Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2876/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X11 Kərim qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun yetkinlik yaşına çatmayan uşaqları 29 yanvar 2012-ci il təvəllüdlü X5 və 08 yanvar 2014-cü il təvəllüdlü X6 ilə birlikdə mülkiyyətində olan Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, mənzil 130 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* seriyalı, 12.08.2012-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Oğlu X4 və Cavabdeh 31 mart 2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra onlar müvəqqəti olaraq ona məxsus olan Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, mənzil 130 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək orada yaşayıblar. Cavabdeh məhkəməyə müraciət edərək göstərmişdir ki, X4 ilə bir müddət bir yerdə yaşasalar da sonradan cavabdehlə bir yerdə yaşamaq mümkünsüz hala gəlmişdir. O, cavabdehlə aralarında yaranmış mübahisələri həll etmək üçün cavabdehə müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Oğlu X4 və Cavabdeh arasında olan nikah 2(003)-2266/2021 saylı qətnaməyə əsasən pozulmuşdur. Cavabdeh iki uşağı ilə birlikdə ona məxsus olan evdə yaşayır. Onların orada yaşaması səbəbindən mən mülkiyyətindən istifadə edə bilmir. Onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. Bundan başqa bildirir ki, həyat yoldaşı X9 gözdən əlildir və şəkər xəstəliyindən əziyyət çəkir. Ona rahatlıq və sakitlik lazımdır. Cavabdehin uşaqları ilə birlikdə onun mənzilindən istifadə etməsi Konstitusiyası ilə ona verilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur və o, həmin hüququnu həyata keçirə bilmir. Cavabdeh onun yetkinlik yaşına çatmayan uşaqları 29 yanvar 2012ci il təvəllüdlü X5 və 08 yanvar 2014-cü il təvəllüdlü X6 ilə birlikdə mülkiyyətində olan Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, mənzil 130 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 Kərim qızı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ки, o, İddiaçı oğlu X4 ilə 31 mart 2011-ci il tarixdə rəsmi olaraq nikaha daxil olimaqla ailə qurmuşdur. Onların birgə nikahlarından iki uşaqları olmuşdur: 29 yanvar 2012-ci il təvəllüdlü X5 və 08 yanvar 2014-cü il təvəllüdlü X6. Əri ilə arasında olan nikah pozulmuşdur. O, X10 ilə rəsmi olaraq nikaha daxil olduqdan sonra ünvan 1 ünvanına el adəti üzrə gəlin gəlmiş və bu günə kimi qeyd olunan evdə qaynatası, yəni iddiaçı və qaynanası, keçmiş əri X4 ilə və iki uşaqları ilə birlikdə yaşayır. Onun isə başqa yaşamağa yeri yoxdur. O və uşaqları mübahisəli evdə pasport qeydiyyatındadır. Mübahisəli yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün onunla mülkiyyətçi, yəni iddiaçı arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı 02.08.2012-ci ildə İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2266/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında 31 mart 2011-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 196 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 29 yanvar 2012-ci il təvəllüdlü X2 və 08 yanvar 2014-cü il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması, X1 30.04.2021-ci il tarixdən başlayaraq 29 yanvar 2012-ci il təvəllüdlü X2 və 08 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,0 manat olmaqla, cəmi 300,0 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan yaşayış yeri haqqında 08.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh, X5, X6, X4 və digər şəxslər ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə, iş materiallarından müəyyən olundu ki, iddiaçının oğlu X4 və Cavabdeh 31 mart 2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra onlar iddiaçıya məxsus olan mübahisəli evdə yaşamışlar. İddiaçı onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. İddiaçının oğlu X4 və Cavabdeh arasındakı nikah 31 may 2021-ci il tarixdə pozulmuşdur. Cavabdeh iki uşağı ilə birlikdə iddiaçıya məxsus olan mübahisəli evdə yaşayır. Cavabdeh və az yaşlı övladları həmin mənzildə qeydiyyatdadır. Mübahisəli ev 02.08.2012-ci ildə İddiaçınınadına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzil 02.08.2012-ci il tarixdə İddiaçı mülkiyyətindədir. Həmçinin cavadeh Cavabdeh iddiaçının oğlu ilə 31 mart 2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2011-ci il tarixdə əmələ gəlmişdir. Tərəflər arasında hüquq münasibətləri 2011-ci il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda adı çəkilən mənzildə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslində yer alan 89-cu maddəyə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. İşin müəyyən edilən hallarından görünür ki, mülki iş üzrə cavadeh Cavabdeh iddiaçıya münasibətdə digər ailə üzvüdür. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən оn dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh və onun uşaqları 29 yanvar 2012-ci il təvəllüdlü X5 və 08 yanvar 2014-cü il təvəllüdlü X6 iddiaçının ailə üzvü hesab edilmədiyindən, iddiaçı ilə birlikdə qeyd edilən mənzildən istifadə hüququna malik olmamaqla, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər sırasına da aid olmadığından iddia təmin edilməklə Cavabdeh, onun yetkinlik yaşına çatmayan uşaqları 29 yanvar 2012ci il təvəllüdlü X5 və 08 yanvar 2014-cü il təvəllüdlü X6 ilə birlikdə İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin olunsun . Cavabdeh, onun yetkinlik yaşına çatmayan uşaqları 29 yanvar 2012-ci il təvəllüdlü X5 və 08 yanvar 2014-cü il təvəllüdlü X6 ilə birlikdə İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakışəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2876/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2876/2021
25.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver