Məhkəmə qərarları › İş №2(003)-2832/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2832/2024

24.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2832/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil2, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ASG Business Aviation “MMC-nin “Sky Catering” filialının Avtonəqliyyat qrupunun sürücüsü İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin ləğv edilməsi haqqında 28.0*.2023-cü il tarixli 652 saylı qanunsuz əmrinin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa edilməyi, qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək Cavabdeh MMC-nin “Sky Catering” filialından məcburi iş buraxma günləri üçün əmək haqqısının hesablanmaqla alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 idi ki, H.Əliyev adına Beynəlxalq Hava limanında "xxxx" MMC-nin SKYCATERİNG fialında sürücü işləmişdir. 22 sentyabr 2023-cü il tarixdə səhər saat * da idarə etdiyi 231 nömrəli maşınla yüklü halda manitordan çıxıb hərəkətini davam etdirən zaman Ramil ona idarə etdiyi avtomaşını saxlamağa işarə verdi. O, onun işarəsi ilə əlaqədar olaraq avtomaşını saxlamış, Ramil ona bildirdi ki, “get silinmiş avtomaşından karopkanı götür at maşına sonra da yoluna davam et”. O, da həmin karopkanı idarə etdiyi avtomaşına qoymuşdur. Həmin zaman Ramil ora gəldi, idarə etdiyi maşını və maşında olan karopkanın şəklini telefon vasitəsi ilə çəkdi. O, Ramildən nə baş verdiyini soruşduqda o, cavabında ona dedi ki, sən oğurluq etmisən, ona görə də onun şəklini çəkmişdir. O, Ramili itələmiş Ramil isə yumruq ilə onun sifət nahiyəsində zərbə vurmuşdur. Zərbə nəticəsində onun ağzındakı diş protezi yerə düşmüşdür, sonra da təpiklə onun kürəyinə vuraraq o, yerə yıxılmışdır. Ayağa qalxanda sürücülərin rəhbəri Mail ora gəldi nə baş verdiyi ilə maraqlandıqda Ramil ona bildirdi ki, guya o, oğurluq etdiyi üçün onu dəyişməli özü isə menecer İlhamın yanına getdi. O, da İlhamın yanına gəldi. İlham ona bildirdi ki, izahat yaz ki, bir daha belə hərəkətlərə yol verməyəcəksən. O da öz növbəsində İlhamın dediyi qaydada izahat yazmış, sonra İlham bildirdi ki, müdiriyyət onun hələlik işdən kənarlaşdırılması barədə qərar verib və həmin gün onu işə buraxmadılar. Onların ona qarşı etdikləri həmin qanunsuz hərəkətləri ilə bağlı Bakı şəhəri Xəzər rayon polis idarəsinin 2-ci polis şobəsinə ərizə ilə müraciət etdi və ərizə əsasında izahat yazdıqdan sonra toplanmış materialı aidiyyatı üzrə baxılmasından ötrü Xəzər rayon prokurorluğuna göndərdilər. Xəzər rayon prokurorluğunda araşdırılmanın davam etdirilməsini prokurorluğun köməkçısi ədliyyə müşaviri Mahmudağa Mahmudzadəyə həvalə edildiyindən onun tərəfindən icraata qəbul edilərək davam etdirilmişdir. Xəzər prokurorluğunda Mahmudzadə tərəfindən onun, X1, X7, X5, X11, X*, X2 və X4 izahatları alınmışdır. Təqdim edilmiş 28.0*.2023-cü il tarixli 652 nömrəli əmrin surətindən görünür ki,”ASG Busmness Aviatıon” MMC-nin “SKYCATERİNG” filialının avtonəqliyyat qrupunun sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 1*.12.2023-cü il tarixli 14*6 saylı reyindən görünür ki, İddiaçı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ dizin, sağ baldırın solğun qırmızı-qonuru rəngli piqmentasiya sahəsi ola bilsin səthi əzilmiş yara izləri olub küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə tibbi müayinəsindən 2-3 ay əvvələ uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Ona görə də qərarda qeyd olunmuşdur ki, 2021-cı ildə "xxxx" MMC-nın “SKYCATERİNG” filialının direktorunun xidməti otağında özunə bədən xəsarəti yetirməsi və 22.0*.2023-cü il tarixdə X6 tərəfindən doyülərək xəsarət alması barədə muraciəti üzrə aparılmış araşdırmaya əsasən onun ərizəsində və izahatında göstərdiklərindən başqa digər heç bir sübutlarla təstiqini tapmadığına görə Xəzər rayon prokurorunun köməkçisi ədliyyə muşaviri Mahmudağa Mahmudzadənin 26 dekabr 2023-cü il tarixli qərarına əsasən cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinın başlanılması rədd edilmişdir. Eyni zamanda onun qanunsuz və əsassız olaraq işdən azad edilməyilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalının Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin rəis müavini Sadıq Əliyevin ünvanına göndərdiyi 14 mart 2024-cu il tanxli 3-17-5/2-M-15011/20 saylı cavab məktubunda göstərilmişdir ki,"Sizin Cavabdeh MMC-də (“Sky Caterıng” filtalı) əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin admnıstrasıyasına ünvanladığınız müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsində yenidən baxılmışdır. Müraciətinizdə qeyd etdiyiniz pozuntuların dəqiqləşdirilməsi, izahatınızın alınması və Sizdə olan sübutların təqdim olunması məqsədi ilə DOST MƏRKƏZİNƏ dəvət olunmağınızla bağlı 3-17-5/2-M-52055/2023 nömrəli xx.xx.2023-cü i tarixli məktub göndənimişdir. Siz izahatınızı və sübüutlarınızı təqdim etmisiniz. Müraciətlə əlaqədar Sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.*-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədi ilə tərəfimizdən Cavabdeh MMC-nın (AZ1044, Bakı şəhən, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, H X8, “Sky Catering” filialı ünvanına 3-17-5/25211*/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub (SS885061680 AZ) göndərilmişdir. Məktub poçt şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə çatdırılmışdır. Bildiririk ki,"ASG Business Aviation” MMC tərəfindən tələb olunan sənədlər X14 Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2024-cü il tarixlərində təqdim edilmişdir. Cəmiyyət tərəfindən təqdim olunmuş sənədlərdən Sizinlə 05.12.201*-cu il tarixdə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunduğunuz, 28.0*.2023-cü il tarixində əmək müqaviləni həmkarlar ittifaqı kömitəsinində qabaqcadan razılığı alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi (işçi özünün əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsas göstərilərək xitam verilmiş və tərəfinizdən təqdim olunan əmək haqqına dair bank hesabı çıxarışından Sizə sonuncu ödənişin sonuncu iş günu 536 (beş yuz otuz altı) manat məbləğində ödənildiyi müəyyən olunmuşdur. Həmçinin cəmiyyət tərəfindən təqdim olunan sənədlərdən müəssisə əmlakın mənimsənilməsi ilə bağlı araşdırma aparıldığı, məsələlərin aktlaşdırıldığı və müvafiq izahatların alındığı müəyyən olunmuşdur. Təqdim olunan sənədlərdən müəssisəyə təqdim etdiyin izahatınızda bir qutut üçlüyü (çəngəl, bıçaq və qaşıq) icazəsiz götürdüyünüzü bildirmisiniz. Eyni zamanda müəssisə tərəfindən təqdim olunan sənədlərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 107 və 108-ci maddələrinin tələnləri pozularaq Sizin iş günü hesab edilməyən bayram günləri (xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü 25 06 2023-cü il və 28.06 2023-cü il tarixlərində) qabağı iş gününün müddətinin bir qısaldılmadığı və 2023-cü ilin iyun ayı üzrə istirahət günləri işlərə cəlb edildiyiniz məlum olmuşdur. Həmçinin təqdim olunan əmək haqqı hesab cədvəllərindən İş vaxtından artıq vaxta görə və istirahət günləri müvafiq ödənişlərin olunmadığı, eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozularaq Sizin əmək haqqındakı qanunsuz tutulmalara yol verildiyi və əmək haqlarınızın tam ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1*2.4-cü və 1*8.1.5 maddələrinə əsasən inzibati xəta halları yarandığından Cavabdeh MMC-nin X16 vəzifəli şəxsi barəsində 21 fevral 2024-cü il tarixi MN 1*31*70 nömrəli inzibatı xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixli MN 16125*0 inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Eyni zamanda son haqq hesabınızın qanunvericiliyə uyğun yenidən hesablanaraq tam ödənilməsinin təmin edilməsi məqsədi ilə "xxxx" MMC-nin X17 rəhbərliyinə göstəriş xarakterili məktub göndərilmişdir. Muraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmə hüququnuz vardır.” CavabdehMMC-nin “Sky Catering” fihalının direktoru X10 28.0*.2023cü il 652 nömrəli əmrində göstərmişdir ki, "ASG Business Aviatıon” MMC-nin “Sky Catering” filialının Operativ şöbəsinin Avtonəqliyyat qrupunun sürücüsü İddiaçı (Tabel: N *32) 22.0*.2023-cü il tarixində, saat 0*:00 radələrində, iş vaxtı ərzində işə götürənin mülkiyyətində olan malı 250 AZN (iki yüz əlli manat) dəyərinə qədər olan şirkət əmlakını qutuda qablaşdırılmış “Üçlük” (plastmas çəngəl, bıçaq, qaşıq dəstini) müəssisədən çıxartmağa cəhd etmiş və bununla da “Hava Nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində intizam nizamnaməsi”-nin 3-cü maddəsnın 3.2.(e) bəndini və işçinin vəzifə təlimatında qeyd olunmuş müvafiq əmək funksiyasının təfəblərini, habelə Əmək müqaviləsinin 7.1 maddəsinin şərtlərini kobudcasına pozmuşdur. Əmr edirəm hissəsində qeyd edilmişdir ki: 1."ASG Business Aviation” MMC-nin “Sky Catering” filialının (hüquqi ünvanı: AZ1044, ünvan 2inin Avtonəqliyyat qrupunun sürücüsü İddiaçı ilə bağlanmış Əmək Muqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 28.0*.2023-cü il tarixindən ləğv edilsin. ((Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə”, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda (72.f-iş vaxtı ərzində bilavasıtə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməməsi) əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən bu əsasla ləğv edilə bilər.)) (Əsas hesab olunan sənədlər:22 0*.2023-cü il tarixli araşdırmanın nəticəsi haqqında Protokol İddiaçı 22 0*.2023-cü il tarixli izahat.) 2. Maliyyə idarəsi yekun hesablaşma aparsın və işçi (xx.xx.2022-28.0*.2023-cü iş ili üçün məzuniyyət günlərindən istifadə etdiyindən, 01.0*.2023-cü il tarixindən 28.0*.2023-cü il tarixinədək işlədiyi müddət üçün əmək haqqının ödənilməsi təmin edilsin. 3."xxxx" MMC-nin “Sky Catering” filialının müvafiq şöbələrinin rəhbərlərinə tapşırılsın ki, işçilərin müəssisə daxili intizam qaydalarına nəzarəti gücləndirsin və pozuntu hallarına qarşı operativ tədbirlər görülsün. O, həmkarlar ittifaqının üzvüdür Azərbaycan Respublikasının Əmək Məcəlləsının 80-cı maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işə götürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittiafaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əgər bu barədə müəssisənin rəhbərliyi tərəfindən həmkarlar ittifaqı təşkilatının razılığı alınmışdırsa həmin razılıq iclası protokolunun təstiq olunmuş surətinin ona təqdim olunması məqsədə müvafiqdir. Qeyd edir ki, hüququn aliliyi hüquqi dövlətin təməli prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımı qaydada həyata keçilməsinə dair hüquq kimi qəbul edilmiş ədaləti məhkəmə araşdırması hüququqnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtlərdir. Subyektiv hüququn həyata keçirilməsi onun hüdudlarının qanunvericilik səviyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə müxanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanma imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmə qanununun tələblərinin düzgün tətbiq edildiyini guman etməyə haqlıdırlar. ASG Business Aviation “MMC-nin “Sky Catering” filialının Avtonəqliyyat qrupunun sürücüsü İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin ləğv edilməsi haqqında 28.0*.2023-cü il tarixli 652 saylı qanunsuz əmrinin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa edilməyi, qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək Cavabdeh MMC-nin “Sky Catering” filialından məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanmaqla alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2 hər biri ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1 iddia tələbini etiraf etmədi, iddia müddətinin tətbiq olunmaqla iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olmaqla, aşağıdakılara əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalının Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun məzmunuda qeyd edilmişdir ki, “Sizin Cavabdeh MMCdə (“Sky Catering” filialı) əmək hüquqlarını pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsində yenidən baxılmışdır. Müraciətinizdə qeyd etdiyiniz pozuntuların dəqiqləşdirilməsi, izahatınızın alınması və Sizdə olan sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə dəvət olunmağınızla bağlı ünvanınıza (AZ1077, ünvan 4 3- 17-5/2-M-52055/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Siz izahatınızı, sübutlarınızı təqdim etmisiniz. Müraciətinizlə əlaqədar Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqını Azərbaycan Respublikasının Qanununun 7.*-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə tərəfimizdən Cavabdeh MMC-nin (AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, H.X8, (“Sky Catering”İili ünvanına 3-17-5/2-5211*/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub (SS885061680/ göndərilmişdir. Məktub poçt şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində “ASG Business Aviati MMC-yə çatdırılmışdır. Bildiririk ki, Cavabdeh MMC tərəfindən tələb olunan sənədlər X14 Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2024-cü il tarixlərində təqdim edilmiş Cəmiyyət tərəfindən təqdim olunmuş sənədlərdən Sizinlə 05.12.201*-cu il tarixində ən müqaviləsi bağlanılaraq işə qəbul olunduğunuz, 28.0*.2023-cü il tarixində əmək müqaviləsi X3 də qabaqcadan razılığı alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi işçi-özününəmək funksiyasını və ya ər müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsındə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsas göstərilərək xitam verilmiş və tərəfinizdən təqdim olunan əmək haqqına dair bank hesabı çıxarışından Sizə sonu ödənişin sonuncu iş günü 536 (beş yüz otuz altı) manat məbləğində ödənildiyi müəyyən olunmuşdur. Həmçinin Cəmiyyət tərəfindən təqdim olunan sənədlərdən müəssisə əmlak mənimsənilməsi ilə bağlı araşdırma aparıldığı, məsələlərin aktlaşdırıldığı və müvafiq izahatların alındığı müəyyən olunmuşdur. Təqdim olunan sənədlərdən müəssisəyə təqdim etdiyiniz izahatınızda 1 qutu üçlüyü (çəngəl, bıçaq və qaşıq) icazəsiz götürdüyünüzü bildirmisiniz. Eyni zamanda müəssisə tərəfindən təqdim olunan sənədlərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 107 və 108-ci maddələrinin tələbləri pozularaq Sizin iş günü hesab edilməyən bayram günləri (xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində) qabağı iş gününün müddətinin bir sıra qısaldılmadığı və 2023-cü ilin iyun ayı üzrə istirahət günləri işlərə cəlb edildiyiniz məlum olmuşdur. Həmçinin təqdim olunan əmək haqqı hesab cədvəllərindən iş vaxtından artıq və görə və istirahət günləri müvafiq ödənişlərin olunmadığı, eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozularaq Sizin əməkhaqqınızın qanunsuz tutulmalara-yol verildiyi və əmək haqlarınızın tam ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1*2.4-çü və 1*8 maddələrinə əsasən inzibati xəta halları yarandığından Cavabdeh MMCnin Catering Filialının vəzifəli şəxsi barəsində 21 fevral 2024-cü il tarixli MN 1*31*70 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixli MN 16125*0 inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Eyni zamanda son haqq hesabınızın qanunvericiliyə uyğun yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi məqsədilə Cavabdeh MMC-nin X17 rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli MŞB/8/2024-010*7 saylı İMSda iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi İMS-da iştirak etməmişdir. İş materiallarına əlavə olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. İddiaçı işdən azad edilməsi mülki məsələ olduğundan məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş 652 saylı 28.0*.2023-cü il tarixli əmrin məzmunuda qeyd edilmişdir ki, 1. Cavabdeh MMC-nin “Sky Catering” filialının (hüquqi “ünvanı: AZ1044, ünvan 5inin Avtonəqliyyat qrupunun sürücüsü İddiaçı ilə bağlanmış Əmək Müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 28.0*.2023-cü il tarixindən ləğv edilsin. ((Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda (72.f - iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən bu əsasla ləğv edilə bilər.)) (Əsas hesab olunan sənədlər: 22.0*.2023-cü il tarixli xidməti araşdırmanın nəticəsi haqında Protokol, İddiaçı 22.0*.2023cü il tarixli İzahatı) Maliyyə idarəsi yekun hesablaşma aparsın və işçi xx.xx.2022- 28.0*.2023- cü iş ili üçün məzuniyyət günlərindən istifadə etdiyindən, 01.0*.2023-cü il tarixindən 28.0*.2023-cü il tarixinədək işlədiyi müddət üçün əmək, haqqının ödənilməsi təmin edilsin. 3. Cavabdeh MMC-nin “Sky Catering” filialının müvafiq şöbələrinin rəhbərlərinə tapşırılsın ki, işçilərin müəssisə daxili intizam qaydalarına nəzarəti gücləndirsin və pozuntu hallarına qarşı operativ tədbirlər görülsün. Əmrin icrasına nəzarət Direktorun İ müavini — Maliyyə İqtisad idarəsinin rəisi Rüfət Hüseynova həvalə edilsin. Əmr Cavabdeh MMC-nin “Sky Catering” filialının bütün şəxsi heyətinin nəzərinə çatdırılsın. İş materiallarına əlavə olunmuş “Sky Catering” şirkətinin İddiaçı ünvanladığı teleqramdan görünür ki, İddiaçı ilə 05.12.201*-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 28.0*.2023-cü il tarixdə xitam verilmişdir. Cavabdeh MMC-nin “Sky Catering” filialına yaxınlaşıb əmək kitabçasını təhvil almağı nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə olunmuş əmək kitabcasının surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə "xxxx" MMC-nin “Sky Catering” filialında işə başlamış və 28.0*.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş ASG SKY Catering – in 25.0*.2023-cü il tarixli məktubundan görünür ki, 22 sentyabr 2023-cü il tarixində aparılmış araşdırma nəticəsində müəssisəmizin əməkdaşı sürücü İddiaçı vəzifəsini kobud surətdə pozduğu məlum olmuşdur. Belə ki, filialın köməkçi zonasından 250 AZN (iki yüz əlli manat) dəyərinə qədər olan şirkət əmlakını - qutuda qablaşdırılmış “Üçlük” (plastmas çəngəl, bıçaq, qaşıq) dəstini mənimsəməyə cəhd etmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, İddiaçı yuxarıda qeyd edilən hadisədən əvvəl dəfələrlə əmək fəaliyyətində nöqsanlara yol vermiş, lakin müəssisə tərəfindən ona güzəşt edilərək əmək müqaviləsinə xitam verilməmişdir. Hazırki şəraitdə işçinin yol verdiyi pozuntunun kobud xarakterli olduğunu, əvvəlki fəaliyyətinin qənaətbəxş olmadığını, eləcə də onunla bağlanmış əmək müqaviləsi ləğv edilmədiyi təqdirdə bu cür pozuntuların diğər işçilər tərəfindən törədiləcəyini nəzərə alaraq Əmək Məcəlləsi üzrə hüquqlardan istifadə edərək İddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmək niyyətindəyik. Bununla əlaqədar olaraq sizdən xahiş edirəm ki, cari ilin sentyabr ayının 28dən onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsi üçün razılığınızı bildirəsiniz. İş materiallarına əlavə olunmuş 22.0*.2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı əmək haqqının saxlanması şərti ilə əmək funksiyasının yerinə yetirilməsindən kənarlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş 4 N-li protokoldan görünür ki, ASG Business Aviation” MMC-nin “Sky Catering” filialının direktoru tərəfindən sürücü İddiaçı əmək müqaviləsinə ləğv ilə əlaqədar HİK-nə daxil olmuş müraciətə müsbət cavab verərək, əmək müqaviləsinin xitam verilməsinə razılıq verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı rəhbərliyin adına nalayiq ifadələr işlədərək, özünə aid əmək kitabcasını kamera görüntüsü altında müəssisəsinin giriş qapısına atıb ərazini tərk etmişdir. İş materiallarına əlavə olunmuş 22.0*.2023-cü il tarixli izahatdan görünür ki, İddiaçı bir qutu üçlük götürdüyünü etiraf etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli izahatlardan görünür ki, İddiaçı rəhbərliyin adına nalayiq ifadələr işlədərək, özünə aid əmək kitabcasını kamera görüntüsü altında müəssisəsinin giriş qapısına atıb ərazini tərk etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məcəllənin 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Əmək Məcəlləsinin 70 və 71-ci maddələrinə əsasən işəgötürənin əmək müqaviləsini ləğv etməsi əsaslarında biri də işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır (“ç” bəndi). Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə "xxxx" MMC-nin “Sky Catering” filialında işə başlamış və 28.0*.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, İddiaçı ASG Business Aviation” MMC-nin “Sky Catering” filialının Operativ şöbəsinin Avtonəqliyyat qrupunun sürücüsü İddiaçı (Tabel: N *32) 22.0*.2023-cü il tarixində, saat 0*:00 radələrində, iş vaxtı ərzində işə götürənin mülkiyyətində olan malı 250 manat dəyərinə qədər olan şirkət əmlakını - qutuda qablaşdırılmış “Üçlük” (plastmas çəngəl, bıçaq, qaşıq dəstini) müəssisədən çıxartmağa cəhd etmiş və bununla da “Hava Nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində intizam nizamnaməsi”-nin 3-cü maddənin 3.2.(e) bəndini və işçinin vəzifə təlimatında qeyd olunmuş müvafiq əmək funksiyasının tələblərini, habelə Əmək müqaviləsinin 7.1-ci maddəsinin şərtlərini kobud sürətdə pozmuşdur. Həmçinin məhkəmə müəyyən etdi ki, iddiaçı 22.0*.2023-cü il tarixdə verdiyi izahatında qutuda qablaşdırılmış “Üçlük” icazəsiz götürdüyün etiraf etmiş və onun bağışlanmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müəssisədən icazəsiz əşyanın götürülməsi işəgötürən tərəfindən haqlı olaraq əmək vəzifələrinin kobud şəkildə pozması kimi qiymətləndirilmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, işdən azad edilməsi üçün hüquqi əsas olmuşdur. İşçi işdən azad edilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh “ASG Business Aviation“ MMC-nin nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixli ərizə ilə iddia müddətinin keçməsi səbəbilə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. AR Əmək Məcəlləsinin 2*6.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmr qanuni əsaslarla verilmiş, məhkəmə baxışı zamanı həmin əmrin qanunsuz hesab edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Eyni zamanda iddia tələbi barədə iddia müddəti ötdüyünə görə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ASG Business Aviation“ MMC-nin “Sky Catering” filialının Avtonəqliyyat qrupunun sürücüsü İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin ləğv edilməsi haqqında 28.0*.2023-cü il tarixli 652 saylı qanunsuz əmrinin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa edilməyi, qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək Cavabdeh MMC-nin “Sky Catering” filialından məcburi iş buraxma günləri üçün əmək haqqısının hesablanmaqla alınıb ona verilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar