Məhkəmə qərarları › İş №2(003)-2795/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2795/2024

29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2795/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs göstəriləməklə) “atası X* 30.05.*930-cı il tarixdə Bakı şəhərində doğumunun qeydə edilmə faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin halları Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs göstəriləməklə) - atası X* 30.05.*930-cı il tarixdə Bakı şəhərində doğumunun qeydə edilmə faktının müəyyən edilməsinə dair xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.*966-cı il təvəllüdlü Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 30.05.*930-cu il təvəllüdlü atası X4 24.*2.*989-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən qəbrstanlıqda dəfn edilmişdir. Mərhum atasının doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Arxivdə bununla bağlı sənəd aşakar edilməmişdir. Buna görə də doğum haqqında akt qeydinin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin ərizəçiyə ünvanladığı *4.05.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən *930-cu ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu və Mərdəkan qəsəbəsi üzrə doğum haqqında qeydlər kitablarında X* təvəllüdü haqqında heç bir məlumat tapılmamışdır. Ərizəyə əlavə edilmiş hərbi biletdə mərhum atası X* 30.05.*930-cu il tarixdə doğulduğu qeyd edilmişdir. 09 yanvar *990-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, atası X4 24.*2.*989-cu il tarixdə vəfat etmişdir. Mərhum atası 30.05.*930-cu il təvəllüdlü X3 doğum haqqın şəhadətnamənin alınması zərurəti vardır. Buna görə də, məhkəməyə müraciət etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə etirazın dəlilləri Ərizəyə qarşı yazılı etirazla müraciət edilməmişdir. İş materiallarına əlavə olunmuş sənədlər - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan X2 Arxivinin 3-48-DA/2- 707/2024 saylı, 2*.*0.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, 30.05.*930-cı il tarixində Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonunda doğulmuş X* Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Qeydiyyat şöbəsi tərəfindən 24.*0.*946-cı il tarixində tərtib olunmuş 92 nömrəli doğum akt qeydi mövcuddur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 259.0.*. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 259.0.*2. ərizə bu Məcəllənin *49-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin *50.*.2-ci və ya *50.*.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının Bənd *.6. məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 3*0.*-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Bənd *.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Bənd 4. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Bənd 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi atası X* 30.05.*930-cı il tarixdə Bakı şəhərində doğumunun qeydə edilmə faktının müəyyən edilməsini xahiş etsə də, o, məhkəməyə müraciət etməmişdən öncə aidiyyəti orqana müraciət etməmişdir. Bununla bağlı, ərizəçiyə MPM-nin tələblərinə müvafiq olaraq, aidiyyəti orqana müraciətindən imtina olunması barədə sənədin məhkəməyə təqdim edlməsi izah edilmişdir. Bundan başqa, iş üzrə məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan X2 Arxivinin 3-48-DA/2-707/2024 saylı, 2*.*0.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, 30.05.*930-cı il tarixində Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonunda doğulmuş X* Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Qeydiyyat şöbəsi tərəfindən 24.*0.*946-cı il tarixində tərtib olunmuş 92 nömrəli doğum akt qeydi mövcud olması müəyyən edilmişdir. Göründüyü kimi, ərizəçinin atası X* 30.05.*930-cı il tarixdə Bakı şəhərində doğulması haqqında akt qeydinin mövcud olub-olmaması barədə ziddiyətlər yaranmış, lakin ərizəçi ona MPM-nin tələbləri izah edilməsinə baxmayaraq, o, həmin anlaşılmazlıqları aradan qaldırmamış, mərhum atasının doğum akt qeydinin mövcud olub-olmaması barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməmiş və ya müraciət etmişdirsə, müraciətinin nəticəsinə dair sənəd təqdim etməmiş və yaxud müraciətindən sonrakı yaranacaq hüquq münasibətlərinə uyğun, Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət etmədən məhkəməyə müraciət etmişdir. Belə ki, ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı ərizəsinə əlavə etməmiş və məhkəmə müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Eyni zamanda ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi fakrt üzrə akt qeydi mövcuddur. Yəni, X* doğum haqqında şəhadətnaməsinin bərpası mümkündür. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi(lər) bu halı qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll etmədiy(klər)indən və bu qaydanı tətbiq etmək imkanını itirmədiy(klər)indən, X* doğum haqqında şəhadətnaməsinin bərpası mümkün olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi mövcud ərizə ilə hələ məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasına riayət etmədiyindən və belə bir qaydanı tətbiq etmək imkanını itirmədiyindən, məhkəmə tərəfindən ərizəçiyə işin məhkəmədən kənar həll etməsi barədə hüquqları izah olunmasına baxmayaraq, o həmin halı aradan qaldırmamışdır. Beləliklə, ərizəçinin ərizəyə sübutlarını əlavə edilmədiyindən, məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadığından, eyni zamanda məhkəmə sorğusu əsasında ərizəçinin atası X* 30.05.*930-cı il tarixdə Bakı şəhərində doğulmasına dair doğum akt qeydinin olmasının müəyyən edilməsi səbəbindən, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi (Bakı şəhəri, Maraqlı şəxs göstəriləməklə) “atası X* 30.05.*930-cı il tarixdə Bakı şəhərində doğumunun qeydə edilmə faktının müəyyən edilməsinə dair” ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar