Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-298/2020 13.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh X5 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi, X10, Bakı şəhəri 9 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatların ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi, X10, Bakı şəhəri 9 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatların ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1802 saylı sərəncamına əsasən ayrılmş 2533 saylı bağ sahəsinin yerləşdiyi ərazidə eyni X11 2534 saylı bağ sahəsinə aid olan sənədlər əsasında apardığı qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1802 saylı sərəncamına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2533 saylı bağ sahəsi 246 saylı X11 tərkibində olmaqla onun istifadəsinə ayrılmışdır. Hüquqmüəyyənedici sənəd olaraq ona 54 saylı order verilmişdir. Bağ sahəsində tərəfindən tikinti işləri aparılmasa da, bu müddət ərzində onun istifadəsində olmuş, müxtəlif ağaclar əkilmişdir. Lakin, maddi imkansızlıq ucbatından bağ evi inşa edə bilməmişdir. Bağ sahəsi hər tərəfdən daş hasarla hasarlanmış, lakin darvaza qoyulmamışdır. Son illər o, bağ sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq qərarına gəlmişdir. İlk növbədə orderin verilməsi əsaslarına dair xx.xx.2015-ci il tarixli, 36/438 saylı arxiv arayışı əldə emişdir. Bundan bir müddət sonra cavabdeh təşkilata, yəni, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx xxx 2016-cı il tarixli, ********* saylı ərizə ilə müraciət etmişdir. Cavabdeh təşkilatın əməkdaşları ərizə ilə əlaqədar gələrək yerində müayinə işləri aparmışlar və koordinatlar götürmüşlər. Lakin, ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarış əvəzinə, xx xxxx 2016-ci il tarixli, **********13 saylı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə dair Bildiriş” verilmişdir. Bildirişin məzmunu ondan ibarətdir ki, tərəfindən göstərilən bağ sahəsi 2534 nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. İlk başdan bunun əməkdaşların texniki səhvi olduğunu düşünərək cavabdeh təşkilata şifahi olaraq müraciət etmişdir. Bildirmişdir ki, sxematik plana əsasən, yerin 2533 olduğu cavabdehə yəqin ki, məlumdur. Belə ki, əks halda, imtina Bildirişində tərəfindən göstərilən yerin 2534 saylı bağ sahəsinin yeri olduğu yazılmalı idi. Lakin, Bildirişdə aydın şəkildə, həmin yerin 2534 saylı bağın yeri olduğu deyil, 2534 saylı bağ nömrəsi ilə digər şəxsin adına qeydiyyatdan keçdiyi bildirilmişdir. Digər tərəfdən, həmin “digər fiziki şəxsin” kim olduğunu da ona bildirməyərək, bu məlumatın konfidensial olduğu bildirmişdirlər. Müəyyən müddət cavabdeh təşkilata şifahi müraciətlərlə gedərək, bu texniki səhvin aradan qaldırılmasına çalışsa da mümkün olmamışdır. Belə olan halda, xx.xx.2017-ci il tarixdə cavabdeh təşkilata ərizə ünvanlayaraq, 2534 saylı bağ sahəsinin döngə nöqtələrinin koordinatlarının kadastr-xəritə (baza) məlumatlarında dəqiqləşdirilməsi və onun 2533 saylı bağ sahəsinə olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, yenə də cavabında, ona aidiyyatı olmayan səbəblər göstərilmiş və bununla bağlı məktub ünvanlanmışdır. Ərizələrinə cavab olaraq, xx xxxxxxx 2017-ci il tarixdə poçt vasitəsilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********52 saylı, xx xxxxxxx 2017-ci il tarixli cavab məktubunu almışlar. Cavab məktubunda, bildirilmişdir ki, “**********13 saylı, xx.xx.2016-cı il tarixli imtina məktubunda qeyd olunmuş səbəblər aradan qaldırıldıqdan sonra ərizənizə yenidən baxıla bilər. ” Bundan sonra, inzibati icraat qaydasında məhkəməyə müraciət edərək, cavabvdehin imtinalarının əsassız hesab edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1802 saylı Sərəncamına əsasən, 246 saylı X11 tərkibində onun istifadəsinə ayrılmış 2533 saylı bağ sahəsinin ərazisinə cavabdeh tərəfindən digər fiziki şəxsin mülkiyyət hüquqlarının qeydə alınmasının əsas olan döngə nöqtələri koordinatlarının 2533 saylı bağ sahəsinə düşən hissədə ləğv edilməsi və 2533 saylı bağ sahəsinə dair mülkiyyət hüququ üzrə onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbləri üzrə iş 2-1(82)-5063/2017 saylı inzibati iş üzrə icraata qəbul olunmuşdur. Cavabdeh təşkilatın iddia ərizəsinə vermiş olduğu etiraza əsasən məlum olmuşdur ki, imtina məktublarında “digər fiziki şəxs” adlandırılan şəxs X4r və onun adına olan order, torpaq sahəsinin planı və ölçüsü, Notariat Kontorunun xx.xx.2014-cü il tarixli vərəsəlik haqqında məktubu əsasında hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyat ona ayrılmış torpaq sahəsinə dair həyata keçirilməsini doğru saymasa da, məhkəmə iddia tələblərini verilmiş formada mümkünsüz hesab etmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, reyestrdə aparılmış qeydiyyatın ləğvinə dair cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır və cavabdeh inzibati orqana mübahisəli torpaq sahəsinə dair digər şəxsin xeyrinə aparılmış qeydiyyatın ləğvi ilə bağlı müraciət olunmalıdır. Bundan sonra cavabdeh təşkilata yenidən müraciət edərək, 2534 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyatının ləğv edilməsi və 2533 saylı bağ sahəsinə olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, bu ərizəsinə də cavabdeh təşkilat tərəfindən **********35 saylı, xx.xx.2018-ci il tarixli məktubla imtina edilmişdir. İmtina məktubunda sözügedən ünvanda yerləşən bağ sahəsinə dövlət reyestrindən çıxarış verilməsinin səbəbləri barədə əvvəlki müraciətlərdə (********** və **********) məktubla cavab verilmiş və həmin cavab məktublarında qeyd olunan iradların aradan qaldırılmadığı imtina edilməsinin səbəbləri kimi göstərilmişdir. Hesab edir ki, cavabdehin bu imtinası da əvvəlki imtinalar kimi əsassızdır və ona məxsus olan bağ sahəsinə yalnış olaraq aparılmış qeydiyyat ləğv edilməlidir. İlk dəfə verdikləri iddia ərizəsində qeyd etdikləri kimi, cavabdeh təşkilatın özü tərəfindən yol verilmiş texniki səhvə düzəliş edilməsi əvəzinə Bildirişdə qeyd olunan səbəblərin aradan qaldırılması təklif olunur. Sual yaranır, qeydiyyat orqanı tərəfindən yol verilmiş səhvi ərizə verən vətəndaş necə aradan qaldıra bilər? Torpaqayırma səlahiyyəti olan qurum tərəfindən bağ sahəsi istifadəyə verilmişdir. Həmin sahəyə aidiyyatı olmayan şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səhvin düzəldilməsi cavabdeh təşkilat tərəfindən mümkün idi, belə ki, hüquqları qeydə alınan şəxsin torpaq sahəsi ona məxsus olan torpaq sahəsi ilə həmsərhəd olmalıdır. Yəni həmin şəxsə də ayrılmış torpaq sahəsi mövcuddur. Lakin, cavabdeh təşkilat buraxdığı səhvin aradan qaldırılmasından müxtəlif bəhanələrlə yayınır. Belə olduqda, pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpasından başqa çıxış yolu qalmır. Cavabdeh təşkilat inzibati orqan olduğundan, inzibati-prosessual qanunvericiliyə uyğun olaraq iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Orada uzun müddət hazırlıq icraatı çərçivəsində araşdırma aparılmış, hətta ekspertiza təyin edilərək keçirilmiş, lakin ekspertiza qarşısında qoyulan sualların cavablandırılması cavabdeh təşkilatın sənədləri təqdim etməməsi səbəbindən mümkün olmamışdır. Yekunda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-73/2019 saylı, xx.xx.2019 saylı qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Məhkəmə bu nəticəyə gələrkən, mübahisənin mülki xarakterli olmasını əsas gətirmişdir. Qərardaddan apellyasiya şikayəti verilmişdir. Şikayətə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3282/2019 saylı, xx.xx.2019-cıı il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-73/2019 saylı, xx.xx.2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi də hesab etmişdir ki, mübahisə mülki xarakterlidir. Beləliklə, məhkəmə qərardadları onları mülki qaydada bu mübahisənin baxılması üçün müraciət etməyə məcbur etmişdir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1802 saylı sərəncamına əsasən 246 saylı X11 tərkibində olmaqla onun istifadəsinə ayrılmış 2533 saylı bağ sahəsinin yerləşdiyi ərazidə eyni X11 2534 saylı bağ sahəsinə aid olan sənədlər əsasında keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən vətəndaş X6 adına verilmiş xx xxxx 2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrində vətəndaş X6 adına aparılmış xx xxxx 2014-cü il tarixli ilkin qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən vətəndaş X3 adına verilmiş xx xxxx 2014cü il tarixli 2V-1-214 reyestr nömrəli, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontorunda satıcı X7 ilə alıcı X10 arasında xx xxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-286 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində xx xxxxx 2018-ci il tarixdə X5 adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə əlavəni müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə əlavəni müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini və ona əlavəni qəbul etməyərək bildirmişdir ki, hazırki iddia ümumi məhkəmənin predmetinə aid deyildir, hazırki iş inzibati məhkəmənin icraatına aiddir. Ümumi məhkəmədə baxılan zaman 1964-cü il tarixdə qüvvədə olmuş Mülki Məcəllənin müvafiq maddəsində iş üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmənin öz təşəbbüsü ilə edilməli olduğu imperativ norma kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi sübut toplayan orqan deyildir. Məhkəmənin düzgün seçilməsi və iddia üzrə sübutların təqdim edilməsi iddiaçı tərəfin vəzifəsidir. Hazırki iddia tələbinin qanuni əsası yoxdur. Bu səbəbdən iddia tələbini və ona əlavənin təmin edilməməsi barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, **********13 seriyalı, xx xxxx 2016-cı il tarixli məktubun surətindən görünür ki, göstərilən bağ sahəsi “2534” saylı bağ nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, **********52 seriyalı, xx xxxxxxx 2017-ci il tarixli məktubun surətindən görünür ki, **********13 saylı, xx xxxx 2016-cı il tarixli imtina məktubunda qeyd olunmuş səbəblər aradan qaldırıldıqdan sonra ərizənizə yenidən baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və X17 üzrə Baş İstehsalat İdarəsinin X13 tərəfindən verilmiş 54 nömrəli Orderinin surətindən görünür ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 1994-cü il tarixli, 1802 nömrəli qərarına əsasən Mərdəkan bağlar sahəsində 246 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 2533 nömrəli bağ ayrılmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-73/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, bağ sahəsinə dair hüquqların qeydiyyatının ləğv edilməsi, iddiaçının bağ sahəsinə hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2382/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-73/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş **********55 saylı, xx xxx 2019-cu il tarixli məktubuna əlavə edilmiş ekspert rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş ərazinin faktiki ölçüsü 0,1593 hektardır, bundan 0,12 hektarı X5 adına 0,12 hektarı (2534 nömrəli bağ sahəsinə) reyestr nömrəsi **********16 olan çıxarışla qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəl, xx xxx 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən qeyd edilən sualın cavablandırılması mümkün olmadığı üçün İddiaçı iddia etdiyi sahəsinin yerində müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edildiyi kimi cavab verilmişdir. Bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında göstərilən mübahisəli torpaq sahəsi **********16 reyestr nömrəsi ilə “2534” saylı bağ kimi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, **********34 seriyalı, xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2534 saylı bağ sahəsinin 1994-cü il tarixdən bu günə qədər kimlərin mülkiyyətinə və hansı hüquqmüəyyənedici sənədlər əsasında məlumatın verilməsi və bu faktı sübut edən sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsinə dair xx.xx.2019-cu il tarixli, 2(003)-4057/2019 nömrəli sorğuya Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirmişlər ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 1802 nömrəli, xx.xx.1994-cü il tarixli qərarı ilə 246 nömrəli BTK nəzində Xəzər rayonu, Mərdəkan ərazisində yerləşən 2534 nömrəli bağ sahəsinin (0,12 hektar) ayrılmasına dair X6 adına 50 nömrəli order verilmişdir. Həmin order, sözügedən torpaq sahəsi ilə bağlı vərəsəlik işinin açılması barədə 9 saylı notarlat kontorundan daxil olmuş xx.xx.2014-cü il tarixli məktub və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2534 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə 2-V-1-214 reyestr nömrəsi ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən bağ sahəsi xx.xx.2014-cü il tarixdə X3 adına qeydiyyata alınmısdır. Daha sonra Bakı şəhəri 50 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-286 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən 2534 nömrəli bağ sahəsi xx.xx.2018-ci il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, sahəsi 0,12 hektar olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2534 saylı bağ sahəsi X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, xx xxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 0,12 hektar olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2534 saylı bağ sahəsini 62.000 manata X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, sahəsi 0,12 hektar olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2534 saylı bağ sahəsi X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 46/2014 saylı vərəsəlik işi üzrə verilmiş, xx xxxx 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki. xx.xx.2009-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan oğlu – X4r. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrləri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, 9 n/k/01/********** nömrəli elektron arayışa və xx.xx.2014-cü ildə verilmiş, reyestr **********16 nömrəli, qeyd ********** nömrəli olan Çıxarışa əsasən mərhum – X9 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2534 saylı bağ sahəsi ünvanında yerləşən 0, 12 hektar torpaq sahəsindən ibarətdir. İş materillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, sahəsi 0,12 hektar olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2534 saylı bağ sahəsi X6 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və X17 üzrə Baş İstehsalat İdarəsinin X13 tərəfindən verilmiş 50 nömrəli Orderinin surətindən görünür ki, X9 Bakı Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 1994-cü il tarixli, 1802 nömrəli qərarına əsasən Mərdəkan bağlar sahəsində 246 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 2534 nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş, 7-164/17 seriyalı, xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1802 saylı sərəncamı ilə İddiaçı Mərdəkanda 246 nömrəli BTK tərkibində 2533 saylı bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, **********76 seriyalı, xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2533 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ Müavini tərəfindən verilmiş 77 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Mərdəkan bağ massivində yerləşən 2534 saylı bağ sahəsi keçmiş X14 və İstismarı Birliyinin istifadəsində olmuş torpaq sahələrinə məxsus olan əraziyə aiddir. Bu səbəbdən qeyd olunan bağ sahəsi haqqında məlumat almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ Müavini tərəfindən verilmiş 78 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Mərdəkan bağ massivində yerləşən 2534 saylı bağ sahəsi keçmiş X14 və İstismarı Birliyinin istifadəsində olmuş torpaq sahələrinə məxsus olan əraziyə aiddir. Bu səbəbdən qeyd olunan bağ sahəsi haqqında məlumat almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ Müavini tərəfindən verilmiş 79 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Mərdəkan bağ massivində yerləşən 2534 saylı bağ sahəsi keçmiş X14 və İstismarı Birliyinin istifadəsində olmuş torpaq sahələrinə məxsus olan əraziyə aiddir. Bu səbəbdən qeyd olunan bağ sahəsi haqqında məlumat almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 7-163/17 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxiv sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 7-166/17 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxiv sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmişdir. İş materiallarında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 60 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra Hakimiyyətlərinin (İcraiyyə Komitələrinin) qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara əsasən Dövlət Arxivinin Bakı filialında hər hansı bir sənəd əldə etmək mümkün deyildir. İş materiallarında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 62 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra Hakimiyyətlərinin (İcraiyyə Komitələrinin) qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara əsasən Dövlət Arxivinin Bakı filialında hər hansı bir sənəd əldə etmək mümkün deyildir. İş materiallarında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 63 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra Hakimiyyətlərinin (İcraiyyə Komitələrinin) qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara əsasən Dövlət Arxivinin Bakı filialında hər hansı bir sənəd əldə etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 7-850/17 saylı, xx xxxxx 2020-ci il tarixli məktubdan görünür ki, vətəndaşa verilən bağ sahəsinin ilk dəfə kimin mülkiyyətinə və hansı sənədlər əsasında verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin arxivində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 7-2974/17 saylı, xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2534 saylı bağ sahəsinin ilk dəfə kimin mülkiyyətinə və hansı hüquqmüəyyənedici sənədlər əsasında verilməsi barədə BŞİH-nin arxivində heç bir məlumat yoxdur. Qaldırılan məsələ ilə əlaqədar məktubda göstərilən vətəndaşa bağ sahəsinin ayrılmasına əsas olan sərəncamın dəqiq tarixi və nömrəsi sorğuda göstərilməmişdir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1802 saylı sərəncamına əsasən 246 saylı X11 tərkibində olmaqla onun istifadəsinə ayrılmış 2533 saylı bağ sahəsinin yerləşdiyi ərazidə eyni X11 2534 saylı bağ sahəsinə aid olan sənədlər əsasında keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən vətəndaş X6 adına verilmiş xx xxxx 2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrində vətəndaş X6 adına aparılmış xx xxxx 2014-cü il tarixli ilkin qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən vətəndaş X3 adına verilmiş xx xxxx 2014-cü il tarixli 2V-1-214 reyestr nömrəli, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Subyektiv hüquq - şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olanməlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair”xx xxxxxxx 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə x xxxx 2011-ci il tarixli Qərarları).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır.” Məhkəmə qeyd edir ki, konstitusiya məhkəməsinin plenum qərarlarından, eyni zamanda qüvvədə olan qanunvericiliyin tələblərindən də görünüdüyü kimi, İddiaçı yuxarıda göstərilən torpaq sahəsinə hər-hansı bir bağlılığı olmadığından subyektiv hüququ yaranmır. Belə olan halda iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1802 saylı sərəncamına əsasən 246 saylı X11 tərkibində olmaqla onun istifadəsinə ayrılmış 2533 saylı bağ sahəsinin yerləşdiyi ərazidə eyni X11 2534 saylı bağ sahəsinə aid olan sənədlər əsasında keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən vətəndaş X6 adına verilmiş xx xxxx 2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrində vətəndaş X6 adına aparılmış xx xxxx 2014-cü il tarixli ilkin qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən vətəndaş X3 adına verilmiş xx xxxx 2014-cü il tarixli 2V-1-214 reyestr nömrəli, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə iddia tələbinin Bakı şəhəri 50 saylı Notariat Kontorunda satıcı X7 ilə alıcı X10 arasında xx xxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-286 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən “Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən “Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən “Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən “Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən “Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.” Qanunvericiliyin tələbin göründüyü kimi, müqavilənin bağlanması üçün iki tərəfin razılığı lazımdır. Müqavilənin ləğvi həmçinin həmin tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğvi üçün məhkməyə müraciət etmək hüququ həmin tərəflərə məxsusdur. Lakin, iddia tələbinin bu hissəsindən də göründüyü kimi müqavilənin ləğvi ilə bağlı iddianı məhkəmədə üçüncü şəxs mübahisələndirmişdir. Bundan başqa məhkəmə bu hissədə bildirir ki, müqavilənin ləğvi iddiası ilə bağlı üçüncü şəxsin məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Üçüncü şəxs məhkəmədə yalnız müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldıra bilər. Məhkəmə iddia tələbinin Daşınmaz əmlakın dövlət reyestrində xx xxxxx 2018-ci il tarixdə X5 adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında götərilmişdir ki, “Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında götərilmişdir ki, “Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülki Məcəllənin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Mülki hüquqi əqdlər, o cümlədən alğı- satqı müqavilələri əmlaka (həmçinin daşınmaz əşyalara) mülkiyyət hüququnun əldə edilməsi üsullarından biridir. Daşınmaz əşyaların alğı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında götərilmişdir ki, “Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. ” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən “Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” Məhkəmə iddianın bu hissəsində qeyd edir ki, X10 həmin daşınmaz əmlakı vicdanlı əldə edən şəxsdir. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi, X10, Bakı şəhəri 9 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1802 saylı sərəncamına əsasən 246 saylı X11 tərkibində olmaqla onun istifadəsinə ayrılmış 2533 saylı bağ sahəsinin yerləşdiyi ərazidə eyni X11 2534 saylı bağ sahəsinə aid olan sənədlər əsasında keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən vətəndaş X6 adına verilmiş xx xxxx 2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrində vətəndaş X6 adına aparılmış xx xxxx 2014-cü il tarixli ilkin qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən vətəndaş X3 adına verilmiş xx xxxx 2014-cü il tarixli 2V-1-214 reyestr nömrəli, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontorunda satıcı X7 ilə alıcı X10 arasında xx xxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-286 reyestr nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində xx xxxxx 2018-ci il tarixdə X5 adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi, X10, Bakı şəhəri 9 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1802 saylı sərəncamına əsasən 246 saylı X11 tərkibində olmaqla onun istifadəsinə ayrılmış 2533 saylı bağ sahəsinin yerləşdiyi ərazidə eyni X11 2534 saylı bağ sahəsinə aid olan sənədlər əsasında keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən vətəndaş X6 adına verilmiş xx xxxx 2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrində vətəndaş X6 adına aparılmış xx xxxx 2014-cü il tarixli ilkin qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən vətəndaş X3 adına verilmiş xx xxxx 2014-cü il tarixli 2V-1-214 reyestr nömrəli, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontorunda satıcı X7 ilə alıcı X10 arasında xx xxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-286 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində xx xxxxx 2018-ci il tarixdə X5 adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-298/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-298/2020
13.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver