Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2793/2021 05.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh3 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik hüququnun tanınması» barədə və İddiaçı cavabdehlər ünvan 3 və Cavabdeh3 qarşı «vərəsəlik işi üzrə saxta imtina ərizəsinin, onun və digər sənədlərin əsasında əldə edilmiş bütün sənədlərin etibarsız hesab edilməsi» iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik hüququnun tanınması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X8 28 dekabr 2009-cu ildə vəfat etmişdir. Atasından ünvan 1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi, “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Cavabdehlər ünvan 1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi, “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlak üzərində iddiaçının vərəsəlik hüquqlarını pozurlar. Halbuki, həmin miras əmlaklar üzərində onun da vərəsəlik hüquqları tanınmalı və həmin əmlaklar üzərində 1/4 hissədə pay almaq hüququ təmin edilməlidir. Cavabdehlər hər dəfə ona həmin hissədə payını və ya onun əvəzi olan pulun verilməsinə söz versələr də onu aldadırlar. Ona görə də miras əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Yuxarıda göstərilənlərə əsasən ünvan 1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi, “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/4 hissədə vərəsəlik hüququn müəyyən edilməsi barədə iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı cavabdehlər ünvan 3 və Cavabdeh3 qarşı «vərəsəlik işi üzrə saxta imtina ərizəsinin, onun və digər sənədlərin əsasında əldə edilmiş bütün sənədlərin etibarsız hesab edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş 2(003)- 4065/2021 sayla qeydə alınmışdır. 2(003)-4065/2021 saylı mülki iş üzrə iddia tələbini onunla əsaslandırmışdır ki, atası X8 28 dekabr 2009-cu il tarixdə vəfat etmiş, ondan ünvan 1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi, “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Başqa şəxslərin mənfi təsir dairəsinə düşmüş ahıl yaşlı anası, Cavabdeh3 və onu mənfı təsir dairəsində saxlayan şəxslərin və Bakı şəhəri 7 saylı xüsusi Notariat Ofisinin qanunsuz əməllərinin, yəni iddiaçıya qarşı saxta sənəd tərtib etməklə dələduzluq cinayət hadisəsinin törədilməsi nəticəsində ona külli məbləğdə maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, həmin şəxslərin, saxta sənədlər hazırlamaq ilə müşayət olunan dələduzluq cinayət əməllərinin nəticəsində onun qanun üzrə vərəsəlik hüquqları pozulmuş, mərhum atası X3 miras qalmış əmlak payı ümumi əmlakın 1/4 hissəsi həcmində mənimsənilmişdir. Həmin şəxslərin cinayət xarakterli əməlləri iddiaçıya 2 il bundan əvvəl məlum olmuşdur və məlum olmuşdur ki, həmin şəxslər onun şəxsi ailə vəziyyətinin gərginliyindən və iddiaçının onlara olan etibarından sui-istifadə edib onu aldadaraq, hələ yazılmamış, yazılacağı mətnin məzmunu ilə tanış olmadığı ağ vərəqə imza etdirmişlər. Qeyd etdiyi kimi, 2 il bundan qabaq ona məlum olmuşdur ki, onun həmin vaxt imza etdiyi vərəqdə atası X3 qalmış miras əmlakdan guya anası Cavabdeh3 xeyrinə imtina edib. Əslində isə bütün bunlar ona qarşı dələduzluq cinayət hadisəsidir deyə, bu barədə məlumat aldıqdan sonra 7 saylı Notariat Ofisinə sözügedən ərizənin etibarsız hesab edilərək ləğv edilməsi məqsədilə və təqsirkar şəxslərin cinayət məsuliyətinə cəlb dilməsi məqsədilə, həmin şəxsləri, cinayət xarakterli əməllərinin mənası 2 il bundan əvvəl məlum olduğunu xüsusi olaraq, qeyd etməklə, Bakı şəhəri, Xəzər Rayon Polis idarəsinə şikayət edib. 7 saylı Notariat Ofisinin sözügedən imtina ərizəsinin ləğv edilməsinə dair ərizələrinə cavab olaraq ona göndərdiyi 19 avqust 2021ci il tarixli saylı məktubla xahişindən əsassız olaraq imtina edilmişdir. Xəzər RPİ-də isə ərizəsi ilə əlaqədar material toplanılsa da, nədənsə cinayət işi başlanmamış və qəbul edilmiş qərar isə ona göndərilməmişdir. Sonra o, cavabdehlər Cavabdeh1, Cavabdeh2 yə Cavabdeh3 qarşı iddia ərizəsi ilə ünvan 1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi, “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Cavabdehlər ünvan 1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi, “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/4 hissədə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edib ki, miras əmlaklar üzərində digər vərəsələr kimi onun da vərəsəlik hüquqlarının tanınmalı və həmin əmlaklar üzərində onun da 1, hissədə pay almaq huququ təmin edilməlidir. Daha sonra isə iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad çıxarılmışdır. Cavabdehlər və onların yaxın ətrafının etdikləri göstərilən saxtakarlığın nəticəsində yol, məhkəmə və sair işlərinə görə xeyli məbləğdə pullar xərcləyib, həm də 2 il bundan əvvəl həmin məlumat ona çatdıqdan sonra xeyli sarsıntılar keçirib, daxilən iztirablar keçib, sağlamlıq vəziyyəti xeyli pisləşmişdir deyə həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Ona vurulmuş maddi zərəri 2.000 manat, mənəvi zərəri isə 5.000 manat məbləğində qiymətləndirir. Odur ki, hesab edir ki, Xəzər rayon məhkəməsi tərəfindən Xəzər RPİ-dən vərəsəlik işinə dair verdiyi ərizəsi ilə əlaqədar toplanmış material məhkəməyə tələb edilməli, “təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə xüsusi qərardad çıxardıb rayon prokurorluğuna göndərməli, Xəzər Rayon Məhkəməsi cavabdehlərin ona qarşı törətdikləri qanunsuz əməlləri, o cümlədən onun iddia ərizəsində qeyd etdikləri tam araşdıraraq, onun adından tərtib edilmiş, lakin əslində göstərdiyi səbəblərdən alt hissəsində imzası olan sənədin “saxta və qurma olduğunu aşkar edərək həmin saxta ərizənin və onun əsasında əldə edilmiş vərəsəlik işinə dair vərəsəlik şəhadətnaməsinin və bütün hüquqverici sənədlərin ləğv edilməsi və saxta sənəd tərtib etməklə dələduzluq cinayət hadisəsinin törədildiyinə görə ona vurulmuş 2.000 manat maddi və 5.000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər 07 saylı Dövlət Notariat Kontoruna Cavabdeh3 qarşı «vərəsəlik işi üzrə saxta imtina ərizəsinin, onun və digər sənədlərin əsasında əldə edilmiş bütün sənədlərin etibarsız hesab edilməsi» barədə iddiasına dair 2(003)-4065/2021 saylı mülki işlə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik hüququnun tanınması» barədə iddiasına dair 2(003)-2793/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, mülki iş üzrə ona aid olan imtina ərizəsi onun tərəfindən imzalanmış, mətn isə ona aid olmamış, o, boş ağ vərəqə imza atmağa məcbur qalmışdır. “Ərizə mənim sözlərimlə yazılmışdır, ona görə imza edirəm” sözləri və ondan sonra “İmza” və soyadını onun tərəfindən icra olunmuş, lakin o, bütün bunlara məcbur edilmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək iddiaya yazılı etirazla məhkəməyə müraciət edərək izahatında bildirdi ki, X8 Cavabdeh3 əri olmuş, o, 28 dekabr 2009-cu il tarixdə vəfat etmişdir. Ondan ünvan 1, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi, “Volksvvagen Passat” markalı ”avtomobil miras qalmış, həmin əmlaklar üzrə mülkiyyət hüquqları tanınmış və bu barədə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda iddiaçı 03 may 2009-cu il tarixdə ərizə ilə yuxarıda adları çəkilən əmlaklar üzrə ona düşən payından anasının xeyrinə imtina etmiş, ərizəsində gələcəkdə bununla bağlı iddia tələbinin olmayacağını qeyd etmişdir. İddiaçı Bakı şəhəri 07 saylı Xüsusi Notariat ofisinə sözü gedən ərizəni geri götürmək istəsə də 05 oktyabr 2019-cu il tarixli məktubla notariat tərəfindən imtina edilmişdir. İmtina Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə (Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz) əsaslanmışdır. Hesab edir ki, iddia tələbi ilə bağlı iddia müddəti keçdiyindən, cavabdehin notariat orqanına müraciət edərkən, iddiaçının adını vərəsə olaraq göstərdiyindən, iddiaçı qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirmədiyindən, vərəsəlik hüququndan anasının xeyrinə imtina edərək həmin hüquqlarını itirdiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbələrini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 7 saylı xüsusi Notariat Ofisinin notariusu X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da gəlməmiş, lakin 04.10.2021-ci il tarixli 818 saylı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28.12.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Sevil Mehman qızı ilə 11.09.1965-ci il tarixdə Bakı şəhəri, Artyom (indiki Pirallahı) rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar və həmin nikah 332 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Yusifzadə, arvada Yusifzadə soyadı verilmişdir. İş materiallarında olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışa əsasən X3 qalan miras əmlakların (ünvan 1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi, “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil) qanuni vərəsəsi ünvan 1 ünvanında yaşayan həyat yoldaşı Yusifzadə Sevil Mehman qızıdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 28 dekabr 2009-cu il tarixdə vəfat etmiş X3 qalan miras əmlakların (ünvan 1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ evi, “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil) qanuni vərəsəsi ünvan 1 ünvanında yaşayan həyat yoldaşı Cavabdeh3dır tam mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 158806 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov (indiki ünvan 2 ünvanı X4 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyesrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ evi Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. İş materiallarında olan Cavabdeh3 tərəfindən ünvan 3 ünvanlanmış ərizədə qeyd olunur: “həyat yoldaşım X4 ölümündən sonra maddi vəziyyətim ağırlaşmış, onun qəbir üstünü düzəltmək və yas mərasimini vermək imkanım xaricindədir. Odur ki, ondan miras qalmış ev və maşından istifadə etmək üçün xahiş edirəm 6 ay müddəti gözləmədən vaxtından əvvəl qanun üzrə vərəsəlik hüququ haqqında şəhadfətnamə verəsiniz”. İş materiallarında olan Cavabdeh1 tərəfindən ünvan 3 ünvanlanmış ərizədə qeyd olunur: “mərhum atam X3 miras qalmış ünvan 1–nı, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ evini və “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili vərəsəlik hüququ üzrə qəbul etməmişəm və etmək fikrim də yoxdur.” İş materiallarında olan Cavabdeh2 tərəfindən ünvan 3 ünvanlanmış ərizədə qeyd olunur: “mərhum atam X3 miras qalmış “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildən ona düşən vərəsəlik payından anam Cavabdeh3 xeyrinə imtina edirəm.” İş materiallarında olan ünvan 4 ünvanladığı məktubda deyilir: “İddiaçı məhkəməyə ünvanladığı ərizə həqiqətə uyğun deyildir. 28.12.2009-cu il tarixdə vəfat etmiş mərhum atası X3 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ötrü iddiaçının özü və mərhumun digər vərəsələri özləri şəxsən notariat (kontoruna) ofisinə gələrək vərəsəlik payını qəbul etmək və yaxud ondan imtina etmək haqqında ərizənin mətnini yazdırmışlar və imzalamışlar. İddiaçı 03.05.2010-cu il tarixdə Notariat (kontoruda) ofisində olan zaman ona Azərbaycan Respublikasının MM-in 1268-ci maddəsi ətraflı izah edilmiş və ona bildirilmişdir ki, vərəsələr mirası qəbul etməkdən, imtina etdiyi barədə ərizəsini geri götürə bilməz və həmçinin Azərbaycan Respublikası MM-in 1257-ci maddəsi ona ucadan oxunmuş , həmin maddənin mətni ilə onu tanış etmişik. Hər-hansı şərtlə və ya ondan qismən imtina etməyə yol verilmədiyi bildirilmişdir. İddiaçının ərizədə göstərdiyi faktlar şər və böhtan xarakteri daşıyır. Belə ki, notariat ofisində heç bir vətəndaşın konstitusiya hüquqları pozulmamışdır. Əksinə onlara həmişə hüquqi yardım göstərilmişdir.” Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsinin, “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmuş X4 28.12.2009-cu il tarixdə ölməsi ilə həmin əmlaklara dair vərəsəlik açılmışdır. Həmin əmlaklar üzrə mülkiyyət hüquqları tanınmış və bu barədə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, iddiaçı 03 mart 2010-cu il tarixdə ərizə ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi, ev 9, mənzil 5a, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi, “Volkswagen Passat” markalı avtomobil üzrə ona düşən payından anasının xeyrinə imtina etmiş, ərizəsində gələcəkdə bununla bağlı iddia tələbinin olmayacağını qeyd etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən əmlaklar İddiaçı atası X4 mülkiyyətində olmuşdur. İddiaçının atası 28.12.2009-cu il tarixdə ölmüş və onun həmin tarixdə ölməsi ilə vərəsəlik açılmışdır İş üzrə olan sübutlarla İddiaçı 03 mart 2010-cu il tarixli ərizə ilə ünvan 1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi, “Volksvvvagen Passat” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni vərəsəsi ünvan 1 ünvanında yaşayan həyat yoldaşı Yusifzadə Sevil Mehman qızının xeyrinə imtina etməsinə məcbur edilməsi halı təsdiq edilməmiş, məhkəmə iclasında təqdim edilən 05 noyabr 2021-ci il tarixli ərizəsində iddiaçı etiraf etmişdir ki, mülki iş üzrə ona aid olan imtina ərizəsi onun tərəfindən imzalanmış, mətn isə ona aid olmamış, o, boş ağ vərəqə imza atmağa məcbur qalmışdır. “Ərizə mənim sözlərimlə yazılmışdır, ona görə imza edirəm” sözləri və ondan sonra “İmza” və soyadını onun tərəfindən icra olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilən Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1257-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Göründüyü kimi, vərəsə mirasın qəbulundan imtina edə bilər və bu notariat orqanında rəsmiləşdirilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 03.03.2010-cu il tarixdə notariat kontoruna ərizə ilə müraciət edərək, 28.12.2009-cu il tarixdə vəfat etmiş atasının ölümündən sonra vərəsəlik üzrə ona çatan paydan anasının xeyrinə imtina etdiyi ərizəsini geri götürə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və verilmiş, habelə səlahiyyətli dövlət orqanı olan notariat kontorunda rəsiləşdirilmiş mirasdan imtina edilməsi barəsində ərizənin ləğv (etibarsız) edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mirasa əmlaka dair notariat orqanı tərəfindən ünvan 1, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi, “Volksvvvagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı əmlaklara dair Cavabdeh3 verilmiş şəhadətnamənin etibarsız edilməsi hissəsinə münasibətdə isə hesab edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən vərəsələrin dairəsi, mirasın tərkibi və sağ qalan ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsi notarius tərəfindən düzgün müəyyən edildiyindən, yəni şəhadətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hər-hansı hal mövcud olmadığından iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “əsas əmlaka görə miras payının verilməsi, madi və mənəvi ziyana”na dair hissələrini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. Belə ki, vərəsə mirası qəbul etməkdən imtina etməsi barədə ərizəni geri götürə bilməz. Çünki, belə ərizə mirasın açıldığı yer üzrə notariat orqanına və ya müvafiq icra orqanına verilir və mirasın qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Bu müddət ərzində mirasdan imtina etmiş vərəsənin miras payı Mülki Məcəllənin 1262-ci maddəsində müəyyən edilmiş qaydada digər vərəsələrin paylarına birləşdirilərək onlara verilir. Belə olduğu halda vərəsənin öz şəxsi iradəsi əsasında imtina etdiyi miras payını yenidən qəbul etməsinə yol verilmir. Digər tərəfdən, əmlaka görə miras payının verilməsi, maddi və mənəvi zərər törəmə hüquq münasibəti olub, mirasdan imtinanın ləğv edilməsindən törənir. İddiaçı isə miras əmlakdan ona çatan paydan anasının xeyrinə imtina etdiyindən, vərəsə isə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilmədiyindən, o cümlədən, mirasdan imtinanın ləğv olunmasına dair iddia tələbi təmin edilməməli olduğundan, iddianın göstərilən hissələri də əsassızdır. Buna görə də iddia tələbi qeyd edilən hissələrdə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik hüququnun tanınması» barədə və İddiaçı cavabdehlər ünvan 3 və Cavabdeh3 qarşı «vərəsəlik işi üzrə saxta imtina ərizəsinin, onun və digər sənədlərin əsasında əldə edilmiş bütün sənədlərin etibarsız hesab edilməsi, əmlaka görə miras payının müəyyən edilməsi » barədə iddiaları təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2793/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2793/2021
05.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver