Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2800/2021 24.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4700 manat məbləğində borcun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir il əvvəl bir yerdə işlədiyi Cavabdeh torpaq sahəsi almaq istyədiyini bildirmişdir. 08.02.2020-ci il tarixində Xəzər rayonu, Binə qəsəbəsində torpaq almaq məqsədi ilə kredit yolu ilə ilkin olaraq Cavabdeh 2000 manat məbləğində pul vermiş, qalan məbləği isə hər ay 300 manat olmaqla ödəmişdir. Ödədiyi pulun qarşılığında 12.02.2020-ci il tarixdə özünü torpaq sahibi kimi təqdim edən X1 ilə görüşərək ondan etibarnamə almışdır. Bir müddət sonra İddiaçı torpağa baxış keçirən zaman orada tikinti işlərinin getdiyini görmüş, maraqlandığı zaman isə torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu aşkar etmişdir. Torpaq sahəsinin başqa şəxsə məxsus olduğundan və iddiaçıya verilən etibarnamə yanlış olduğundan, o, Cavabdeh ona ödədiyi pulu tələb etmiş, lakin cavabdeh ona pulu geri qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnaməçıxqarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, İddiaçı pulu o almışdır. Həmin pulu isə o Sahib adlı qonşusuna vermişdir. Sahib isə onu aldatmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görəiddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iclasında cavabdehin vermiş olduğu ifadəsindən görünür ki, Cavabdeh mülki iş üzrə İddiaçı 4700 manat pulu aldığını və həmin pulu torpaq almaqla bağlı Sahib adlı şəxsə verdiyini bildirmişdir. Lakin cavabdeh tərəfindən Sahib adlı şəxsə pul verilməsi ilə bağlı məhkəmə hər hansı bir sübut təqdim etməmişdir. Göründüyü kimi Cavabdeh pulun İddiaçı almağını etiraf edir və həmin məbləğin Sahib adlı şəxsə verdiyini qeyd edir. Həmçinin iş materiallarında olan telefon yazışmalarından da görünür ki, cavabdeh iddiaçıya torpağın alınmasını təklif etmiş və toprağın qıymət barədə razılaşmışlar. Lakin cavabdeh 4700 manat pulun Sahib adlı şəxsə verməsinə dair hec bir sübut, dəlil məhkəməytə təqdim etməmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə cavabdehin qismən etirafını qəbul edir və hesab edir ki, Cavabdeh 4700 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4700 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2800/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2800/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver