Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2960/2021 01.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanındakı torpaq sahəsi və mənzildən çıxarılması, cavabdehə mülkiyyətindən istifadə etməyinə süni maneələr yaradılmasının qadağan edilməsi, cavabdehin onun mənzilindən 01 may 2018-ci ildən 01 may 2021-ci ilə qədər qanunsuz istifadəsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası Mirzəbalayev Ağası 17.11.2007-ci ildə vəfat edib. Miras əmlakı faktiki qəbul etməklə orada yaşamışdır.X1 25.10.2013-cü ildə vəfat edib. 11 mart 2020-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Çıxarış üzrə 1/3 hissədə torpağa və evə mülkiyyət hüququ təsdiqlənib. Lakin cavabdeh 20 aprel 2018-ci ildən, məhkəməyə iddia verdiyi gündən qanunsuz olaraq onun mülkiyyətindən istifadə edir. Məhkəmədə qaldırdığı iddia ilə ona böhtan ataraq, müxtəlif məbləğlərdə 27000, 19000, 12000 ABŞ dolları pul vəsaitinin onun tərəfindən mənimsənildiyin qohum-əqraba içərisində yayır. Məhkəmədən ona gələn məktubları yalandan qəbul edib, onun yerinə imza ataraq, onun yazışma hüququna girir. Dəfələrlə polisə şifahi şikayət etsə də, mülki xarakterlidir deyə qəbul etməyiblər. Əlavə etmişdir ki, cavabdeh 1986-cı ildə nikaha daxil olub, bu günə qədər Rusiyada yaşayır. Cavabdeh 1-2 ay Şüvəlanda yaşayıb, 35 ildir Rusiya vətəndaşıdır, 3 ildir digər bacısının evinə müvəqqəti qeydiyyata düşüb. Qeyd olunanlara əsasən, cavabdehin ünvan 1 ünvanındakı torpaq sahəsi və mənzildən çıxarılması, cavabdehə mülkiyyətindən istifadə etməyinə süni maneələr yaradılmasının qadağan edilməsi, cavabdehin onun mənzilindən 01 may 2018-ci ildən 01 may 2021-ci ilə qədər qanunsuz istifadəsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 ifadəsində göstərmişdir ki, iddiaçı ilə 2012-ci ildə tapşırıq müqaviləsi bağlayaraq, pul və vərəsəlik məsələlərini həll etmək üçün nümayəndəsi kimi çıxış etmişdir. İddiaçının hüquqi məsələləri ilə yaxından tanışdır. İddiaçı ilə cavabdeh arasında pul mübahisəsi olmuşdur. O, cavabdehi iddiaçının həyətində 05.07.2020 və 12.10.2020-ci il tarixlərdə görmüşdür. Ev iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin evdə qeydiyyatda deyil, hal-hazırda da Rusiyadadır. Məhkəmə, iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən 15.04.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 13.05.2019-cu il tarixli arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. İşin məhkəmə iclasında araşdırılan hallarından, eləcə də iddiaçının izahatından görünür ki, cavabdeh Rusiya vətəndaşı olmaqla, orada yaşayır. Cavabdeh mübahisəli ünvanda xeyli müddətdir ki, yaşamır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona məxsus mülkiyyətdən qanunsuz istifadə etməsi, ona maneələr törətməsinə dair öz tələbini əsaslandıra bilmədiyindən, bu hal işin məhkəmə iclasında araşdırılan halları ilə də öz təsdiqini tapmadığından, iddia tələbinin təmin olunması üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5. maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məcəllənin 178.1-cı maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2960/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2960/2021
01.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver