Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2801/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsə kimi tanınma, mirasın qəbul edilməsi müddətinin bərpası və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 03 noyabr 1981-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X10 varisi olmağını nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 1 saylı fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun qeydə alınmasına dair müddətin bərpası və qanun üzrə vərəsəlil şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 dədə-babadan özünün istifadəsində olan 0,35 ha torpaq sahəsini 1939-cu ildə işlədiyi kolxozdan sənədləşdirmişdir. Hazır ki, iddia ərizəsinə surəti əlavə edilən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2015-ci il tarixli 2424 saylı arayışında qeyd olunur ki, həqiqətəndə keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Mərdəkan, Qala, Türkan, Binə Keşlə, Şüvəlan kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə xx.xx.1939-cu il tarixli aktlar kitabında SSRİ X21 "Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri" haqqındakı qərarına əsasən kolxozçuların, tək təsərrüfatçıların və qeyri-kolxoz üzvləri olmayanların AzSSR Əzizbəyov rayonu, Mərdəkan kəndi, Varaşilov Kolxozdakı həyətyanı uçastoklarının ölçülərinin aparılması barədə tərtib olunmuş kitabın saxlama vahidinin ikinci səhifəsində tərtib olunmuş akta əsasən 2-ci səhifənin 1-ci sıra sayında X5 ayrılmış torpağını ümumi sahəsi 0,35 ha, o cümlədən yaşayış binası altında 0,01 olmaqla evin yanında uzunluğu 58, eni 17, sahəsi 0,10, qeyri yerlərdə uzunluğu 105, eni 24, sahəsi 0,255 artıq 0,045 olması barədə qeydiyyatlar vardır. Bu sənədin özü də sübuta yetirir ki, babası X12 0.35 ha torpaq sahəsi məxsus olmuş, həmin dövrdə torpaqlar özəl mülkiyyətə verilmədiyindən bu torpaq sahəsinə dair vərəsəlik işi açılmamışdır. X1 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında qeydləri kitabında 220 nömrəli akt da tərtib olunmuşdur. Babası vərəsələrindən biri də atası X23 olmuşdur. X4 30 sentyabr 2012 çi tarixdə vəfat etmişdir. Bundan sonra hazırki mülki iş üzrə Cavabdeh1 2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək vərəsəlik və mülkiyyət hüququnun tanınması və payın naturada ayrılrılması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 may 2013-cü il tarixli 2(003)-694/20 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 1 saylı fərdi yaşayış evinin X15 vəfatından sonra iddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş, X8 miras qalan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 1 saylı fərdi yaşayış evinin texniki pasportuna əsasən "A" literinin 1,233 saylı tikililərinə iddiaçın qanun üzrə vərəsəlik hüquqları tanınmış və həmin tikililər hazırki iş üzrə Cavabdeh1 aid edilmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş və bu qətnamə onun da vərəsəlik hüquqları tanınmışdır. Bundan sonra o qeyd edilən ünvanda yerləşən torpaq sahəsini atasının adı rəsmiləşdirmək və bundan sonra vərəsəlik hüquqlarının təmini üçün aidiyyəti üzrə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etdi. Həmin idarədən qeyd edilən ünvana baxış keçirilməsi üçün gəldikləri zaman Cavabdeh1 inzibati orqanın əməkdaşlarına mancəçilik yaratdığından o əlacsız qalaraq maneələrin aradan qaldırıması tələbinə dair iddia ərizəsi ilə Bak şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etməli oldu. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli 2(003)-2887/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 1 saylı fərdi yaşayış evindər və evin yerləşdiyi həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası ƏMDK yanınd DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinin mütəxəssislərinə zəruri ölçü işlərinin aparılmasına və bununla bağlı hərəkətlərə maneə törətməsi Cavabdeh1 qadağan edilmişdir. Bu qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tariy 2(103)-1307/2018 saylı qətnaməsi ilə təmin olunmamışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 2(102)-3400/2019 saylı qərarı ilə qüvvəsində saxlanılmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli 2(003)-2887/2018 saylı qətnaməsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 1 saylı fərdi yaşayış evinin 03 noyabr 1981-ci il tarixdə vəfat etmiş X1ndan miras qaldığı öz təsdiqini tapır. Bundan əlavə, hazırki iddia ərizəsinə əlavə edilən və cavabdeh Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoru tərəfindən təqdim edilən 15 oktyabr 2021-ci il tarixli 847 nömrəli arayışdan da görünür ki, mərhum X3 vərəsəsi X18 30 sentyabr 2012-ci il tarixdə vəfat etdiyi üçün İddiaçı yuxarıda adları qeyd edilmiş, X3 və X13 varisidir. Təəssüflər olsun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 1 saylı fərdi yaşayış evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmişdir. Məhz bu səbəbdən də onun vərəsəlik hüquqları pozulmuşdur. Cavabdehlərin onun hüquqlarını barpa etmək niyyətində olmadıqlarını gördüyü üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəldi. Belə hesab edir ki, məhkəmə hazırkı iddia ərizəsini təmin edərək onun vərəsəlik hüquqlarını tanımalı və miras əmlakın naturada bölünməsinə dair qətnamə çıxarmalıdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və cavabdehlər Cavabdeh2, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən mülki işə İddiaçı və cavabdehlər Cavabdeh2, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, hazırkı mübahisə predmeti olan evdə o, yay ayalarında tətil zamanı qalırdı. O həmin ünvanda pasport qeydiyyatında olmamışdır. Həmin evlə bağlı onun tərəfindən kommunal xərclər ödənilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1315 nömrəli arayışdan görünür ki, X7 xx.xx.1981-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ 798235 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəi bakı filialı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2424 nömrəli arayışında qeyd edilmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Mərdəkan, Qala, Türkan, Binə, Keşlə, Şüvəlan kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə xx.xx.1939-cu il tarixli aktlar kitabında SSRİ X21 “Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı qərarına əsasən, kolxozçuların, tək təsərrüfatçıların və qeyri kolxoz üzvləri olmayanların Az.SSR Əzizbəyov rayonu Mərdəkan kəndi Varaşilov kolxozdakı həyətyanı uçastoklarının ölçülərinin aparılması barədə tərtib olunmuş kitabın saxlama vahidinin 2-ci səhifəsində tərtib olunmuş akta əsasən 2-ci səhifənin 1-ci sıra sayında X6 ayrılmış torpağın ümumi sahəsi 0,355 ha, o cümlədən yaşayış binası altında 0,01 olmaqla evin yanında uzunluğu 58, eni 17, sahəsi 0,10, qeyri yerlərdə uzunluğu 105, eni 24, sahəsi 0,255, artıq 0,045 olması barədə qeydiyyatlar vardır. İş materiallarında olan ünvan 2 ünvanladığı xx.xx.2021-ci il tarixli 847 saylı məktubda qeyd edilmişdir ki, mərhum Şahverdiyev Aga-Əli Sübhan-Əli oğlunun vərəsəsi X16 30 sentyabr 2012-ci il tarixdə vəfat etdiyi üçün İddiaçı yuxarıda adları qeyd edilmiş Şahverdiyev Aga-Əli Sübhan-Əli oğlunun ve X9 ( vərəsəsi ) — varisidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli 339 nömrəli arayışda qeyd edilmişdir ki, mərhum X3 nəvəsi İddiaçı ondan ötrü ki, mərhum X1na Voroşilov kolxozu tərəfindən xx.xx.1939-cü il tarixdə verilən 0,35 ha torpaq sahəsi Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 1 yaşayış sahəsi ilə eynidir. İş materiallarında olan Cavabdeh1 nümayəndəs və vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iş üzrə iddiaçı qeyd edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 may 2013-cü il tarixli 2(003)-694/2013 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-4-də yerləşən 1 saylı fərdi yaşayış evinin X10 vəfatından sonra iddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş, X8 miras qalan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 1 saylı fərdi yaşayış evinin texniki pasportuna əsasən, “A” literinin 1, 2, 3 saylı tikililərinə iddiaçının qanun üzrə vərəsəlik hüquqları tanınmış və həmin tikililər hazırki iş üzrə Cavabdeh1 aid edilmişdir. Həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmiş və bu qətnamə ilə onun da vərəsəlik hüquqları tanınmışdır. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 03 aprel 2015-ci il tarixli 2(103)1906/2015 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2013-cü il tarixli 2(003)-694/2013 saylı qətnaməsini ləğv edərkən hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 1 saylı fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə babası X14 məxsus olduğunu irəli sürsə də, həmin evin ümumiyyətlə dövlət reyestrində qeydiyyata alınması barədə hər hansı sübut təqdim edilməmiş, müəyyən qalmışdır. Bu baxımdan kollegiya hesab edir ki, sözügedən evin vərəsəlik hüququnun predmeti olmasının özü mübahisəlidir və həmin evin hüquqi statusuna aydınlıq gətirilmədən hazırki mübahisəyə mahiyyəti üzrə qiymət vermək tərəflərin hüquq və azadlıqlarının məhkəmə təminatını şübhə altına ala bilər. İkincisi, iddiaçının iddia etdiyi mübahisəli evi (miras əmlakı) nə faktiki qəbul etmiş, nə də ki, mirası qəbul olunmasına dair qanunla müəyyən olunmuş müddətdə (bildiyi, bilməli olduğu vaxtdan) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etməmişdir. Halbuki Cavabdeh1 mübahisə edilən evdə anadan olmuş, faktiki yaşamaqla miras əmlakı hesab edilməsi nəzərdə tutulan evi qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 2012-ci il tarixdə Cavabdeh1 müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qətnaməsinə əsasən X18 ölmüş hesab edilmişdir. Üçüncüsü, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, bu iş üzrə Cavabdeh1 vəsəlik hüququ ilə bağlı qəbul edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 may 2013-cü il tarixli 2(003)-694/2013 saylı qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və digər iddialar qaldırılmışdır. Bu onu ehtiva edir ki, iddiaçı atası X13 ölmüş hesab edilməsindən xəbərdar olmuş və qanunla müəyyən olunmuş vaxta vərəsəlik hüququ ilə bağlı müraciət etməmişdir. Belə olan halda iddiaçının statusu susmuş vərəsə hesab edilir. Bu isə mirasdam imtina kimi qəbul olunur. Mülki işin materiallarından göründüyü kimi iddiaçının tələbi onun 03 noyabr 1981-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X10 varisi olmağını nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 1 saylı fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun qeydə alınmasına dair müddətin bərpası və qanun üzrə vərəsəlil şəhadətnaməsinin verilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 1 saylı fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun qeydə alınması hisəssinə münasibətdə qeyd edir ki, mübahisə predmetinə aid olan əmlak hazırda miras aktivinə daxil deyildir. Belə ki, əmlakın vərəsəlik predmeti olaraq qəbul edilməsi üçün ilk növbədə həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqları dövlət tərəfindən tanınaraq dövlət reyestrində qeydə alınmış olması vacibdir. Lakin iddiaçı mübahisə predmetinə aid daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının miras qoyacaq şəxsin adına dövlət reyestrində qeydiyyata alınması barədə hər hansı sübut təqdim edilməmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsində təsbit edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə həmçinin miras əmlakın qəbulu ilə qeyd edir ki, iddiaçı miras qoyanın vərəsəsi kimi mirasın açıldığı İddiaçı bəlli olduğu andan yenə qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməlidir. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Halbuki, hazırda İddiaçı ilkin olaraq miras əmlakın qəbulu ilə bağlı mülki qanunvericiliyə görə sadalanan hərəkətlərdən hər hansı birini həyata keçirməsi məyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməldir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı onun 03 noyabr 1981-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X10 varisi olmağını nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 1 saylı fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun qeydə alınmasına dair müddətin bərpası və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2801/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2801/2022
31.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver