Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2791/2021 14.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Bünyat-zadə Emil Aydın oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1824 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Amid Ağamalıyev arasında “KİA CERATO” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 27.03.2020-ci il tarixdən 23.09.2020-ci il tarixədək 1 (bir) günü 30 (otuz) manat olmaq şərtilə 180 (yüz səksən) gün müddətinə icarəyə verilməsinə dair 27.02.2020-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil təslim aktı verilmişdir. Avtomobilin icarə haqqına görə 1824.00 (bir min səkkiz yüz iyirmi dörd) manat məbləğində borcun tələb edilməsinə dair cavabdehə 03.01.2021-ci il tarixdə 012 nömrəli və 12.04.2021-ci il tarixdə 037 nömrəli pretenziya ilə müraciət edib 3 (üç) gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/28-də fəaliyyət göstərən İddiaçı MMC-nə gəlib ödənilməsi barədə FMS Ekspress sürətli poçt daşıma xidməti vasitəsilə məktubla müraciət edilmiş, bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq etməyimizə baxmayaraq cavabdeh ödəniş etməmişdir. Nəzərinizə çatdıraq ki, cavabdeh 26.09.2018-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.1-ci bəndinin tləbləri pozulmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Bünyat-zadə Emil Aydın oğlu iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı ona məxsus olan “KİA CERATO” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili Abbaslı Alıya icarəyə verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarədar avtonəqliyyat vasitəsinin hər günü üçün 45 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respbublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Prosesslərinin Təhlili və İnformasiya Təminatı baş idarəsinin 05.03.2021-ci il tarixli 05/1022 nömrəli məktubundan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı 14.03.1981-ci il təvəllüdlü Cavabdeh (pasport AB 9892124) sonuncu dəfə etibarlılıq müddəti 05.07.2022-ci il tarixədək olan daimi yaşamaq üçün icazə verilmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan Əli Abbasa ünvanlanmış 02.02.2021-ci il tarixli və 12.04.2021ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan 488857 nömrəli 24.08.2020-ci il tarixli invoisdən görünür ki, Cavabdeh tərəfinfən 5400 manat icra haqqından 3520 manat ödəniş etmiş, 1880 manat ödəniş edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1). öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icarədar ona məxsus olan əmlakı cavabdehə icarəyə vermişdir. Lakin icarəçi tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri pozmuş və müqavilə üzrə nəzərədə tutulmuş ödənişləri müqavilə tələblərinə uyğun olaraq icra etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1824 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1824 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2791/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2791/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver