Məhkəmə qərarları › İş №2(003)-285/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-285/2022

18.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-285/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 2005-ci il tarixdə İlham adlı oğlunun və 29 fevral 2012-ci il tarixdə Mələkzadə adlı qızlarının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəsini müdafiə etmiş və onunla əsaslandırmışdır ki, o, 1995-ci ildə Ərizəçi1 ilə vətəndaş nikahına daxil olaraq ailə qurmuş, nikahlarını 16 mart 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Övladları 14 oktyabr 2005-ci il təvəllüdlü İlham və 29 fevral 2012-ci il təvəllüdlü Mələkzadə ev şəraitində dünyaya gəlmişdir. Uşaqların evdə doğulmasına səbəb doğumun qəflətən olması və həkimə getməyə çatdıra bilməmələri olmuşdur. Uşaqlar doğulduqdan sonra onları həkim nəzarəti altında saxlamışlar və hal-hazırda uşaqlar sağlam olmaqla 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının uşaq poliklinikasında qeydiyyatdadırlar. Hal-hazırda övladlarının gələcəyini təmin etmək üçün onlara doğum haqqında şəhadətnamənin alınması zəruridir. Qeyd olunanlara əsasən, 14 oktyabr 2005-ci il tarixdə İlham adlı oğlunun və 29 fevral 2012-ci il tarixdə Mələkzadə adlı qızlarının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 digər ərizəçinin izahatındakı xüsusatları qeyd edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs, Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Ərizəçi1 onun uşaqlıqdan dostudur. Onlar birlikdə böyümüşlər. Habilin Ülviyyə, Esmira, Əfsanə, Mələkzadə, İsmayıl və İlham adında 4 qızı və 2 oğlu var. Mələkzadə və İlham ev şəraitində doğulmuşdur. Uşaqlar doğulduğu vaxtdan onların bundan xəbəri olmuşdur. Digər şahid, X6 məhkəməyə ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan, 16 mart 2018-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə Ərizəçi1 ilə Ərizəçi2 arasında rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 36 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş 29 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş arayışlardan görünür ki, 14 oktyabr 2005-ci il tarixdə doğulmuş X7 adlı oğlu və 29 fevral 2012ci il tarixdə doğulmuş X2 hal-hazırda sağ salamatdır və 29 saylı BŞX-nin uşaq poliklinika şöbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi2 ünvanlanmış 05/15-1719 №-li, 26.11.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş «X1 X4»nın 2.5.4-cü yarımbəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd tələb olunur». Ərizəçinin doğumun qeydə alınması barədə ərizəsinin icrasından imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi2 29 fevral 2012-ci il tarixdə qız uşağını, 14 oktyabr 2005-ci il tarixdə oğlan uşağını Bakı şəhərində yaşadığı ünvanda dünyaya gətirmiş, lakin lazımi həkim sənədi olmadığından Bakı şəhəri Maraqlı şəxs doğumu qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «X1 X4»nın 2.1-ci bəndinin tələbinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin qaydanın 2.5.4. və 2.6-cı bəndlərinin tələbinə görə, doğumun qeydə alınması üçün digər sənədlərlə və ya uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuşa kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməli və qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi1 ilə Ərizəçi2 birgə nikahdan 29 fevral 2012-ci il tarixdə bir qız uşağının, 14 oktyabr 2005-ci il tarixdə bir oğlan uşağının Bakı şəhərində doğulması faktı müəyyən edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: Ərizə təmin edilsin. Ərizəçi1 ilə Ərizəçi2 birgə nikahdan 29 fevral 2012-ci il tarixdə bir qız uşağının, 14 oktyabr 2005-ci il tarixdə bir oğlan uşağının Bakı şəhərində doğulması faktı müəyyən edilmiş hesab edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar