Məhkəmə qərarları › İş №2(003)-2956/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2956/2025

07.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2956/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qarşı Xəzər rayon X1 Xidmətini müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb etdiyi “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə aylıq orta əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qarşı “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə aylıq orta əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun qanunsuz işdən çıxarıldığına görə xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunuğu günə kimi orta aylıq əmək haqının hesablanaraq ödənilməsi, 2024-2025-ci il ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi və onun Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin maddi texniki təminat şöbəsinin təminat manqasının istehsalat sahəsi və xidməti otaq yığışdıran vəzifəsinə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 1-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 1-ci maddəsinin *-ci bəndinə əsasən, iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. 1-ci maddəsinin 6-cı bəndinə əsasən, fərdi əmək mübahisəsi – əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. 2*9-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) ... qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.3 ci maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia ərizəsinin dəlillərindən və ona əlavə edilən sənədlərdən məlum olur ki, iddiaçı onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini qanunsuz hesab edərək, həmin halı mübahisələndirir. Yəni mübahisə predmetini fərdi əmək mübahisəsi təşkil edir. Əmək qanunvericiliyinin tələbindən göründüyü kimi fərdi əmək mübahisələrinin bir tərəfi işçi, digər tərəfi isə işəgötürən olur. Hazırki iş üzrə İddiaçı işçi statusunda olan şəxs sayılsa da, onun iddia qaldırdığı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi ona münasibətdə işəgötürən şəxs statusunda deyil və ona görə hazırki iddia tələbi üzrə cavabdeh də ola bilməz. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Əmək müqaviləsinin 1.1. və 1.2-ci bəndlərindən və “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi Bildirişi”nin surətindən görünür ki, işçi İddiaçı, işəgötürən isə VÖEN-i 17003605*1 olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti hüquqi şəxsidir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi isə işəgötürən deyil, işçinin əmək funksiyasını yerinə yetirməli olduğu iş yerinin adıdır. Ona görə də hazırki iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi deyil, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti hüquqi şəxsi ola bilər. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, iddiaçının işəgötürəni olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti hüquqi şəxsi ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İşəgötürənin hüquqi ünvanı isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmir. Ancaq iddiaçı aidiyyat qaydalarının dəyişdirilməsinə əsas olan hər hansı bir hal olmadığı halda hazırki iddia ərizəsi ilə aidiyyət qaydalarına əməl etmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in tələblərinə əməl edilmədən məhkəməyə verildiyi üçün iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 26*-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qarşı Xəzər rayon X1 Xidmətini müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb etdiyi “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə aylıq orta əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar