Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2865/2025 20.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Xəzər rayonu Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Xəzər rayonu Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər rayonu Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 09.09.*982-ci il tarixli 539 nömrəli nikah haqqında akt qeydinin qadın haqqında məlumat qrafasında nikahdan əvvəlki soyadın “Əliyeva”-dan “Quliyeva”-ya düzəliş edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə ərizə təqdim etməklə iddia ərizəsində dəyişiklik edilməsini tələbini iddia qaydasından xüsusi icraat qaydasına keçirilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, xx.xx.*958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 09.09.*982-ci il tarixli 539 nömrəli nikah haqqında akt qeydində nikahdan əvvəlki soyadı “Əliyeva”, nikahdan sonrakı soyadı “Rəcəbova” göstərilmişdi. Lakin onun nikahdan əvvəlki soyadı “Quliyeva” olmuşdur. Xəzər rayonu Qeydiyyat şöbəsinə düzəliş üçün müraciət etsə də, ona sənədlərində ziddiyyət olduğu üçün düzəliş edilə bilməyəcəyi bildirilmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Xəzər rayonu Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xəzər rayonu Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.*958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X*, anası X2r. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunan İİİ-ЖГ seriyalı 257435 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 09.09.*982-ci il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və Xəzər rayonu Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 09.09.*982-ci il tarixli 539 nömrəli nikah haqqında akt qeydində texniki səhvə yol verilmiş, Ərizəçi əvəzinə X4 yazılmışdır. Bu hal ərizəçinin mənafelərinə zidd olduğundan, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Xəzər rayonu Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 09.09.*982-ci il tarixli 539 nömrəli nikah haqqında akt qeydinin qadın haqqında məlumat qrafasında Ərizəçi olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəllənin 2*6-220, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. Xəzər rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.09.*982-ci il tarixli 539 nömrəli nikah haqqında akt qeydinin qadın haqqında məlumat qrafasında Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2865/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2865/2025
20.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver