Məhkəmə qərarları › İş №2(003)-290/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-290/2023

10.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-290/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abdullayeva (Əliyeva) Ülviyyə Süleyman qızına qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Abdullayeva (Əliyeva) Ülviyyə Süleyman qızına qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu massivində 5 sot torpaq sahəsində 3 otaqlı, 1 mərtəbəli 100 kv. m-lik fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abdullayeva (Əliyeva) Ülviyyə Süleyman qızı vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu massivində 5 sot torpaq sahəsində 3 otaqlı, 1 mərtəbəli 100 kv. m-lik fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia üzrə cavabdeh sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Abdullayeva (Əliyeva) Ülviyyə Süleyman qızı İddiaçı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə cavabdeh sırasından çıxarılmış, X4 həmin iddia ərizəsi üzrə əsl olan cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X5 tərəflər arasında bağlanılmış barışıq sazişini məhkəməyə təqdim edərək tərəflər arasında barışığın əldə edildiyini bildirmişlər və barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilərək üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Cavabdeh X4 və onun nümayəndəsi və vəkili Vəkil tərəflər arasında bağlanılmış barışıq sazişini məhkəməyə təqdim edərək tərəflər arasında barışığın əldə edildiyini bildirmişlər və barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər Tərəflər aşağıdakılar barədə barışıq sazişi bağlamışlar: Barışıq sazişinin təsdiq edilməsi barədə ƏRİZƏ Nəzərə alaraq ki: - İddiaçı ilə X4 arasındakı mübahisə fərdi yaşayış evinə köçürülmə ilə bağlı məsələdən ibarətdir; - İddiaçı X3 qarşı “fərdi yaşayış evinə köçürülmə”yə dair iddia qaldırmışdır; - Tərəflər mübahisənin Barışıq Sazişi bağlamaq yolu ilə həll edilməsini, aralarında olan “fərdi yaşayış evinə köçürülmə”yə dair iddiaya xitam verilməsini arzu edir; - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; aşağıdakı şərtlərlə hazırki Barışıq Sazişini imzalayırlar: BARİŞİQ SAZİŞİNİN ŞƏRTLƏRİ: 2) İddiaçı 1.1. Öhdəsinə götürür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu massivində 5 sot torpaq sahəsində 3 otaqlı, 1 mərtəbəli 100 kv. m-lik fərdi yaşayış evini ona təhvil verməsi üçün X3 20000 (iyirmi min) manat ödəyəcəkdir; 1.2. Öhdəsinə götürür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu massivində 5 sot torpaq sahəsində 3 otaqlı, 1 mərtəbəli 100 kv. m-lik fərdi yaşayış evinin onun adına keçirilməsi üçün lazım olan xərcləri ödəyəcəkdir. 2) X4 2.1. Öz öhdəsinə götürür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu massivində 5 sot torpaq sahəsində 3 otaqlı, 1 mərtəbəli 100 kv. m-lik fərdi yaşayış evi üçün İddiaçı tərəfindən 20000 (iyirmi min) manat ödənildikdən sonra 7 gün ərzində evi təhvil verəcəkdir. 2.2. Öz öhdəsinə götürür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu massivində 5 sot torpaq sahəsində 3 otaqlı, 1 mərtəbəli 100 kv. m-lik fərdi yaşayış evinin işıq və qazını İddiaçı tərəfindən 20000 (iyirmi min) manat ödənildikdən sonra 7 gün ərzində sonuncunun adına keçirilməsi üçün müraciət edəcəkdir. Həmçinin, bağışlama müqaviləsi imzalanana kimi istifadə edilmiş kommunal xidmət xərclərini X4 ödəyəcəkdir. 3) Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 4) Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. 5) Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsas şərtdir. 6) Hazırki barışıq sazişi tərəflərin hər birinə 1 nüsxə və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə 1 nüsxə verilməklə 3 (üç) əsl nüsxədə imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. İddiaçı ilə cavabdeh X4 tərəfindən imzalanmış barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmiş, tərəflərə barışıq sazişinin hüquqi nəticələri və icraata xitam verilmənin nəticələri izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin, eləcə də tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ilə cavabdeh X4 arasında bağlanılmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: 2) İddiaçı 1.1. Öhdəsinə götürür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu massivində 5 sot torpaq sahəsində 3 otaqlı, 1 mərtəbəli 100 kv. m-lik fərdi yaşayış evini ona təhvil verməsi üçün X3 20000 (iyirmi min) manat ödəyəcəkdir; 1.2. Öhdəsinə götürür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu massivində 5 sot torpaq sahəsində 3 otaqlı, 1 mərtəbəli 100 kv. m-lik fərdi yaşayış evinin onun adına keçirilməsi üçün lazım olan xərcləri ödəyəcəkdir. 2) X4 2.1. Öz öhdəsinə götürür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu massivində 5 sot torpaq sahəsində 3 otaqlı, 1 mərtəbəli 100 kv. m-lik fərdi yaşayış evi üçün İddiaçı tərəfindən 20000 (iyirmi min) manat ödənildikdən sonra 7 gün ərzində evi təhvil verəcəkdir. 2.2. Öz öhdəsinə götürür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu massivində 5 sot torpaq sahəsində 3 otaqlı, 1 mərtəbəli 100 kv. m-lik fərdi yaşayış evinin işıq və qazını İddiaçı tərəfindən 20000 (iyirmi min) manat ödənildikdən sonra 7 gün ərzində sonuncunun adına keçirilməsi üçün müraciət edəcəkdir. Həmçinin, bağışlama müqaviləsi imzalanana kimi istifadə edilmiş kommunal xidmət xərclərini X4 ödəyəcəkdir. 3) Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 4) Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. 5) Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsas şərtdir. 6) Hazırki barışıq sazişi tərəflərin hər birinə 1 nüsxə və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə 1 nüsxə verilməklə 3 (üç) əsl nüsxədə imzalanmışdır. İddiaçı cavabdeh X3 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar