Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2991/2021 26.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil oğlunun iştirakı ilə Ərizəçi Bakı şəhəri 07 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.11.2011-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi kimi o, yəni X7 tanınmaqla, mərhumdan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəsi kimi qəbul edilmə faktının tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.11.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışlar ki, atası X8 10.11.2011-ci il tarixində vəfat etmişdir. Ölümündən sonra atasının adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi miras əmlak kimi vərəsələrinə qalmışdır. X1 vərəsələri qismində qızı X7, qızı X9, oğlu Eyubov Maraqlı şəxs2 çıxış edirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi tərəfindən 14.12.2015-ci il tarixdə daxil olan məlumata əsasən, qardaşı Eyubov Maraqlı şəxs2 barəsində Qeydiyyat və X13 əlaqəni itirmiş şəxs kimi axtarış işi açılmışdır. Eyni zamanda Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 18.05.2021-ci il tarixli arayışına əsasən Eyubov Maraqlı şəxs2 27.04.2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının vətəndaşlığından məhrum olunmuşdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 18.05.2021-ci il tarixli arayışına əsasən bacısı X6 isə qeydiyyat yeri barədə məlumat yoxdur. Buna görə də qeyd olunan ünvan 1 ünvanında bu günə qədər yalnız o, X7 yaşamış, ondan başqa heç kim yaşamamışdır. Vərəsəliyi qəbul etmiş və buna görə də hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi X4 vərəsəsi kimi onun adına keçirilməlidir. Bununla bağlı Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair vərəsəlik işinin açılması və vərəsəliyi qəbul etmə faktının tanınmasının təsdiq edilməsi ilə bağlı müraciət etmişlər. Bundan sonra müraciətə cavab olaraq Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin xüsusi notariusu Vədətov Nadir tərəfindən 1 iyun 2021-ci il tarixdə göndərilmiş 517 nömrəli cavab məktubunda bildirilir ki, 10.11.2011-ci il tarixdə ölmüş mərhum X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və mülkiyyətdə olan 0.10 ha torpaq sahəsinə dair mərhumun digər vərəsəsi olan oğlu Eyubov Maraqlı şəxs2 sağ olubolmaması barəsində onlarda məlumat olmadığı üçün və həmçinin Eyubov Maraqlı şəxs2 azyaşlı oğlu Eyubov Harun Maraqlı şəxs2 oğlu həmin ünvanda qeydiyyatda olduğu üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkanları xaricindədir. Qeyd olunanlara əsasən, 10.11.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ərizəçinin vəkili Vəkil ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri 07 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisi nəvəsidir. Ərizəçi Binə qəsəbəsində 1 mərtəbəli köhnə həyət evində oğlu ilə birlikdə yaşayır. Ərizəçi əvvəllər atası Məmmədhəsən, anası Xədicəxanım ilə yaşayırdı. Məmmədhəsən 7-8 ildir rəhmətə gedib. Orada əvvəllər ərizəçinin qardaşı Maraqlı şəxs2 da yaşayıb, lakin 2015-ci ildən Suriyaya gedib itkin düşüb. Ata-anasının yasını ərizəçi öz keçirib. Uzun müddətdir ki, Məmmədhəsənin evində ərizəçi oğlu ilə birlikdə yaşayır. Onlardan başqa o evdə heç kim yaşamır. Məhkəmə tərəfləri, eyni zamanda şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 11.06.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Eyubov Maraqlı şəxs2 27.04.2018-ci il tarixdə vətəndaşlıqdan məhrum olunmuş, X6 harada qeydiyyatda olması barədə məlumat yoxdur. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən 16.04.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı X4 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “Elektron Notariat” X2 vasitəsilə “X11” AQİS-dən çıxarışdan görünür ki, 12.05.1931-ci il təvəllüdlü X8 10.11.2011-ci il tarixdə ölmüşdür. Son yaşayış yeri ünvan 1 olmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə məktub göndərilərək X4 10.11.20211-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrinin 02.02.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin qızı Ərizəçi olması barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 10.11.2011-ci ildə, X18 13.07.2019-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 atası X8, anası X12r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01.02.2021-ci il tarixli arayışının surətindən görünür ki, X8 vəfat etdiyi 10.11.2011-ci ilə qədər ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Ailə tərkibinə X18, Ərizəçi daxildir. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 çıxarışa əsasən X4 adına olub. Mübahisəli evdə mülkiyyətçidən sonra vərəsəsi Ərizəçi qalıb yaşamışdır. Hazırki iddia üzrə ərizəçi miras əmlakı uzun müddətdir faktiki olaraq qəbul edərək istifadə etdiyi üçün miras payının qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10 və 10.1-ci bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 saylı evin mülkiyyətçisi X8 10.11.2011ci ildə vəfat etmiş, vəfat edərkən mübahisəli evi, yəni ünvan 1 saylı evi heç kəsə vəsiyyət etməmişdir. Ərizəçi, atası vəfat etdikdən sonra, sonuncuya məxsus ünvan 1 saylı evdə yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. AR Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri-formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyri-formal əldə edilməsi dedikdə isə mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, X8 10.11.2011-ci ildə vəfat etdikdən sonra onun mirası olan Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 35 saylı evi heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhumun mirasının qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin miras əmlak Ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. X8 10.11.2011-ci ildə vəfat edərkən qanun üzrə vərəsə olan Ərizəçi miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnərək həmin əmlakda sahiblik hüququnu həyata keçirməsi işin məhkəmə iclasında araşdırılan halları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi tərəfindən Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 35 saylı evin qəbul edilməsi faktı müəyyən edilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di : Ərizə təmin edilsin. Ərizəçi tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilmiş hesab edilsin. Bu qətnamə notariat orqanı tərəfindən müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2991/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2991/2021
26.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver