Məhkəmə qərarları › İş №2(003)-2976/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2976/2024

09.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2976/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, X* iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun *0.02.2024-cü il təvəllüdlü oğlan uşağının doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, əri Serqey Belyakovla birlikdə Ukranyada olan məlum hadisələrdən sonra Azərbaycana köçmüşlər və hazırda ünvan 1 ünvanında yaşayırlar. Onlar 08.08.20*7-ci ildən rəsmi nikahdadırlar.*0.02.2024-cü ildə ev şəraitində oğlan uşağı anadan olmuşdur.Doğumdan sonra təcili tibbi yardım gəlmiş və onu uşağı ilə birlikdə tibb müəssəsinə aparılmış, lakin o, hospitalizasiyadan imtina etmişdir.Belə ki, evdə 2 yaşlı uşağı qalmışdır.Uşaq hazırda 45 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır.Uşaq ev şəraitində doğulduğuna görə həkimlər uşağın doğulması ilə əlaqədar lazımi sənədləri təqdim etmirlər və o bu səbəbdən Qeydiyyat Şöbəsində uşağın doğum haqqında şəhadətnaməsini ala bilmir.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Serqey Belyakov bildirdi ki, o, Tatayana ilə 08.08.20*7-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur.*0.02.2024-cü il tarixdə, təxminən *7:00-*8:00 radələrində oğlu anadan olmuşdur.Bu vaxt Tatyananın yanında o və Tatyananın rəfiqəsi Lalə olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıyeva Lalə bildirdi ki, o, Tatayananın rəfiqəsidir.Tatyananın təxminən 6 ay əvvəl oğlu oldu və bu zaman o, Tatyananın yanında idi.Sonra Tatyananın anası gəldi.Uşaq təxminən *9:00 radələrində anadan olmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 45 nömrəli Şəhər Poliklinikasının arayışından görünür ki, Ərizəçi *0.02.2024-cü il təvəllüdlü oğlan uşağı ev şəraitində doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 arasında Kiyev şəhərində 08.08.20*7-ci il tarixdə nikah bağlanmışdır.Bu barədə *592 nömrəli müfaviq akt qeydi aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 2*.06.2024-cü il tarixli, 3-*6-5/8-*5-B/2024 nömrəli məktubundan görünür ki, doğumun qeydə alınması üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi tərəfindən *0.02.2024-cü il tarixdə bir uşaq (oğlan) doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.* və 307.2.3-cü maddələinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi *0.02.2024-cü il tarixdə oğlunun Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. Ərizəçi *0.02.2024-cü il tarixdə oğlunun Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qnuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar