Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2831/2020 24.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3638 manat pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Belə ki, Nailə onun iş yoldaşı olmuşdur. 2014-cü il tarixdə o cavabdehə ehtiyacı olduğundan, iş yoldaşı olduğuna görə 3638 manat pul vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabeh həmin pulları qaytarmamışdır. Bütün hallar iddia ərizəmə əlavə etdiyi xx xxxxxx 2018-ci 1l tarixli qərarda öz əksini tapmışdır. Aparılmış təhqiqiqat araşdırması zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, məndən 2700 manat borc pul aldığını, imkanı olmadığından pulu qaytar bilmədiyini bildirmişdir. Daha sonra o cavabdehə borcunun 3638 maant olduğunu xatırlatmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək, borcun 2700 manat tutulması hissəsində qəbul etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış tədqiqata Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış tədqiqat zamanı izahatı alınmış Cavabdeh izahatında İddiaçı 2700 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cavabdehin ona 3638 manat borcu olduğunu iddia edir. Cavabdeh isə qeyd edilən 3638 manat borcdan 2700 manat hissəsində iddianı etiraf edir digər hissədə isə borcu qəbul etmir. Məhkəməyə iddiaçının borcun mövcudluğunu təsdiqedici sənəd qismində təqdim etmiş olduğu yalnız Bakı şəhəri Xəzər RPİ-nin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanılması rədd edilməsi barədə qərarıdır ki, həmin qərarın təsviri hissəsindən də görünür ki, hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh borcu yalnız 2700 manat olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsinə münasibətdə qeyd edilməlidir ki, hazırkı halda sübutetmə yüklülüyü iddiaçının üzrəinə düşür, lakin iddiaçı cavabdehin ona 3638 manat borcun olduğunu iddia etsə də, buna dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə borcu yalnız 2700 manat hissəsində qəbul etmişdir. Odur ki, məhkəmə işdə mövcud olan sübutların məcmusuna və tərəflərin vermiş olduğu etirafına əsaslanmaqla hesab edir ki, iddiaçının tələbi yalnız cavadehin etirafı hissəsində təmin edilməldir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2700 manat alınaraq İddiaçıa ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2700 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2730 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2831/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2831/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver