Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-279/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X3 və X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçısinin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən əşyaları ilə birlikdə çıxarılmaları tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçısi cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ana Cavabdeh1 xx.xx.2018-ci il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X21 ilə birlikdə Xanmədov (Xammədov) Bəhlul Hidayət oğlunun və X2 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, İddiaçı şəhərciyində N nömrəli xidməti mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi qulluqçu X18 xx.xx.2018-ci il tarixdə H/Hissə komandirinin əmri ilə H/Hissənin 1 saylı hərbi şəhərciyində 14№-li xidməti evlə təmin edilmişdir. O, həmin mənzildən ailəsi və yaxınları ilə birlikdə isdifadə etmişdir. Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1242/2021 saylı qətnaməsi ilə hərbi qulluqçu X8 nikahına xitam verilmişdir. H/Q R.Məmmədov xx.xx.2019-cu il tarixdən qeyd edilən mənzildən isdifadə etmədiyindən, həmin mənzilin boşaldılması məsələsi yaranmış və bununla bağlı məznildən faktiki istifadə edən cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mənzildən qanunsuz və əssasız isdifadə etməkdə davam edirlər. Bununla yanaşı cavabdehlər mənzildən istifadəsilə əlaqədar yaranan mənzil-kommunal xərclərini də ödəməkdən yayınmışlar, bu günə cavabdehlərin 1148 manat mənzilkommunal borcları vardır. Mənzil H/Hissə mülkiyyətindədir və yalnız hərbi qulluqçulara təhsis edilə bilər. Cavabdehlərin mənzilə dair heç bir yaşayış isdifadə və ya digər hüquqları yoxdur. Eyni cavabdehlərin isdifadə hüququ itirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirmişdir ki, hərbi hissənin rəhbərliyi tərəfindən cavabdeh X3, uşaqları ilə birlikdə mənzildə yaşamalarına hazırda heç bir etirazı yoxdur, lakin hərbi qulluqçu X8 raportu əsasında iddia qaldırılmışdır. Məhkəmə iclasında cavabdeh X15 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, X18 ilə ailə qurduqdan sonra kirayədə yaşadıqlarına görə və əri hərbi qulluqçu olduğuna mübahisə predmeti olan mənzil onlara yaşamaları üçün verilmişdir. Hazırda onun başqa yaşayış yeri yoxdur. Məhkəmə iclasında cavabdeh X11 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, o daimi olaraq ailəsi ilə birlikdə Keşlə qəsəbəsində yaşayır. Mübahisəli mənzildə qızı, X15 yaşayır və qızı başsız qalmaması üçün oraya gedib-gəlir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Cavabdeh3 Ağashib qızına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -N nömrəli hərbi hissənin mənzil komissiyasının xx.xx.2019-cu il tarixli protokolundan-çıxarışın surətindən görünür ki, hərbi hissənin komissiyası tərəfindən gizir X9 ailə tərkibi 3 nəfər olmaqla 2 otaqlı, yaşayış sahəsi 25 kv.m olan Qala-1 hərbi şəəhərcikdə yerləşən 14 saylı mənzilin verilməsini qərara alınmışdır (özü – gizir X19, arvadı X16). -4-cü qarışıq xüsusi təyinatlı aviasiya eskadrilyasının axtarış xilasetmə aviasiya manqasının göyərtə müşayətçisi gizir Ramil Məmmədovun raportundan görünür ki, o, raportunda bildirmişdir ki, xx.xx.2021-ci tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1242/2021 nömrəli qərarına əsasən boşanmış, bu səbəbdən N nömrəli xidməti evdə artıq yaşamır. Hal-hazırda həmin evdə keçmiş arvadı X15, 2 övladı, keçmiş qaynatası X12, keçmiş qaynanası X5 qanunsuz yaşayırlar. Özü isə ünvan 1 ünvanında kirayədə yaşayır. Ona görə də onların evdən çıxarılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1242/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilərək 18 avqust 2018-ci il təvəllüdlü X10 və 20 fevral 2020-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq ilkin və qarşılıqlı iddia qismən təmin olunara ilkin iddia üzrə cavabdeh X6 ilk iddiaçı X7 xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutulması, qarşılıqlı iddiaçı X18 ilə qaşlılıqlı iddia üzrə cavabdeh X16 arasında olan nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 18 avqust 2018-ci il təvəllüdlü X10 və 20 fevral 2020-ci il təvəllüdlü X21 cavabdeh X7 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçısinin xx.xx.2024-cü il tarixli, 18 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissəsinin tərkibində olan mənzil istismar xidməti Müdafiə nazirinin müvafiq əmrinə əsasən xx.xx.2019-cu il tarixindən etibarən yeni yaranmış İddiaçı ştat tərkibinə daxil edilmişdir. İş araşdırılmış hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mənzil komissiyası tərəfindən gizir X9 ailə tərkibi 3 nəfər olmaqla 2 otaqlı, yaşayış sahəsi 25 kv.m olan Qala-1 hərbi şəhərcikdə yerləşən 14 saylı mənzilin verilməsini qərara alınmışdır. X19 ilə iş üzrə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, X9 raportu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçısi iş üzrə cavabdehlərə qarşı hazırki iddia tələbini irəli sürmüş, mübahisə predmeti olan mənzildə hazırda iş üzrə Cavabdeh1, azyaşlı uşaqları ilə birlikdə yaşayır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlərə qarşı xidməti mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilərək çıxarılmaları barədə iddia qaldırmasına baxmayaraq mübahisə predmeti daxil olan mənzilin hərbi hissəyə aidiyyətinin olması (417 hərbi hissənin balansında olması barədə) mötəbər sübut (bu barədə hüquqmüəyyənedici sənəd) məhkəməyə təqdim ediləmişdir. Məhkəməyə yalnız İddiaçı özü tərəfindən tərtib edilmiş arayış təqdim edilmişdir ki, həmin arayışdan N nömrəli hərbi hissənin mənzil komissiyasının qərarı əsasında X14, arvadı X16 ilə birlikdə yaşamaları üçün verilmiş Qala- 1 hərbi şəhərcikdə yerləşən 14 saylı mənzilin İddiaçı aidiyyətinin olmasının müəyyən edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının mübahisə predmetinə daxil olan mənzillə bağlı sahibliyində olmasına dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməsini mümkün hesab etmir. Bundan başqa işin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinə daxil olan mənzil xidməti mənzil kimi cavabdeh X3 istifadəsinə verilmiş (mənzil verildiyi vaxtı nikahda olduğu şəxsin hərbi qulluqçu olması səbəbindən verilmiş), mənzildə o, uşaqları ilə birlikdə yaşamış və hazırda yaşayır. İş üzrə cavabdehlər X4 və Cavabdeh3 Ağashib qızının isə həmin mənzildə yaşamalarına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil xidməti mənzil kimi istifadəyə verildiyindən iş üzrə cavabdehlərin həmin mənzilə dair hər hansı bir istifadə hüquqları yaranmamışdır. Odur ki, mövcud olmayan hüququn itirilmiş hesab edilməsi özlüyündə əsassıdır. Həmçinin məhkəmə qeyd edir ki, xidməti mənzilin verilməsinə əsas olmuş qərarın ləğv edilməsi, yəni xidməti mənzilin verilməsinə əsas olmuş halın aradan qalxması və bu səbəbdən həmin mənzildən istifadələrinə verilmiş şəxslərin çıxarılması barədə müvafiq səlahiyyətli orqanın göstərişinin, qərarının mövcud olması da iş üzrə müəyyən edilməmiş və bu barədə hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 417 N-li Hərbi hissənin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağashib qızına qarşı azyaşlı uşaqlarla birlikdə Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 417 N-li Hərbi hissənin şəhərciyində 14 N-li xidməti mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməsi, həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-279/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-279/2024
31.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver