Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2872/2023 30.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi oğunun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi oğu ərizə ilə məhkəməyə müraciət edərək, onun X7 ilə X4 birgə nikahından xx.xx.*936-cı il tarixdə Bakı şəhərində doğulması, milliyətinin azərbaycanlı olması barədə akt qeydiyyatının aparılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx *936-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Ona Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Həmin şəxsiyyət vəsiqəsində onun xx xxxx *936-cı il tarixdə Bakı şəhərində doğulması, milliyyətinin azərbaycanlı olması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev *09 ünvanında qeydiyyatda olmaqla yaşaması qeyd edilmişdir. Naməlum şəraitdə doğum haqqında şəhadətnaməsi itmişdir. Buna görə də doğum haqqında akt qeydinin bərpası və təkrar ona verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 07 iyul 2022-ci il tarixli məktubu ilə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və X*0 idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində *936-cı ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu və Buzovna qəsəbəsi üzrə doğum haqqında qeydiyyat Ərizəçi təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Bundan başqa Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilmiş, *7.09.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri üzrə “X*0 X* Sistemi”-dəki məlumatlar yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Onun doğum faktı şəxsiyyət vəsiqəsi ilə təsdiqlənir və həmin zaman doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin hal-hazırda doğum haqqında şəhadətnaməsi yoxdur. Həmçinin qızının doğum haqqında şəhadətnaməsində, hərbi biletində milliyətinin azərbaycanlı olduğu göstərilmiş, evlənmək haqqında şəhadətnamədə doğum tarixi göstərilmişdir. Qeyd etmək istəyir ki, Əzizbəyov RPİ-i tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alarkən onun verilməsinə əsas olan doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Bərpası isə mümkün deyildir. Milli arxiv İdarəsinə və Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək doğum haqqında qeydləri özündə əks etdirən arayış tələb etsə də ona bildirilmişdirki, kök sənədlər aşkarlanmamışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin qeyd etdi ki, xahiş olunan faktın müəyyən edilməsi vərəsəlik qaydasında ərizəçinin atasından qalmış torpaq sahəsinin rəsmiləşdirilməsi üçün lazımdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X20 bildirmişdir ki, ərizəçi onun qaynatasıdır. Qaynatasını 90-cı illərdən tanıyır, onun qızı ilə evləndikdən sonra tanımışdır. Qonşuluqda yaşayırlar. Ərizəçinin atasının adı İbrahim, soyadı Yunusov, anası isə Səkinə olmuşdur. Ərizəçinin atası və anasını görməmişdir. Ərizəçinin anası və atası Buzovna qəsəbəsində dəfn olunmuşlar. Qəbrləri yan-yana yerləşir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X*3 bildirmişdir ki, Ərizəçi bibisinin əridir. Ərizəçinin atasının adı İbrahim, anasının adı isə Səkinə olmuşdur. Buzovna qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs Bakı şəhəri Xəzə rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iş üzrə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -seriya AZE, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.*936-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Evlidir və Bakı şəhəri, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev *09 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanlanmış *7.09.2022-ci il tarixli məktubundan görünür ki, sonuncunun doğum haqqında şəhadətnaməsinin təkrar verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, "Bakı şəhəri üzrə “X*0 X* Sistemi”-dəki məlumatlar yoxlanılmış və doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin bərpa edilməsi (yeni doğum haqqında şəhadətnamənin verilməsi) ilə bağlı bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “X*0nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın *3-cü bəndinin tələbinə uyğun olaraq X*0nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırkı halda yuxarıda adı çəkilən Müddəaların *4-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, X*0n qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən aidiyyəti məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. -Azərbaycan Respublikasının Dövlət arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və X*0 idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində *936-cı ilə dair Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu və Buzovna qəsəbəsi üzrə doğum haqqında qeydiyyat Ərizəçi təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. -НЗ seriyalı, 070*272 nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.*936-cı il təvəllüdlü Ərizəçi, Bakı şəhərində doğulmuş, milliyəti azərbaycanlıdır. -İİİ-Жг seriyalı, 46350* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.07.*973-cü il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu Buzovna qəsəbəsində doğulmuş X5 atası Ərizəçi, anası isə X6r. - AЗ seriyalı, 0*263* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.*936-cı il təvəllüdlü, Bakı şəhərində doğulmuş Ərizəçi ilə X** arasında *8.09.*963-cü il tarixdə nikah bağlanmışdır. - İİİ-Жг seriyalı, 352877 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahim Cəfərqulu oğlu 20.**.*982-ci ildə Bakı şəhərində ölmüşdür. -Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin *3/8 və *3/7 nömrəli, *4.**.2023cü il tarixli arayışdan görünür ki, Ərizəçi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev *09-da qeydiyyatdadır, atası X8 *982-ci ildə ölmüşdür və Buzovna qəbristanlığında dəfn olunmuşdur. X3, *980-ci ildə ölmüş və Buzovna qəbristanlığında dəfn olunmuşdur. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası (təkrar verilməsi) üçün qeydiyyat şöbəsinə müraciət etmiş, "Bakı şəhəri üzrə “X*0 X* Sistemi”-dəki məlumatlar yoxlanılmış və doğumu haqqında akt qeydi aşkar olunmamış, həmçinin qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpası mümkün olmadığından məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəblərdən ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X*0nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X*0nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X*0nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.*-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X*0nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda X*0 qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, işin araşdırılması zamanı Ərizəçi oğunun xx.xx.*936-cı il tarixində Bakı şəhərində doğulması, milliyyətinin Azərbaycanlı olması iş üzrə öz təsdiqini tapmışdır. Lakin mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə ərizəçinin əvvəl mövcud olmuş doğum haqqında aktda onun atasının adının X7, anasının adının isə X2 qeyd edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, bu halın sübutu kimi yalnız şahidlər məhkəməyə təqdim edilmişdir ki, onların ifadələri əsasında ərizəçinin əvvəl mövcud olmuş doğum haqqında aktda ata qrafasında X7, ana qrafasında isə X9 qeyd edilməsi halının müəyyən olunması kimi qəbul edilməsini məhkəmə əsaslı hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli və Ərizəçi oğunun xx.xx.*936-cı ildə Bakı şəhərində doğulması, milliyyətinin Azərbaycanlı kimi qeyd edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi oğunun xx.xx.*936-cı ildə Bakı şəhərində doğulması, milliyyətinin Azərbaycanlı kimi qeyd edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-2872/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2872/2023
30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver