat verilməsini müəyyənləşdirmişdir. O, fevral ayı üzrə təyin edilmiş plan üzrə müəyyən edilmiş məbləğdən 10% artıq satış həyata keçirmişdir, iyun və mart ayı üzrə təyin edilmiş plan üzrə müəyyən edilmiş məbləğin 90% hissəsində satış həyata keçirmişdir. Dəfələrlə pul mükafatlarının ödənilməsi barədə xahiş etsə də, “Cavabdeh" MMC-nin məsul şəxsləri tərəfindən bildirilmişdir ki. narahat olmayın bütün pul mükafatları ödəniləcək. Lakin həmin pul mükafatları bu günə qədər ona ödənilməmişdir. Bildirimişdir ki, digər işçilərə qeyd etdikləri pul mükafatları sentyabr ayında ödənilmişdir. Məhkəmə iclasında iddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı ilə “xxxx” arasında xx.xx.2015-ci il tarixində 1 il müddətinə, yəni, xx.xx.2016-cı il tarixədək əmək müqaviləsi bağlanmışdır. Qeyd olunan əmək müqaviləsi üzrə tərəflər arasında olan əmək münasibətləri xx.xx.2020-ci il tarixədək davam etmişdir. Hər il əmək müqaviləsinin müddəti bitdikdə tərəflər arasında əmək münasibətləri davam etdirilmişdir. Belə olan halda həm tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla əmək müqaviləsinin müddəti əvvəlki müddət qədər, yəni 1 il müddətinə uzadılmış olurdu. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin son müddəti xx.xx.2020-ci il tarixinə təsadüf etmişdir. “COVİD-19” pandemiyası səbəbindən ölkə rəhbərliyi tərəfındən xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə bir sıra qabaqlayıcı tədbirlər görülmüşdür. Həmin tədbirlərin icrası ilə bağlı olaraq Azərbaycan Respublikası Nazirlət Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilmişdir. Qeyd olunan qərarlar eyni zamanda MMC-nin fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olmuşdur. Həmin qərarlar əsasında MMC-nin xx.xx.2020-ci il tarixli 093 saylı əmri və həmin əmrə əlavələrlə ilə MMC-nin əməkdaşları, o cümlədən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı laddəsinin 1-ci hissəsinə uyğun olaraq ödənişsiz məzuniyyətə buraxılmışlar. MMC-nin 115/2 saylı əmri ilə Azərbaycan Respublikası Nazirlət Kabinetinin 7.08.2020-ci il tarixli 282 saylı qərarına uyğun olaraq MMC-nin bir sıra əməkdaşları, o cümlədən İddiaçı xx.xx.2020-ci il tarixindən ödənişsiz məzuniyyətdən geri çağırılmışlar, bu hal iddiaçının özü tərəfindən iddia ərizəsində təsdiq edilmişdir. İddiaçı əmək müqaviləsinin müddəti bitdiyi zaman ödənişsiz məzuniyyətdə olduğundan MMC tərəfindən həmin vaxt onun əmək müqaviləsinə xitam verilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu addəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində qaldığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı məzuniyyətdən geri çağırıldıqdan sonra 1 təqvim həftəsi keçmədən onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırki halda isə iddiaçı ilə MMC arasında bağlanmış əmək müqaviləsi 5 ildən artıq müddətə davam etməmişdir. Belə olan halda həmin əmək müqaviləsi müddətsiz hesab edilə bilməz. Bundan başqa iddiaçı iddia ərizəsində himayəsində 3 yaşında övladı olmasını və ailənin yeganə qazanc olmasına istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşmadək və ya l dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin məcəllənin 79.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Göründüyü kimi iddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək məcəlləsinin 68-ci maddəsinin b bəndində, yəni əmək müqaviləsinin müddətinin qurtarmasına görə onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Müddətli əmək müqaviləsi üzrə isə müddətin bitməsi yuxarıda göstərilən qaydada Azərbaycan Respublikası Əməmk Məcəlləsinin 73-cü maddəsində göstərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan iddiaçı ilə «xxxx» MMC arasında bağlanmış 341 saylı əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixindən 1 il müddətinə satıcı vəzifəsinə qəbul işə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya aralarında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə xitam veriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmr 162/K surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya işdən azad olmasına dair xx.xx.2020-ci il tarixli 162/K nömrəli əmrin surəti məktuba əlavə olunmaqla göndərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci i tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericliyinin tələbləri pozulduğundan və son haqq-hesab sonuncu iş günü ödənilmədiyindən Cavabdeh MMC barəsində AR İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati protokol əsasında qəbul edilmiş xx xxxxxxx 2020ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 093 saylı, xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ticarət obyektlərində iş dayandırılmış və işçilər ödənişsiz məzuniyyətə buraxılmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “xx.xx.2020-ci il tarixli, 093 saylı “Ticarət obyektlərində işin dayandırılması və işçilərin ödənişsiz məzuniyyətə buraxılması haqqında” əmrə 01 saylı əlavənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “xx.xx.2020-ci il tarixli, 093 saylı “Ticarət obyektlərində işin dayandırılması və işçilərin ödənişsiz məzuniyyətə buraxılması haqqında” əmrə 02 saylı əlavənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “xx.xx.2020-ci il tarixli, 093 saylı “Ticarət obyektlərində işin dayandırılması və işçilərin ödənişsiz məzuniyyətə buraxılması haqqında” əmrə 03 saylı əlavənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ödənişsiz məzuniyyətə buraxılsın sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 115/2 saylı, xx.xx.2020ci il tarixli əmrin surətindən görünür ki, ticarət obyektlərində iş bərpa edilmiş və işçilər ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 2739 saylı, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığın surətindən görünür ki, Cavabdeh MMC tərəfindən ödəniş təyinatı son haqq-hesab olan 2212.77 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xidməti məktubun surətindən görünür ki, İddiaçı kart hesabına son haqq-hesab olaraq 732.46 manat məbləğində pul vəsaiti ayrılmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı müəssisədə işlədiyi dövr ərzində həm əmək müqaviləsi əsasında təyin edilmiş əmək haqqını, həm də satışlara görə mükafatları tam və əksiksiz olaraq almışdır. Bütün dünyada baş vermiş pandemiya səbəbindən ölkədə də bəzi tədbirlər alınmış, mağazalar bir müddət bağlı qalmışdır. 2020-ci ilin aprel-may aylarında dövlət tərəfindən işçilərin maaşlarının 50 faizi hissəsinin ödənilməsi üçün maddi yardım edilmiş, şirkət isə digər 50 faiz hissəsini özü təmin edərək işçilərin əmək haqlarını tam şəkildə ödəmişdir. Həmçinin, İddiaçı xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi və şirkət tərəfindən müddətin uzadılmamasına görə işdən çıxsa da onun satışdan əldə etdiyi mükafatlar 2020-ci ilin sentyabr və oktyabr aylarında əmək haqqı kartına köçürülmüşdür. Həmin arayışda əks olunan bank çıxarışında Cavabdeh MMC tərəfindən İddiaçı ödənilən mükafatlar xx.xx.2020-ci il üçün 1100.53, xx.xx.2020-ci il üçün 100, xx.xx.2020-ci il üçün 50, xx.xx.2020-ci il üçün 1032.18, xx.xx.2020-ci il üçün 1100.53, xx.xx.2020-ci il üçün 1100.53, xx.xx.2020-ci il üçün 550, xx.xx.2020-ci il üçün 550.53, xx.xx.2020-ci il üçün 804.2, xx.xx.2020-ci il üçün 732.46, xx.xx.2020-ci il üçün 114.7, xx.xx.2020-ci il üçün 405 hesablanması göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 1 il müddətinə bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68. 69. 70. 73. 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2015ci il tarixdən xx.xx.2016-cı il tarixədək bir il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmin əmək münasibətləri hər il bir il müddətinə uzadılmaq şərti ilə xx.xx.2020-ci il tarixədək davam etdirilmişdir. Lakin COVİD-19 pandemiyası səbəbindən ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar Cavabdeh MMC fəaliyyətini müvəqqəti dayandırmış və bu səbəblə İddiaçı xx.xx.2020-ci il tarixdə ödənişsiz məzuniyyətə buraxılmışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə İddiaçı məzuniyyətdən geri çağırılmışdır. Məhkəmə ilk olaraq qeyd edir ki, əmək qanunvericiliyinin tələbindən göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda həmin əmək müqaviləsinə xitam verilir. Əgər əmək münasibətləri davam etdirilirsə və bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə həmin müddətə uzadılmış hesab olunur. Göründüyü kimi MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitməli idi. Lakin İddiaçı müqavilənin bitdiyi tarixdə ödənişsiz məzuniyyətdə olduğundan onun əmək müqaviləsinə xitam verilə bilməzdi. İddiaçı xx.xx.2020-ci il tarixdə məzuniyyətdən geri çağırılmış və xx.xx.2020-ci il tarixdə onun əmək müqaviləsinə müddət bitdiyindən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasdır.” Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.” Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən “İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.” Göründüyü kimi İddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən bir təqvim həftəsi keçmədən xitam verilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi işçiyə son haqq-hesab sonuncu iş günü ödənilməlidir. İddiaçı sonuncu iş günü xx.xx.2020-ci il tarix, yəni əmək müqaviləsinin xitam verildiyi gündür. İş materiallarından müəyyən edilmişdir ki, işçiyə ödəniləcək son haqq-hesab ilə bağlı ödəniş tapşırığı xx.xx.2020-ci il tarixdə icraçı bank olan “xxxx” ASC-yə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin 115/2 saylı əmri ilə iddiaçı xx.xx.2020ci il tarixindən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. İddiaçı əmək müqaviləsinin müddəti bitdiyi zaman ödənişsiz məzuniyyətdə olduğundan cavabdeh tərəfindən həmin vaxt onun əmək müqaviləsinə xitam verilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu addəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində qaldığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı məzuniyyətdən geri çağırıldıqdan sonra 1 təqvim həftəsi keçmədən onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2020-ci il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, boşdayanmaya görə əmək haqqının və mənəvi ziyanın tutulması və sairə tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, boşdayanmaya görə əmək haqqının və mənəvi ziyanın tutulması və sairə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-279/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-279/2021
18.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver