Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2970/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri 340 saylı körpələr evi-uşaq bağçasının nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 340 saylı körpələr evi-uşaq bağçasına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 340 saylı körpələr evi-uşaq bağçasına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində verilmiş xx.xx.2024-cü il tarixli 41 saylı işdən çıxarma əmrinin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf və cavabdeh tərəf aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı barışıq sazişinin təsdiq olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri 340 saylı körpələr evi-uşaq bağçasının nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin mövqeyini, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdeh tərəf məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək barışıq sazişi bağladıqlarından, mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla hazırki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı və cavabdeh Bakı şəhəri 340 saylı körpələr evi-uşaq bağçası arasında xx.xx.2024-cü il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı cavabdeh Bakı şəhəri 340 saylı körpələr evi-uşaq bağçası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilməklə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 24 aprel 2024-cü il tarixli, 41 saylı əmrdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verilməsinə” dair dəyişikliyin edilməsi və əmək kitabçasında müvafiq düzəlişin edilməsi müqabilində “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi”-nə dair iddia tələbindən imtina etməyi və 2(003)-2970/2024 saylı mülki iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizə təqdim etməyi öhdəsinə götürür.
2. Cavabdeh Bakı şəhəri 340 saylı körpələr evi-uşaq bağçası İddiaçı ona və Cavabdeh qarşı olan “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbindən imtina etməsi və 2(003)-2970/2024 saylı mülki iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizə təqdim etməsi müqabilində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilməklə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 24 aprel 2024-cü il tarixli, 41 saylı əmrdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verilməsinə” dair dəyişiklik etməyi və əmək kitabçasında müvafiq düzəliş etməyi öhdəsinə götürür. İddiaçı cavabdeh Bakı şəhəri 340 saylı körpələr evi-uşaq bağçasına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Emin Rüstəmov