Məhkəmə qərarları › İş №2(003)-2955/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2955/2025

09.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2955/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qarşı “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müdətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qarşı “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müdətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh həqiqətəndə ünvanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ünvanın Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5 kimi qəbul edilməsi və hazırki mülki iş üzrə iddia ərizəsinə qol çəkilməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlər -əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi hüquqi şəxs olmaqla ( VÖEN 1700305*1, AZ1095) hüquqi ünvanı ünvan 1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarının öyrənilməsi zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, iddia ərizəsi imzalanmamış formada məhkəməyə təqdim edilmiş, bu isə qanunvericilikdə nəzərdə tutulmuş zəruri rekvizitlərin olmaması anlamına gəlir və iddianın baxılmaq üçün qəbul edilməsinə prosessual maneə təşkil edir. Həmçinin, cavabdeh tərəf – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin hüquqi şəxs statusunda olduğu, VÖEN 1700305*1 ilə dövlət qeydiyyatına alındığı, hüquqi ünvanının ünvan 2ənzimləyən sənədlər və rəsmi reyestr məlumatları ilə təsdiqini tapmışdır. Bu baxımdan, qanunvericiliyə uyğun olaraq, iddia həmin cavabdehin hüquqi ünvanı üzrə –Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim edilməli idi. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” vəsatətə münasibətdə bildirilməlidir ki, MPM-nin 53-cü maddəsinə əsasən, yalnız məhkəmənin icraatına qəbul olunmuş iş üzrə tərəf iddia tələblərini dəqiqləşdirmək hüququna malikdir. Cari iş üzrə isə iddia ərizəsi hələ icraata qəbul edilmədiyindən, həmin vəsatət hüquqi nəticə doğura bilməz. Həmçinin, dəqiqləşdirmə yalnız mövcud iddia predmeti və tələbin mahiyyəti çərçivəsində edilə bilər, texniki və prosessual çatışmazlıqların aradan qaldırılması məqsədilə verilmiş düzəlişlər bu kontekstdə nəzərə alına bilməz. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 26*ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qarşı “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müdətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar