Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2902/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Əliyev küçəsi, stadionun yanında 1 sot torpaq sahəsində tikilmiş 3 otaqlı evə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş məhkəmə iclasına iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən təyin edilmiş məhkəmə iclaslarına, yəni xx.xx.2025-ci il tarixə, saat 12.00-a, xx.xx.2025-ci il tarixə, saat 12.00-a təyin edilmiş məhkəmə baxış iclaslarına gəlməmişlər. Bundan başqa, tərəflər işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclaslarına gəlmədiklərindən hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı tərəfindən təqdim edilmiş hesaba geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2902/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2902/2025
20.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver