Məhkəmə qərarları › İş №2(003)-2932/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2932/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2932/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq dayanacağı Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş ona məxsus avadanlıqlarıın və əşyaların yerləşdirildiyi 3 otaqı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə ilk dəfə 24.11.2009-cu il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikah münasibətlərindən 16.11.2010-cu il təvəllüdlü X4 və 21.01.2012-ci il təvəllüdlü X5 adında iki iki övladı anadan olmuşdur. Cavabdehlə nikahda olduğu müddətdə onlar ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev kuçəsində yerləşən torpaq sahəsində inşa edilmiş 3 otaqlı, tam şəraitli fərdi evdə yaşamışlar. Həmin evdə də onların övladları dünyaya gəlmişdir. 2013-cü ildə cavabdehlə ailə münasibətləri pozulmuş və aralarındakı nikah qeydi məhkəmə qəmaməsi əsasında ləğv edilmişdir. Lakin aralarındakı nikah qeydi ləğv edildikdən sonra cavabdeh ona müraciət edərək səhvlərini başa düşdüyüynü, bundən sonra ailəsinə və ona olan münasibətini dəyişdirəcəyini, hətta birgə yaşadıqları evə istifadə huququnun tanınması və qeydiyyata alınmağına etiraz etmədiyini bildirərək yenidən onunla nikah girib birgə yaşamağı təklif etmişdir. O da, uşaqlarının atasız böyümələrini istəmədiyindən və cavabdehin ailəsinə olan münasibətinin dəyişəcəyinə ümid etdiyindən yənidən 22.05.2014-cü ildə onunla nikaha girərək ailə həyatı qurub birgə yaşamağa başladı. Həmin gündə cavabdehlə aralarında bağlanmış nikah müqaviləsinə görə cavabdeh onun və himayəmdə yaşayan uşaqlarının onunla həm nikahda olduğu müddətdə, həm də aralarındakı nikah qeydi ləğv edildikdən sonra, onunla 26.09.2006-cı il tarixli, 195/06 saylı Bələdiyyə ilə aralarında bağlanmış müqavilə əsasında ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş 3 otaqlı ferdi yaşayış evdə istifadə hüququ olmaqla yaşamaqlarına və həmin evə qeydiyyata alınmaqlarına etiraz etməyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. İstinad edilmiş müqavilə bağlandıqdan sonra o himayəmdə yaşayan iki uşağı ilə birlikdə cavabdehin istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə qayıdaraq birgə təsərrufat aparmaqla yaşamağa davam etdi və bu müddət ərzində onların 26.08.2015-ci il tarixdə X3 adında üçüncü övladları anadan olmuş və 2020-ci ilədək olan müddət ərzində cavabdehin onaə və uşaqlarına olan münasibəti normal olmuş, lakin son 1 il ərzində onun ailəsinə olan münasibəti kəskin dərecədə dəyişmiş mütəmadi olaraq onu döyməsi, ünvanına nəlayiq söyüşlər söyməsi və valideynləri və yaxın qohumnları ilə ünsiyyət saxlamağı ona qadağan etdiyindən ailə münasibətlərinə 2020-ci ilin dekabr ayından pozulmuş, o vaxtdan da o valideynlərinin yaşadığı mənzilə qayıtmaq məcburiyyətində qaldı, bu səbəbdən də artıq bir il 6 aydır ki, o cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş 3 otaqlı ferdi yaşayış evində yaşamır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(003)-1538/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında 22.05.2014-cü il tarixli nikah qeydi ləğv edilmiş himayəsində yaşayan 3 övladı onun himayəsində saxlanılmış və onların saxlanılması üçün cavabdehdən aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehlə aralarındakı nkah qeydi ləğv edilmiş olsa hesab edir ki, onun və himayəsində yaşayan 3 övladının onunla aralarında Bakı şəhərində yerləşən 25 saylı dövlət notariat kontorunda bağlanmış 22.05.2014-cü il tarixli nikah müqaviləsinin 1.3-cü bəndinə uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş ona məxsus avadanlıqların və əşyaların yerləşdiyi 3 otaqlı fərdi yaşayış evində yaşamaq və həmin evdən istifadə etmək hüququ vardır. Qeyd edilmiş yaşayış sahəsi onun və uşaqlarının yeganə yaşayış yeridir, cavabdeh isə həmin evə istifadə hüquqularını tanınmaqla yaşamaqlarına etiraz edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsinə etiraz etmədiyni bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20.07.2013-cü il tarixdə doğulmuşdur Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16.11.2010-cu il tarixdə doğulmuşdur Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Bayramov Hikmət Şöhrət oğlu 21.01.2012-ci il tarixdə doğulmuşdur Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli 2(003)-1538/2021 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində 22.05.2014-cü il tarixdə 178 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 16.11.2010-cu il təvəllüdlü X4, 21.01.2012-ci il təvəllüdlü X5 və 26.08.2015-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra anaları-İddiaçı yanında saxlanılması, 16.11.2010-cu il təvəllüdlü X4, 21 01 2012-ci il təvəllüdlü X2 və 26.08 2015-ci İİ təvəlludlu X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 26.02.2021-ci il tarixdn başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 130 (bir yüz otuz) manat sabit pul məbləğdə alimentin tutulması, “X10” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı payı ½ hissədə, Cavabdeh payı ½ hissədə müəyyən edilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsinə etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi özbaşına tikilidir və mübahisəli evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi özbaşına tikili olduğu üçün və cavabdehin adına rəsmi reyestrdə qeydə alınmadığı üçün onun həmin evə dair sərəncam vermək hüququ yoxdur. İddiaçı isə həmin evə köçürülməlidirlər. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş mübahisəli fərdi yaşayış evinə (özbaşına tikiliyə) köçürülməlidir. Məhkəmə araşdırması zamanı təsdiq olunduğu kimi qanunvericiliklə bunun üçün müəyyən olunmuş razılaşdırmalar və icazələr alınmadan inşa edildiyindən, eləcə də daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyatdan keçmədiyindən iddiaçının yaşayış sahəsinə istifadə hüquqlarının tanınması tələb etdiyi ev hal-hazırda özbaşına tikili hesab olunur. Mübahisəli ev özbaşına tikili olduğundan həmin evə dair iddiaçının qanunla qorunan yaşayış sahəsindən istifadə hüquqları yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə yaşayış yeri kimi istifadə hüquqlarının tanınmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Yuxarıda qeyd olunmuş qanunvericilik müddəalarının mənasından göründüyü kimi iddiaçının özbaşına tikiliyə istifadə hüquqlarının tanınmasını tələb etmək hüquqları mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş evə (özbaşına tikiliyə) köçürülmüşdür. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Adil Musayev küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə (özbaşına tikiliyə) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar