Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-297/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “atalığın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizə ilə məhkəməyə müraciət edərək, oğlum 11.08.2021-ci il təvəllüldlü X11 atasının X9, anasının Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, övladlarından 11.08.2021-ci il təvəllüdlü X17 21.09.2021-ci il tarixli “5 saylı Bakı ASAN Xidmət” Qeydiyyat şöbəsindən 5464 nömrəli qeyd ilə doğum haqqında şəhadətnamə almışdır. Övladı 11.08.2021-ci il tovəllüdlü X11 atası X10 vəfat etdiyi üçün o doğum haqqında şəhadətnaməni öz soyadı ilə qeyd etdirmişdir. 11.08.2021-ci il təvəllüdlü X11 X10 ilə birgə nikahımızdan doğulması faktını onun anası, bacısı və qardaşları təsdiqləyə bilər. Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək, 11.08.2021-ci il təvəllüdlü X11 atasının X4 olması faktının müəyyən olunmasını və uşağa atasının ad və soyadının verilməsini xahiş etmiş, lakin Bakı şəhəri Maraqlı şəxs 02.11.2021-ci il tarixli məktubu ilə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət Qeydiyyatı Qaydası”nın 6.16-cı bəndinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Daha sonra Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X5 11.08.2021-ci il təvəllüldlü X11 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirdi ki, X9 ilə qeyri-rəsmi nikahda olmuşlar və bu nikahdan 11.08.2021-ci il tarixli övladları olmuşdur. Rulsan Mustafayev 05.03.2021-ci il tarixdə vəfat etdiyi üçün faktiki nikahlarında olan övladlarının doğum haqqında şəhadətnamədə öz soyadını qeyd etdirmişidr. Uşağının öz atasının soyadını daşımasını istəyir. Tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşı X5 həyat yoldaşı olmuşdur. Ruslan onun ögey qardaşıdır, 11.08.2021-ci il təvəllüdlü X1 və Ərizəçi faktiki nikahlarından doğulmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin qaynanasıdır. Ruslan onun oğludur. Ruslan 05.03.2021-ci ildə vəfat edib. 11.08.2021-ci il təvəllüdlü X1 və Ərizəçi birgə nikahlarından doğulmasını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 11.08.2021-ci ildə doğulmuşdur. X6, anası Ərizəçidır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05.03.2021-ci il tarixdə ölmüşdür. Bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydləri kitabında 09.04.2021-ci il tarixdə 341 sayla qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 02.11.2021-ci il tarixli, 05/15-1209 saylı məktubda qeyd edilmişdir ki, Maraqlı şəxsnə daxil olmuş atalığın müəyyən edilməsi barədə müraciətinizə baxılmışdır. Təqdim etdiniyiniz sənədlərdən göründüyü kimi özünü uşağın atası hesab edən faktiki nikah münasibətlərində olduğunuz X10 05.03.2021-ci il tarixdə ölmüşdür və bu barədə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 341 saylı 08.04.2021-ci il tarixli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ın 6.16-cı bəndinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ərizəçi Namazova X3 Rulsan Elman oğlu ilə 2020-ci ildə qeyri-rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, onların qeyri-rəsmi nikahlarından 11.08.2021-ci il tovəllüdlü X17 doğulmuşdur. Rəsmi nikahları olmadığına görə uşağa anası Ərizəçi ata soyadı (Namzaov) verilmişdir. X9 05.03.2021-ci il tarixdə vəfat etmişdir. Uşağın atasının X5 olmasını məhkəmə iclasında şahidlər öz ifadələri ilə təsdiq etmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və validiyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideyinlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Göründüyü kimi, qanunvericilik uşağın mənşəyinin müəyyən edilməsi kimi, uşağa görə atalığının müəyyən edilməsini və atalığın tanınması faktının müəyyən edilməsini nəzərdə tutmuşdur. Qanunun məzmunundan görünür ki, atalığın müəyyən edilməsi şəxsin sağlığında uşağı qəbul etməməsi hallarında müəyyən edilir. Atalığın tanınması isə özünü uşağın atası hesab edən şəxs öldüyü hallarda müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə uşağın doğulmasına qədər Ərizəçi ilə X5 birgə yaşamasını, ərizəçinin X5 uşağın atası olması barədə təqdim etdiyi sübutları, uşağın doğum tarixini, şahidlərin ifadələrini nəzərə alaraq hesab edir ki, X9 11.08.2021-ci il tovəllüdlü X11 atası kimi tanınması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X9 11.08.2021-ci təvəllüdlü X11 atası kimi tanınması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-297/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-297/2022
13.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver