Məhkəmə qərarları › İş №2(003)-2811/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2811/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2811/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı*, onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2nə qarşı ”nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2na qarşı ”nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə X*4 arasında bağlanmış və Cavabdeh2 tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 29.04.202*-ci il tarixdə *6 sayla qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı* vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsi, 27 saylı ev 2* sentyabr 202*-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçılara ataları X*9 miras qalmış və həmin evə dair onların xüsusi mülkiyyət hüquqları 05 oktyabr 202*-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Onların qardaşı X*4 qeyd edilən fərdi yaşayış evində tək yaşamış, lakin o, *8 may 202*-ci il tarixdə ölmüşdür. X4 subay olmuş, onun heç bir vərəsəsi olmamışdır. Qardaşları öləndən sonra həmin ev boş qalmış, onlar həmin evə getmək istədikdə isə həmin evdə X5 və sonuncunun o]lu Cavabdeh* yaşamasını görmüşlər. Bundan sonra onlar xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət edərək X3 və Cavabdeh* ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında cavabdeh X*0 nikah haqqında şəhadətnaməni məhkəməyə təqdim edərək, X4 ilə 29 aprel 202*-ci ildə nikaha daxil olmasını, ona görə həmin evə qeydiyyata alınmasını göstərmişdir. Bundan sonra onlar tələblərinin həcminin artırılaraq X7 ilə X4 arasında bağlanmış 29 aprel 202*-ci il tarixli nikahın etibarsız hesab edilməsini tələb etmiş, lakin Pirallahı Rayon Məhkəməsinin 2(094)-3**/2022 saylı 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizənin icraata götürülmədən geri qaytarılması qərara alınmışdır. Pirallahı Rayon Məhkəməsində iddialarının məhkəmə araşdırması zamanı cavabdeh X7 27.*2.2022-ci il tarixdə ölmüş, mülki işə məhkəmənin qərardadı ilə ona aid hissədə icraata xitam verilmişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)-9/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaları təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin 2(*03)-2873/2023 saylı *6 may 2023-cü il tarixli qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin 2(094)-9/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh* Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi F.Hüseynov küçəsi 27 saylı evdən çıxarılması qət edilmişdir. Bundan sonra Cavabdeh* onlara qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən əsəbəsi, Elsevər Hüeynov küçəsi, 27 sayl evə dair 33 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2*.09.202*-ci il tarixli 2V-50 saylı şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhz Cavabdeh* öz anası X7 ilə iddiaçıların qardaşı X*4 arasında bağlanmış 29 aprel 202*-ci il tarixli nikah qeydinin olmasından istifadə edərək, iddiaçıların atalarına məxsus əmlaka dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməsi artıq onlara həmin nikah qeydinin etibarsız hesab edilməsi barədə məhkəməyə iddia verməyə məcbur etmişdir. X* ilə X4 arasında nikah qeydinin olmasını ** oktyabr 2022-ci il tarixdə bilmişlər. X4 02 may *938-ci ildə anadan olmuş, o ailə qurmamış, cavan vaxtlarında X7 ilə münasibətləri olmuşdur. O, son zamanlar qocalığı ilə əlaqədar psixi sarsıntılar keçirmiş, əqli vəziyyəti yaxşı olmamış, öz hərəkətlərinin mənasını başa düşməmişdir. Cavabdeh X7 isə bundan istifadə edərək 29 aprel 202*-ci ildə qardaşlarını məcburi olaraq Cavabdeh2nə aparmış, orada onunla nikaha daxil olmuşdur. Nikaha daxil olan zaman qardaşlarının 83 yaşı olmuş, Cavabdeh* onun xəstə olmasını, tezliklə öləcəyini başa düşüb onun öz anası X7 ilə nikaha daxil olmasını təşkil etmiş və onlar nikaha daxil olduqdan sonra *8.05.202*-ci il tarixdə iddiaçıların qardaşı X*4 ölmüşdür. Qardaşlarının ölümü ilə əlaqədar Pirallahı rayon prokurorluğunda araşdırma aparılmış, onun ölümündən bir müddət əvvəl özünü bıçaqla vurması, psixi pozuntusunun olması müəyyən edilmişdir. X7 iddiaçıların qardaşı X*4 ilə ailə qurmaq niyyəti ilə deyil, onun yaşadığı evə qeydiyata düşməsi niyyəti ilə nikaha daxil olmuşdur. Çünki qardaşı X*4 heç bir zaman ailə qurmamış, X7 ilə cavanlıqda faktiki ailə münasibətləri olsa da, onun X7 ilə rəsmi nikaha daxil olmaq niyyəti olmamış, öz iradəsi ilə X7 ilə nikaha daxil olmamışdır. Qardaşlarının xəstəliyindən, onun psixi durumundən və qoca olmasından istifadə edərək onunla X7 arasında nikah bağlanmışdır. Məhkəmə iclasında İddiaçı* iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və vəkilinin izahatına oxşar məzmunda izahat verdi. Əlavə olaraq bildirdi ki, qardaşının ömrünün son vaxtlarında yaddaşı tamamilə itmişdi. Heç kəsi tanımamışdır. X7 ilə 28.04.202*-ci il tarixdə nikaha girmiş, bundan təxminən * ay sonra, *8.05.202*-ci il tarixdə isə vəfat etmişdir. X7 isə evə qardaşının ölümündən cəmi 3 gün sonra 2*.05.202*-ci il tarixdə pasport qeydiyyatına düşmüşdür. Bu da həmin nikahın yalnız ev üçün bağlanan saxta nikah olduğunu əks etdirir. Məhkəmə iclasında şahid X*6 ifadəsində göstərdi ki, o, Mirzoyev Aslanla qonşu olmuşdur. Evi Aslanın atası tikib. Uşaqlar həmin evdə doğulublar. İddiaçılar və qardaşları Aslan ayrı-ayrı evlərdə yaşamışlar. Aslan xəstə və yaşlı idi. Axır vaxtlar yaddaş pozğunluğuna görə bəzən onu tanımamışdır. Son vaxtlar Aslan evdə həmin mərhum Svetlana Mitrofanova adlı qadınla yaşamışdır. Məhkəmə iclasında şahid X*2 ifadəsində göstərdi ki, o, İddiaçı* oğludur. Dayısının övladı olmamışdır. O, xəstə olmuşdur. Axır vaxtlar yaddaşını itirdiyinə görə onu tanımamışdır. Rəsmi nikaha daxil olmasından xəbəri olmamışdır. Məhkəmə prosesi zamanı öyrənmişdir. Əvvəl başqa evdə yaşamışlar, sonradan həmin evə köçmüşlər. Təxminən 20 ilə yaxın birlikdə yaşamışlar. Dayısı ilə ünsiyyəti çox sıx olmamışdır. Ölümündən * ay qabaq onu görmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qanun üzrə vərəsəlik hüququ haqqında 2*.09.202*-ci il tarixli şəhadətnamənin şurətindən görünür ki, 08.07.*965-ci il tarixdə vəfat etmiş X22 qanun üzrə vərəsələri İddiaçı2 və İddiaçı* müəyyən olunmuşdur. - AZ-İİ seriyalı, *60348 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 *8.05.202*-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 76 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında pəDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evin */2 hissədə İddiaçı*, */2 hissədə isə İddiaçı2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - “ASAN 5” tərəfindən verilmiş 448*969 nömrəli, 08.*0.202*-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında Cavabdeh* və X7 qeydiyyatdadır. - Cavabdeh2 tərəfindən 29.04.202*-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 378498 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 ilə X7 29.04.202*-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə *6 nömrə ilə qeyd edilmişdir. - *0 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 00238 B saylı arayışın surətindən görünür ki, X9 Məcəlləsinin *3.*-ci maddəsinə əsasən tibbi müayinədən keçmiş və ona müvafiq məsləhətlər verilmişdir. - *0 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 00238 A saylı arayışın təsdiq edilmiş surətindən görünür ki, X2 Məcəlləsinin *3.*-ci maddəsinə əsasən tibbi müayinədən keçmiş və ona müvafiq məsləhətlər verilmişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında 08.*0.202*-ci il tarixdə verilmiş 448*969 saylı arayışın surətindən görünür ki, İddiaçı* Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evdə qeydiyyatdadır. Evdə qeydiyyatda olan digər şəxslər xx.xx.*962-ci il təvəllüdlü Cavabdeh* və 23.05.*942-ci il təvəllüdlü X6r. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X7 ilə X*4 29.04.202*-ci il tarixdə rəsmi nikah bağlanmış və X*4 *8.05.202*-ci il tarixdə, X7 isə 27.*2.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçıların irəli sürdükləri “nikahın etibarsız sayılması” tələbinə dair iddialarının hüquqi əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.*-ci maddəsinə əsasən tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmamağı, yəni “saxta nikah” faktı və *2.0.3-*-ci maddəyə əsasən tərəflərdən birinin sağlamlıq vəziyyətinin nikaha girmək üçün uyğun olmaması faktı təşkil edir. İlk növbədə məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, X*4 ilə X7 arasında ailə qurmaq məqsədilə bağlanmış və müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış 29 aprel 202*-ci il tarixli rəsmi nikah tərəflərin könüllü ittifaqıdır. Könüllü ittifaqın təzahürü olan nikah məhz tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Həmin nikahdan irəli gələn ər-arvadın əmlak və şəxsi qeyri-əmlak hüquq və vəzifələrin müəyyənləşdirilməsi nikah tərəflərinin mülki hüquq subyekt kimi iradə sərbəstliyi və müqavilə azadlığı prinsipinə əsaslanmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra-bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı əqddə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq qarşılıqlı hüquq və vəzifələr müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.*.2-ci maddəsin əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiyin prinsiplərindən hesab olunur. Həmin Məcəllənin 324.*-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.*-ci maddəsinə əsasən Bu məcəllənin *0-*2-ci maddələrində və *3.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.*-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.*.*. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin *0.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.*.2. nikah bu Məcəllənin 26.*.*-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin *8 yaşlı ər (arvad); 26.*.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.*.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.*.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.*.6. bu Məcəllənin 26.*.4-cü — 26.*.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin *2-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.*.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.*.8. bu Məcəllənin *3.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Bundan başqa, məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçılar İddiaçı* və İddiaçı2 “mərhum X4 ilə X7 arasında bağlanmış 29 aprel 202*-ci il tarixli rəsmi nikahın etibarsız sayılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26.*-ci maddəsində “nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər”in dairəsi dəqiq müəyyən edilmiş və onların genişləndirilməsi yolverilməzdir. Həmin Məcəllənin 26.*.*-26.*.6-cı maddələrinə əsasən mövcud iddia tələbi üzrə iddiaçılar nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid deyillər. İddiaçılar İddiaçı* və İddiaçı2 “saxta nikah” (tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmadıqda bağlanan nikah) faktına, eləcə də, Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən nikahın etibarsız hesab edilməsinin digər hüquqi əsaslarına görə cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2nə qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmadığı üçün iddia tələbi təmin edilməməlidir. Bundan başqa, Ailə Məcəlləsinin 26.*.6-cı maddəsinə əsasən 26.*.4-cü — 26.*.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin *2-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslərin də nikahın etibarsızlığını tələb etmək hüququ olması göstərilsə də, İddiaçı* və İddiaçı2 arasında bağlanmış nikahın Məcəllənin *2-ci maddəsinin tələblərini pozması müəyyən edilməmişdir. Belə ki, iddiaçılar İddiaçı* və İddiaçı2 nikah bağlanan zaman qardaşlarının sağlamlıq vəziyyətinin pis olmasını, onun yaddaşını tamamilə itirməsini bildirsələr də, həmin halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, X*4 ilə X7 nikahlarını bağlamazdan əvvəl tibbi müayinədən keçirilmiş və nikahın bağlanmasına maneə ola biləcək hər hansı xəstəlik onlarda aşkar edilməmişdir. Eyni zamanda iddiaçılar təqdim etdikləri iddia ərizəsində və məhkəmə prosesində verdikləri izahatlarında X*4 ilə X3 daha əvvəllər faktiki nikah münasibətlərinin olmasını bildirmişlər. Belə olan halda isə məhkəmə hesab edir ki, uzun müddət faktiki ər-arvad münasibətində olan şəxslərin sonradan nikahlarını rəsmiyyətə salmaları onların nikaha girmək niyyətlərinin olmaması mühakiməsini (arqumentini) tamamilə aradan qaldırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması və cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Konstitusiyasının *30-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ** iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının *30-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçılar İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2nə qarşı ”nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmadıqları üçün iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2nə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar