Məhkəmə qərarları › İş №2(003)-2797/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2797/2022

29.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2797/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı ildə ölmüş X12 əri X8 əmisi qızı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X25 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ailə qurduqları gündən onun atası X6 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1 ünvanda yaşamağa başlamışlar. Həmin yaşayış evi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventerizasiya və qiymətləndirilməsinə aid” Pasporta əsasən ərinin atası X7 və ərinin əmisi qızı X18 məxsus olmuşdur. Onun ərinin atası X13 öldükdən sonra, ərinin əmisi qızı X26 13 yanvar 1976-cı ildə, əri X20 isə 14 iyul 2012-ci ildə ölmüşdür. Onlar ölənə qədər yaşadıqları evi xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə aldırmamış, həmin evə dair yeganə hüquqmüəyyənedici sənəd 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventerizasiya və qiymətləndirilməsinə aid Pasport” olmuşdur. O, həmin evi xüsusi mülkiyyət hüququ ilə qeydə aldırmaq istəyən zaman ondan evin sahiblərinin, yəni ərinin atası X4 və ərinin əmisi qızı X12 vərəsələrinin ərizələri tələb edilmişdir. Əri, X3 miras qalmış fərdi yaşayış evi onun əri tərəfindən miras kimi faktiki qəbul edilmiş, ərinin həmin hüququ irsi transmisiya ilə ona keçmişdir. Yəni o, ərinin birinci dərəcəli vərəsəsi olduğuna görə, evdən miras pay qismində ərinə çatası pay ona keçmişdir. Beləliklə də ərinin atası X7 məxsus mirasın qəbulunda hər hansı bir problem yaranmamışdır. Lakin evin digər sahibi, ərinin əmisi qızı X12 birinci dərəcəli vərəsəsi qalmamış, onun övladları olmamış, əri isə çoxdan ölmüş, digər növbəli vərəsələri də (bacısı və qardaşı) olmamışdır. Onun sonrakı növbəli vərəsələrindən yalnız onun əri olmuş, onun əri də beşinci növbəli vərəsə kimi əmisi qızından qalan mirası faktiki qəbul etmiş, həmin mirasa sahiblik və idarə etmiş, lakin mirası mülkiyyətinə keçirənədək əri öldüyündən onun bu hüququ da irsi transmisiya ilə ona keçmişdir. Məhz o, X12 beşinci növbəli vərəsəsi kimi 7 saylı Xüsusi Notariat Ofisinə müraciət etdiyindən ondan qohumluğu təsdiq edən sənəd tələb edilmiş, belə bir sənəd olmadığından, yəni X12 onun əri X11 əmisi (yəni ərinin atası X4 qardaşı) X14 qızı olması barədə onda hər hansı bir sənəd olmadığından o, X12 əri X8 əmisi qızı olması faktının məhkəmə qaydasında müəyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, X12, ərinin atası X4 və ərinin əmisi X15 doğumu haqqında qeydlər olmadığına görə bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Həmçinin bildirmişdir ki, X26, ərinin əmisinin tək uşağı olmuşdur. Zibeydə, Seyfulla adlı şəxslə nikahda olmuş, lakin uşaqları olmamışdır. Əri öləndən sonra isə yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1-ə gəlmiş və ölənədək orada yaşamışdır. Zibeydənin sənədlərindən yalnız onun ölümü ilə bağlı şəhadətnaməsi var. Başqa sənədlərini isə əldə etməklə mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. X12, ərizəçidən başqa vərəsəsi yoxdur. X12 ərizəçinin ərinin əmisi qızı olması ilə bağlı bütün müvafiq sənədlərin əldə edilməsi üçün tədbirlərin görülməsinə baxmayaraq, yəni arxiv idarələrində Zibeydə ilə bağlı sənədlər aşkar edilmədiyindən qohumluq əlaqələrinin sübut edən sənədlərin əldə edilməsi mümkün olmamışdır. Bununla da qohumluq əlaqənin yalnız məhkəməyə yolu ilə müəyyən edilməsindən başqa çıxış yolu qalmamışdır. Maraqlı şəxs Bakı şəhəri 7 saylı notariat ofisi məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X22 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. O, 1974-cü ildən ərizəçi ilə qonşuluqda yaşayır. X19 tanımışdır. Zibeydə, 1976-cı ildə ölmüşdür. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1 bildiyinə görə Ərizəçi əri X8 atası X7 məxsus olmuşdur. Həmin evdə X25, onun qardaşları Zeynal və Cəfərlə birlikdə yaşamışlar. X2 da orada yaşamışdır. Zibeydəni görmüş və ünsiyyət etmişdir. Bildiyinə görə X26 ərizəçinin əri Ağasəid Əliyevin əmisi Əmirəli Əliyevin qızı olmuşdur. Zibeydənin uşaqları və başqa qohumları olmamış, ölənədək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1-də yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. O, 1971-ci ildə hazırda ərizəçinin qonşuluğunda olan evə gəlin gəlmişdir. Həmin vaxtlarda da X19 qonşuluqda yaşadığını görmüş, daha sonra isə qonşu kimi münasibətləri yaranmışdır. X26, ərizəçinin əri, X11 atası X4 qardaşı qızı olmuşdur. X1 adlı şəxslə evli olmuşdur, onların uşaqları olmamışdır və Seyfulla öləndən sonra Zibeydə hazırda ərizəçinin yaşadığı evə, yəni əmisinin evinə gəlmişdir. Zibeydə ölənədək həmin evdə yaşamışdır. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun surətindən görünür ki, X29 (Sövduməli) oğlu və X26 Bakı şəhəri Buzovna qəsəbəsi Ordubadi küçəsində yerləşən 1 nömrəli evin sahibləri kimi qeydə alınmışdır. İş materiallarında İİİ-ЖГ seriyalı 486325 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə Ərizəçi arasında xx.xx.1985-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında ИЕ seriyalı 921715 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X29 (Sövduməli) oğlu, anası isə X5r. İş materiallarında olan İİ-ИЕ seriyalı 329261 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 (Sövduməli) oğlu xx.xx.1969-cu il tarixdə, 64 yaşında Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 556821 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 052568 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Buzovna kənd məscidinin sənədlərində Seyfulla Heybətəli oğlu ilə X23 nikah tarixlərinə dair məlumat aşkar olunmuş, nikahın tarixi xx.xx.1913-cü il tarixdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycan Sovet Hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Buzovna kənd məscidinin 1889-1905-ci illərə dair doğum aktlarının qeydiyyat kitabında X12 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycan Sovet Hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Buzovna kənd məscidinin 1889-1905-ci illərə dair doğum aktlarının qeydiyyat kitabında Seyfulla Heybətəli oğlunun doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1935-ci ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə nikah haqqında qeydiyyat kitablarında xx.xx.1935-ci ildə X44 Sadum (sənəddə olduğu kimi) oğlu ilə Əliyev (Məlikova) X24 nikahının qeyd olunur. İş materiallarında olan ünvan 2 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1976-cı il tarixdə ölmüş mərhum X9 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair qohumluğu təsdiq edən sənədlər və hüquqmüəyyənedici sənəd olmadığı üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin veriməsindən imtina edilmiş və məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Buzovna qəsəbəsi Ordubadi küçəsində yerləşən 1 nömrəli evə dair ev dəftərindən görünür ki, X17, onun arvadı X10 və uşaqları Ağacəfər, Yavər, Ağazeynal, Zenfira və Ağasəid həmin evdə yaşamışlar və qeydiyyatda olmuşlar, o cümlədən orada Zibeydənin və atası əmrəlinin adları qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən vərəsəlik zamanı beşinci növbədə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşin araşdırılmış hallarından görünür ki, ərizəçi tərəfindən xahiş olunan qohumluq faktının təsdiq edilməsinə dair xahişi miras qalmış əmlakın vərəsəlik qaydasında həllini tapmasından ibarətdir. Belə ki, iş üzrə müəyyən olunur ki, ərizəçinin əri, X8 atası X29 (Sövduməli) oğlundan və X9 (Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasporta əsasən) Bakı şəhəri Buzovna qəsəbəsi Ordubadi küçəsində yerləşən 1 nömrəli ev miras qalmışdır. Həmin ev hazırda ərizəçinin sahibliyində və istifadəsindədir. Həmin evə dair vərəsəlik işinin açılması üçün qohumluq faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün notariat ofisi tərəfindən ərizəçiyə imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1976-cı ildə ölmüş X12 əri X8 əmisi qızı olmasına dair faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İş üzrə tədqiq edilmiş sənədlərdən və məhkəmə iclasında şahidlər tərəfindən verilmiş ifadələrindən müəyyən olunur ki, X26, ərizəçinin əri, X8 atası X29 (Sövduməli) oğlunun qardaşı Əmirəli Əliyevin qızı olmuşdur. O, əri Seyfulla Heybətəli oğlu ilə nikahda olmuş, onların uşaqları olmamış və əri öləndən sonra ölənədək Bakı şəhəri Buzovna qəsəbəsi Ordubadi küçəsində yerləşən 1 nömrəli evdə yaşamışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə, xahiş olunan faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə qeyd edilən qohumluq əlaqəsinin olması ərizəçi tərəfin izahatı, şahid ifadələri, iş materialları ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə təmin edilərək xx.xx.1976-cı ildə ölmüş X12 əri X8 əmisi qızı olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1976-cı ildə ölmüş X12 X8 əmisi qızı olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar