Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-288/2022 19.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı ödənilmiş pul məbləğinin qaytarılması dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış 27.06.2008-ci il tarixli 04LÖ********** nömrəli kredit müqaviləsi və yenə həmin tərəflər arasında olan 14.05.2015-ci il tarixli kredit sazişi üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-516/2018 saylı, 08.02.2018-ci il tarixli icra sənədinə əsasən əmək haqqından tutulan 7080.44 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehdən onun xeyrinə 9007.91 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 2(050)-516/2018 saylı, 08.02.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh, X1 və İddiaçı 32951.17 ABŞ dolları pul vəsaiti tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Həmin qətnamə Accessbank QSC ilə borclu Cavabdeh arasında bağlanmış 27.06.2008-ci il tarixli 04LÖ********** nömrəli kredit müqaviləsi və yenə həmin tərəflər arasında olan 14.05.2015-ci il tarixli kredit sazişinə əsaslanmışdır. O, həmin müqavilə üzrə zamindir. Zamin olduğuna baxmayaraq, ondan qətnaməyə görə ümumilikdə əmək haqqından 9007.91 manat pul tutulmuşdur. Bu barədə iş yerindən arayış da almışdır. Qanunvericiliklə təsbit olunmuş hüququna əsasən, həmin pul cavabdehdən tutulub ona ödənilməlidir. Qeyd olunanlara əsasən, cavabdehdən onun xeyrinə 9007.91 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2(050)-516/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh, X2 və İddiaçı müştərək qaydada əsas borc üzrə 27831.33 ABŞ dolları, faiz borcu üzrə 4842.17 ABŞ dolları, cərimə üzrə 278.20 ABŞ dolları olmaqla, cəmi 32951.17 ABŞ dolları borc, ödənilmiş dövlət rüsumu üzrə 20 manat tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, 27 iyun 2008-ci il tarixli 04LÖ********** saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh AccessBank QSC tərəfindən 120 ay müddətinə 80000 ABŞ dolları kredit xətti açılmışdır. Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə X1 və İddiaçı zaminlik müqavilələrinə əsasən öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX ADNŞ obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 18 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-516/2018 saylı 08.02.2018-ci il tarixli icra vərəqəsinə və Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin 7270/12Q saylı 15.07.2020-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX ADNŞ obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-3” Yanğınsöndürmə Gəmisinin 1-ci dərəcəli matros-sükançısı daxili xidmət baş çavuşu İddiaçı aylıq əmək haqqından 01.07.2020-ci il tarixdən 31.12.2021-ci il tarixədək 50 faiz miqdarında, cəmi 9007.91 manat pul vəsaiti tutularaq "xxxx" QSC-nin hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi 9007.91 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1. maddəsində göstərilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını aylar üzrə hissə-hissə banka qaytarmalı olduğu halda, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə isə, borclu Cavabdeh tərəfindən öhdəlik vaxtında icra edilmədiyinə görə, borclunun borcundan 9007.91 manat məbləğində borcu girovqoyan (zamin) kimi iddiaçı tərəfindən ödənilmiş və həmin kredit müqaviləsi üzrə tələb hüququ geridönməz qaydada bank tərəfindən iddiaçıya keçmiş, eyni zamanda iddiaçının qeyd edilmiş kredit müqaviləsi üzrə bankın kreditor kimi bütün hüquqlarına malik olmaqla borcludan öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1. maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2. maddəsindən görünür ki, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 90 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilməli olan 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan İddiaçı xeyrinə 9007.91 manat məbləğində borc və ödənilmiş 90 manat məbləğində dövlət rüsumu tutulmalı, 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 9007.91 (doqquz min yeddi manat doxsan bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 90 (doxsan) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-288/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-288/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver