Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-300/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili və iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı Notariat Ofisinə, Cavabdeh5 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə (müstəqil tərləb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri 32 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mirasın qəbuluna və müqavilənin etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 32 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Respublikası İN yanında ƏMDX-in DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mirasın qəbuluna və müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 miras qalmış ünvan 1nə dair birinci növbə vərəsə İddiaçı1 tam pay üzrə vərəsəlik hüququnun tanınması və buna dair müvafiq sənədlərin verilməsi 12 saylı notariat ofisinə həvalə edilməsi, 14 saylı notariusda sözügedən bağa dair imzalanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət sənədinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Bağ evinə dair 17 avqust 2017-ci il tarixdə X17 ilə Cavabdeh2 arasında 32 saylı notariat ofisində təsdiqlənmiş 4Ə-224 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh2 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair 07 sentyabr 2017-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında 14 saylı notariat ofisində təsdiqlənmiş 4Ə- 645 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh3 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair 16 may 2018-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh5 arasında ASAN 3 xidmət mərkəzinin notariat ofisində təsdiqlənmiş 4Ə-812 reyestr nömrəli alqı-satqı müqaviləsinin və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi və həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh5 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 əri, digər iddiaçıların ataları olmuş miras qoyan X17 12 iyul 2020-ci il tarixdə dünyasını dəyişmişdir. Miras qoyandan ünvan 1 miras qalmışdır. Bağa dair DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə №0905846 saylı çıxarış verilmişdir. Miras əmlak olan bağ sahəsi iddiaçılar tərəfindən faktiki qəbul edilmiş və daima bağa gedərək ora sahiblik edir. Ölüm ərəfəsində, T.Quliyev bağa dair öz iradəsinə uyğun olaraq sərəncam verməsi üçün 11 saylı notariusa müraciət olundu. Müraciət etdikdə notariusun bildirdiklərindən məlum olmuşdur ki, sözügedən bağ sahəsi başqa şəxsin mülkiyyətindədir. Belə ki, notariat ofisində elektron məlumat bazasına istinadən bildirmişdilər ki, ailə başçınızın - adına olan bağ sahəsi başqa şəxsə satılmışdır. “Elektron notariat” X1 Çıxarışdan göründüyü kimi, ünvan 1 (0,12 ha) tam olaraq 06-xx.xx.2020-ci il tarixlərdə 14 saylı notariusda cavabdeh X9 təsdiqi ilə alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Bu əqdin tərəfləri isə alıcı olaraq Cavabdeh3, satıcı isə Cavabdeh2 çıxış etmişdir. Həmin çıxarışdan o da görünür ki, qəbul olunmuş mütləq qaydaya zidd olaraq nə alıcının, nə də ki, satıcının fotoşəkli əqd sənədində əks olunmamışdır. Halbuki bağ sahəsi mərhum Tahir Quliyev tərəfindən heç vaxt özgəninkiləşdirilməmişdir. Bundan sonra dərhal Xəzər rayon Polis İdarəsinə ərizə verilmiş, məsələnin araşdırılması tələb edilmişdir ki, araşdırma bitdikdə bir daha mirasın qəbulu üçün müvafiq qaydada müraciət etmək mümkün olsun. 13 yanvar 2020-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həsən İsmayılovun 055-22954-1220 saylı məktubu poçt vasitəsilə onlara daxil olmuşdur. Həmin məktuba qoşmada İdarənin müstəntiqi, polis kapitanı Rafiq Qarayevin qəbul etdiyi 10 sentyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarı var idi. Qərara görə məsələ mülki xarakter daşıyır və s. Qərarla razılaşmayaraq bir daha 17 mart 2020-ci il tarixdə Xəzər rayon prokuroruna müraciət etmişdir. Natamam araşdırılma aparıldığından prokuror qərarı ləğv edərək yenidən obyektiv araşdırılma aparılmasına dair göstəriş vermişdir. Məsələnin araşdırılması müstəntiq Cəlal müəllim adlı polis mayoruna həvalə edilmişdir (070276-11-01). Necə araşdırma apardığını bilmirlər, lakin cəmi bir dəfə, may ayının əvvəlində iddiaçının vəkilindən qısa izahat alınmış və təxminən bir ay bundan qabaq telefonla ona zəng edib maraqlandıqda bildirib ki, yenə də rədd qərarı qəbul edib. Dəfələrlə qərarın onlara verilməsini istəsə də, bildirir ki, poçtla göndərib. Bu günlərdə əlbə-əl almışdır. Bir daha qərardan şikayət vermişlər. Bu arada 12 saylı Notariat ofisində digər əmlaka (avtomobilə) dair şəhadətnamə alınmışdır. Bağ sahəsinə dair isə şəhadətnamə verməyə 12 saylı notariat ofisi imtina etmişdir. Onu da qeyd edir ki, miras qoyanın övladları öz paylarının analarına keçməsinə dair ərizə yazmışlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi və vəkili və iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, məhkəmə baxışı zamanı edilmiş sorğuya DƏDRX tərəfindən verilmiş cavabdan görünür ki, Bağ evi mərhum X17 tərəfindən 13 avqust 2016-cı ildə 6 saylı notariat ofisində 4Ə-344 reyestr nömrəli müqavilə bağlanmaqla X5 alınmışdır. Buna dair T.M.Quliyevə 23 avqust 2016-cı ildə DƏDRX tərəfindən Çıxarış verilmişdir. Sonra, 17 avqust 2017-ci il tarixdə bağ evi X17 tərəfindən 32 saylı notariat ofisində 4Ə-224 reyestr nömrəli alqı-satqı müqaviləsi təsdiqlənməklə Cavabdeh2 satılmışdır. Sonuncuya 24 avqust 2017-ci il tarixdə çıxarış verilmişdir. Bu əqd mövcud olmayıb. Əqd 32 saylı notariatın möhürü ilə təsdiqlənsə də həmin ofisdə notarius Elgün İmanlı olduğu halda, notariusun adı X4 göstərilmişdir. Bundan başqa, 32 saylı notariat tərəfindən vəkil sorğusuna verilmiş 16 sentyabr 2021-ci il tarixli, X-1572 nömrəli cavabdan görünür ki, orada belə müqavilə rəsmləşdirilməmişdir. O da nəzərə alınmalıdır ki, müqavilədə mütləq olmalı halda tərəflərin fotoşəkilləri olmamışdır. Daha sonra, 07 sentyabr 2017-ci il tarixdə bağ evi Cavabdeh2 tərəfindən 14 saylı notariat ofisində 4Ə-645 reyestr nömrəli alqı-satqı müqaviləsi təsdiqlənməklə Cavabdeh3 satılmışdır. Sonuncuya 12 sentyabr 2017-ci il tarixdə çıxarış verilmişdir. Sonda, 16 may 2018-ci il tarixdə bağ evi Cavabdeh3 tərəfindən ASAN 3 xidmət mərkəzinin notariat ofisində 4Ə-812 reyestr nömrəli alqı-satqı müqaviləsi təsdiqlənməklə Cavabdeh5 satılmışdır. Sonuncuya 29 may 2018-ci il tarixdə Çıxarış verilmişdir. Diqqət çəkən odur ki, X19 İskəndər arasında bağlanmış 17 avqust 2017-ci il tarixli müqaviləyə görə Cavabdeh2 40.000,0 (qırx min) manat ödəmişdir. Daha sonra, 07 sentyabr 2017-ci il tarixdə, yəni 20 gün sonra Cavabdeh2 15.000,0 (on beş min) manata bağı Cavabdeh3 satır. 18 may 2018-ci il tarixdə isə Cavabdeh3 bağı 14.000,0 (on dörd min) manata Cavabdeh5 satır. Diqqət çəkən bir hal da odur ki, Cavabdeh2 xx.xx.2017 tarixdə hüquqlarının qeydiyyat nömrəsi ********* olduğu halda, ondan daha sonra xx.xx.2017 tarixdə Cavabdeh3 hüquqlarının qeydiyyat nömrəsi ********* olmuşdur. Bu da ardıcıllığa görə belə ola bilməzdi. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 14 oktyabr 2004-cü il tarixli Ne135 saylı Fərmanla təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”na görə daşınmaz əmlak vahidlərinin qeydi reyestrdə ardıcıllıqla, sıra nömrələri verilməklə nömrələnir. Onu da bir daha vurğulamalıyıq ki, Əqd 32 saylı notariatın möhürü ilə təsdiqlənsə də həmin ofisdə notarius Elgün İmanlı olduğu halda, notariusun adı X4 göstərilmişdir. Bundan başqa, 32 saylı notariat tərəfindən vəkil sorğusuna verilmiş 16 sentyabr 2021-ci il tarixli, X-1572 nömrəli cavabdan görünür ki, 17 avqust 2017-ci il tarixdə 4Ə-224 reyestr nömrəli müqavilə rəsmləşdirilməmişdir. Göründüyü kimi, məhkəmə baxışı zamanı alınan cavabdan yeni hallar üzə çıxmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Mərdəkan qəsəbəsində X25 ziyarətgahının yaxınlığında qurbanlıq qoyun satılan yerdə Hümmət və İsgəndər adlı şəxslə tanış olmuş, tez-tez onlardan qoyun alırdı. Bir gün qoyun aldığı zaman satıcı Hümmət ilə söhbəti zamanı məlum olmuşdur ki, Hümmət özünə məxsus Şüvəlan qəsəbəsində yerləşən bağ sahəsini satmaq istəyir. O, Hümmət ilə birlikdə bağ sahəsinə baxmış və torpağa dair sənədlərin də qaydasında olduğunu görüb bağ sahəsinin alqı-satqısı ilə bağlı Hümmətin atası Cavabdeh2la birlikdə notariusa gedərək alqı-satqı müqaviləsi bağlayaraq torpağı 15000 manata almışdır. Həmin torpaq sahəsində özünə bağ tikmək istəsə də, sonradan anasının xəstəliyi ilə bağlı maddi cəhətdən çətinlikləri olduğundan mübahisəli bağı 14000 manata Cavabdeh5 satmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, mübahisəli bağ sahəsini bələdiyyədə işləyən Mamed adlı şəxsdən almışdı. Belə ki, o torpaq sahəsi almaq istəyirdi və ordan burdan maraqlanıb öyrəndi ki, Bələdiyyədə işləyən Mamed adlı şəxs bu işlərlə məşğul olur. O Mamed adlı şəxsə yaxınlaşaraq torpaq sahəsini almaq istədiyini bildirdi, sonuncu ondan şəxsiyyət vəsiqəsini və 20000 min pul istədi. O, Mamed adlı şəxsə əvvəlcə 10000 manat məbləğində pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini vermişdir. Təxminən bir aydan sonra Mamed ona 93 manat dövlət rüsumunun ödənilməsini bildirmiş, o, həmin rüsumu ödəyib bu barədə qəbzi Mamedə vermişdir. Daha sonra sonuncu ona həmin bağ sahəsinə dair sənədi təqdim etdikdən sonra qalan 10000 manat məbləğində pulu da vermişdir. Qeyd olunan bağ sahəsinə dair sənədləşdirmə işləri aparılan zaman o, notariat orqanına getməmişdir. Bağ sahəsinin sənədlərini Mamed adlı şəxsdən pulla almışdır. Daha sonra mübahisəli bağ sahəsini 30000 manata Cavabdeh3 satmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Digər cavabdehlər və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi və müstəqil tərləb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 32 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Digər Cavabdeh5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Respublikası İqatisadiyyat Nazirliyi yanında ƏMDX-in DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə İddiaçı1 arasında xx.xx.1974-cü ildə nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X17 və anası İddiaçı1 olan Quliyeva Hicran Tahir qızı xx.xx.1975-ci ildə və İddiaçı2 isə xx.xx.1984-cü ildə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat Kontorunda satıcı X8 ilə alıcı X17 arasında bağlanmış xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə satıcının ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alıcının mülkiyyətinə verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli 087790 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, ünvan 1nin hüquqi sahibi X14r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə X12 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Ofisinin İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli 3934 saylı məktubda deyilir: “xx.xx.2020-ci il tarixdə vəfat etmiş əriniz X10 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəfinizdən Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət daxil olmuşdur. Ərizəniz əsasında xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və X7 daşınar və daşınmaz əmlakının vərəsəsi kimi tanınmışsınız. xx.xx.2021-ci ildə notariat ofisinə yenidən ərizə ilə müraciət edərək mərhum əriniz X10 miras qalmış ünvan 1nə dair Sizə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini istəyirsiniz. Lakin sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, həmin əmlakın üzərində məhdudiyyət və yüklülüyün olubolmaması barəsində arayışı (Forma N1) təqdim edə bilmədiyinizdən Sizə vərəsəlik şəhadətnaməsi verə bilmirik. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” İş materiallarında olan Quliyeva Hicran Tahir qızı və İddiaçı2 tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, ərizəçilər xx.xx.2020-ci ildə vəfat etmiş atası X10 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********79 reyestr nömrəli Çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən 0.12 ha ölçülü torpaq sahəsini qəbul etməmişlər, qəbul müddətini ötürmüşlər və buna dair heç bir iddiaları yoxdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, X13 ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 32 saylı Notariat Kontorunda satıcı X17 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə satıcının ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alıcının mülkiyyətinə verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı qeydiyyat nömrəli xx.xx.2017-cı il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat Kontorunda satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə satıcının ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alıcının mülkiyyətinə verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı qeydiyyat nömrəli xx.xx.2017-cı il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində satıcı Cavabdeh3 ilə alıcı Cavabdeh5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-812 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə satıcının ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alıcının mülkiyyətinə verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı qeydiyyat nömrəli xx.xx.2018-cı il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh5 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1nin hansı əsaslarla X12 adına qeydiyyata alınması və özgəninkiləşdirilməsi barədə məlumatın verilməsinə dair müraciətə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ünvan 1 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi Bakı şəhəri 6 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə reyestrdə 4Ə-344 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Bakı şəhəri 32 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə reyestrdə 49-224 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Bakı şəhəri 14 saylı Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin müqavilə satıcının ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alıcının mülkiyyətinə verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 32 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, X-1572 saylı məktubundan görünür ki, Bakı şəhəri 32 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə 4Ə-224 reyestr nömrəli alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 32 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, X-448 saylı məktubundan görünür ki, “Elektron notariat” X2 axtarış zamanı ünvan 1nə dair Bakı şəhəri 32 saylı Notariat Ofisində 2016-cı il tarixdən indiyədək X17 və digər şəxslər tərəfindən hər hansı əqdlərin bağlanması barədə məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 661 saylı məktubundan görünür ki, “Elektron notariat” X3 və müvafiq reyestr kitabına baxış keçirilmiş və ünvan 1nə dair Bakı şəhəri 14 saylı Notariat Ofisində 2016-cı il tarixdən indiyədək X17 tərəfindən notariat hərəkətinin aparılması aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 32 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, X-830 saylı məktubundan görünür ki, ünvan 1nə dair Bakı şəhəri 32 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə 4Ə-224 reyestr nömrəli al-stqı müqaviləsi rəsmiləşdirilməmişdir. Eyni zamanda bildirilir ki, Bakı şəhəri 32 saylı Notariat Ofisinin notariusu 2010-cu il tarixdən indiyədək X18r. X6 Bakı şəhəri 22 saylı Notariat Ofisinin notariusu olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/756/5-11 saylı məktubunda deyilir: “Rəsmiləşdirilmiş alqı-satqı müqavilələrinin həqiqiliyinin yoxlanılması barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, “Elektron notariat” informasiya sistemindən əldə olunmuş məlumata əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində 4Ə-224 reyestr nömrəli müqavilə rəsmiləşdirilməmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində 4Ə-645 reyestr nömrəli (mülkiyyətçi: Cavabdeh2, əldə edən: Cavabdeh3) və xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində 4Ə812 reyestr nömrəli (mülkiyyətçi: Cavabdeh3, əldə edən: Cavabdeh5) alqı-satqı müqavilələri rəsmiləşdirilmişdir. Həmçinin bildirilir ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisinin notariusu Elgün İmanlı olmuşdur. Şövkət Gülməmmədova isə həmin vaxt Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu vəzifəsində işləmişdir.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda deyilir: ” ünvan 6 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsinə dair Cavabdeh2 adına ********* qeydiyyat nömrəli deyil, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh3 adına isə ********* qeydiyyat nömrəli deyil, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məlumat üçün bildiririk ki, sözügedən reyestrdən çıxarışların təsdiq edilmiş surəti **********78 saylı, xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuşdur.” İş materiallarına əlavə edilmiş ünvan 1 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi ünvan 7lmiş 4Ə-344 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmiş 49-224 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh2 oğunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş 40-645 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şüvəlan qəsəbəsi, 0,12 hektar torpaq sahəsi olan 16/3759 saylı bağ sahəsi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş 4Ə-812 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi iddiaçının əri X12 mülkiyyətində olmuşdur. İddiaçının əri X17 12 iyul 2020ci il tarixdə ölmüşdür. Bundan sonra iddiaçı və qızları notariusa müraciət etmiş, İddiaçı1 ərindən qalan mirası qəbul etmək istəmiş, qızları isə öz paylarından imtina etmələri barədə notariusa ərizə vermişlər. İddiaçı mübahisəli bağa dair sənədləri araşdırarkən bəlli olmuşdur ki, bağ sahəsi hazırda Cavabdeh5 adınadır. Belə ki, mübahisəli bağ sahəsi xx.xx.2017-ci il tarixdə X17 tərəfindən alıcı Cavabdeh2 satılmış, sonuncu xx.xx.2017-ci ildə Cavabdeh3 satmış, sonuncu isə xx.xx.2018-ci il tarixdə Cavabdeh5 satmışdır. Bundan əlavə müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi Bakı şəhəri 32 saylı notariat ofisində rəsmiləşdirilməmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında və xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh3 ilə Cavabdeh5 arasındakı alqı-satqı müqavilələri isə rəsmiləşdirilmişdir. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X10 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16/3759 saylı bağ evinə dair birinci növbə vərəsə İddiaçı1 tam pay üzrə vərəsəlik hüququnun tanınması və vərəsəliyə dair müvafiq şəhadətnamənin verilməsinin 12 saylı notariat ofisinə həvalə edilməsi, bağ evinə dair 17 avqust 2017-ci il tarixdə X17 ilə Cavabdeh2 arasında 32 saylı notariat ofisində təsdiqlənmiş 4Ə-224 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” İnformasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh2 mülkiyyət hüquqlarına dair reyestr qeydi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair 07 sentyabr 2017-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında 14 saylı notariat ofisində təsdiqlənmiş 4Ə-645 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh3 mülkiyyət hüquqlarına dair reyestr qeydi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair 16 may 2018-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh5 arasında ASAN 3 xidmət mərkəzinin notariat ofisində təsdiqlənmiş 4Ə-812 reyestr nömrəli alqısatqı müqaviləsi və “Elektorn notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh5 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş veervere verilmiş çəıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarında olan Quliyeva Hicran Tahir qızı və İddiaçı2 İddiaçı1 qızları olmaqla, onlar tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, onların ünvan 1 ünvanda yerləşən 0.12 ha ölçülü torpaq sahəsinə dair heç bir iddiaları yoxdur. Qeyd olunanlara əsasən iş üzrə sübutlarla iddiaçılar Quliyeva Hicran Tahir qızının və İddiaçı2 mübahisəli daşınmaz əmlaka dair tələblərinin olması halı təsdiq edilmədiyindən onların iddia tələbi rədd edilməlidir. Bundan əlavə, qeyd edilməlidir ki, xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat təsdiqinin olmaması barədə notariusun məktubu, müqavilə bağlanan zaman həmin dövrdə həmin notariat orqanının notariusunun əslində başqa şəxs olması, iddiaçının özünün, yəni satıcının arvadı olan hazırki İddiaçı1 alqı-satqıya razılığının olmaması, həmin müqavilə bağlanan zaman notariat orqanında alıcı və satıcının fotoşəkilinin olmaması, həmçinin xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi arasında qısa zaman fərqinin olması faktları belə nəticəyə gəlməyə əsas verir ki, X17 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair 32 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Qeyd edilən Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə eyni zamanda iddianın mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, iş üzrə baş məsələ olan daşınmaz əmlakın alqı-satqı müqaviləsindən törəndiyindən, daşınmaz əmlakın alqı-satqı müqaviləsi isə etibarsız hesab edilməli olduğundan, mübahisəli daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmiş RX seriyalı ******* qeydiyyat nömrəli xx.xx.2017-cı il tarixli çıxarış ləğv edilməlidir. Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair 14 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış mübahisələndirilən digər xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlıq hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası tətbiq edilməlidirir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin olaraq X17 ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsə də, yuxarıda qeyd edildiyi kimi, mübahisə predmeti olan daşınmaz əmlak Cavabdeh2 ilə Cavabdeh3 arasında və Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqavilələri bağlanarkən və reyestrdə sonuncuların adına qeydiyyata alınarakən dövlət reyestrindəki qeydə inanaraq hərəkət etməklə bu zaman qeydiyyatın düzgün olmadığını bilmədiyindən, Cavabdeh3 və Cavabdeh5 tamamilə vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşdurlar. Belə olan halda Cavabdeh2 ilə Cavabdeh3 arasında və Cavabdeh3 ilə Cavabdeh5 arasında mübahisələndirilən torpaq sahəsi ilə bağlı bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Lakin əmlak hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan və X17 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququ da iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X17 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqısatqısına dair xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarış ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı1 iddia tələbi qismən təmin edilsin. X17 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-300/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-300/2022
01.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver