Məhkəmə qərarları › İş №2(003)-3006/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3006/2020

26.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3006/2020 26.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vərəsə kimi tanınma, mirasın qəbul edilməsi müddətinn uzadılması, miras əmlakda payın müəyyən edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evinə dair anaları X7 aid 1/2 hissəsinə İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsə kimi tanınmasına, miras əmlakın qəbul edilməsi müddətinin gecikdilriməsinin üzürlü sayılaraq uzadılmasına, miras əmlakın 1/2 hissəsinə İddiaçı1, digər 1/2 hissəsinə İddiaçı2 payının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evi 34 hissədə anaları X4, 1/2 hissədə qardaşımız X10 mülkiyyətindədir. X2 xx.xx.1986-cı il tarixdə, anaları X12 xx.xx.2017-ci il tarixdə, qardaşları X16 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evi miras mülkdür, qardaşları sağ olanda onlar daim həmin miras əmlakdan istifadə edirdilər, əmlakı idarə edirdilər, lakin, qardaşları Rəfi Babayev vəfat etdikdən sonra onun arvadı - Cavabdeh onları miras əmlakdan istifadə etməkdən, əmlakı idarə etməkdən məhrum etmişdir. Hazırda həmin miras əmlakla bağlı cavabdehlə aralarında mübahisə var, cavabdeh onlara miras mülkdən istifadə etməyə, əmlakı idarə etməyə, vərəsəlik hüquqlarını reallaşdırmağa imkan vermir, sənədləri gizlədir, müvafiq sənədləşdirmə işləri aparmağa mane olur. O, çalışır ki, onları miras mülkdən məhrum etsin. Ona görə də miras əmlakın anası X7 aid 1/2 hissəsinə vərsə kimi qeydə alınması, payların müəyyən edilməsi üçün Bakı şəhəri 7 saylı Notariat kontoruna müraciət etmişlər. Lakin, notariat kontoru vərəsələr arasında mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdi və məsələnin həlli üçün məhkəməyə müraciət etməyim izah olundu. Odur ki, miras əmlak - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evinə dair anaları X7 aid 34 hissəsinin İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müddətinin uzadılmasına, onun qanun üzrə vərəsə kimi tanınmalarına, miras əmlakın hissəsinə İddiaçı1, digər 34 hissəsinə İddiaçı2 payının tanınmasına dair qətnamə çıxarılmalıdır. Qeyd etmişlər ki, anaları Əminə Babayeva xx.xx.2017-ci il tarixdə vəfat edib, həmin vaxtdan onlar miras əmlakı idarə etmişlər, ondan istifadə etmişlər, ona görə də notariat orqanına müraciət etmədilər, lakin, qardaşları vəfat edəndən sonra cavabdeh tərəfindən onlar miras əmlakdan və sənədlərdən istifadə imkanlarından məhrum edilmişlər. Onlar dəfələrlə cavabdehlə danışıq apardılar ki, məsələni öz aralarındada həll etsinlər. Lakin, cavabdeh razı olmamışdır. Bu səbəbdən notariat orqanına 2020-ci ildə müraciət etmişlər. Ona görə də miras əmlakın notariat qaydasında qəbul edilməsi müddətinin gecikdirilməsi üzürlü sayılaraq uzadılmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçılar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evində uzun illərdir ki, yaşamırlar, onlar çox uzun illərdir ki, ailə qurublar, daimi yaşamaq üçün ər evinə köçüb gediblər, öz evləri var, İddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz ildırım küçəsi, döngə 4, ev 1-də, İddiaçı2 isə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 62, mənzil 61-də yaşayır. İddiaçılar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evinə həmişə qonaq kimi gəliblər, onlar heç vaxt həmin evdən öz evləri kimi istifadə etməyiblər, evi idarə etməyiblər, onların iddia ərizəsində ona qarşı göstərdikləri həqiqət deyil, əri X16 vəfat etdikdən sonra o, iddiaçıların evə gəlmələrinə mane olmamışdır. Bu göstərilənlər düzgün deyil. Əgər onlar vərəsə kimi tanınmalarını istəyirdilərsə, onlara mane olurdusa vaxtında Notariat orqanına və ya məhkəməyə müraciət edə bilərdilər. İddiaçılar analarına aid hissədən pay istəyirlər. İddiaçıların anası X12 xx xxxxx 2017-ci ildə vəfat edib, həmin tarixdən onların vərəsə kimi tanınmaları üçün kifayət qədər vaxtları və imkanları var idi. Onların Notariat və ya Məhkəmə orqanına müraciət etmələrinin qarşısını kəsməmiş, özləri müraciət etməyiblər. 3 və 6 aylıq müddəti də ötürüblər. Onun əri X16 xx xxx 2018-ci ildə vəfat edib, onun hissəsinə iddiaçılar vərəsə deyil. Hətta vərəsə olsaydılar belə yenə müddət ötürmüş sayılardı. İddiaçılar iddia ərizəsində miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzürlü sayılaraq uzadılmasını məhkəmədən xahiş edirlər. O, bu xahişə etiraz edir, düşünür ki, miras əmlakın qəbulu ilə bağlı müddətin gecikdirilməsi üzürlü sayıla bilməz, qanunda göstərilən 3 və 6 aylıq müddət uzadıla bilməz, onların müddətindən 3 il keçib, iddiaçılar müddəti heç bir üzürlü səbəb olmadan buraxıblar. Onlar məhkəmədə tutarlı üzürlü səbəb gətirə bilməzlər. Çünki, notariat və məhkəmə orqanlarının qapısı hər kəs üçün həmişə açıq olub. Onlara mane olması isə heç nə ilə sübut olunmur. Dövlət idarələrinə onların getməsinə heç kəs mane ola bilməzdi. Hüquqlarını həyata keçirməyə bu müddət ərzində onlara heç kim mane olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirdi ki, iddiaçılar onun bibisi qızlarıdır. O, onların hasar qonşusudur. Rəsmiyyə evə tez-tez gəlib getmmişdir, Rəfiqə isə hərdənbir gəlirdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 bildirdi ki, iddiaçılar onun dayısı qızlarıdır. Onlar evə hərdənbir gəlib-getmişlər. Ərdə olduqları üçün öz evlərində yaşamışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirdi ki, o, 30 ildir Əhmədlidə yaşayır. Lakin qohumlarını görmək üçün Mərdəkana gəlib-getmişdir. Rəsmiyyə 8-ci kilometrdə yaşayır. O, Mərdəkana gələndə Rəsmiyyədə anasını görməyə gəlmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 bildirdi ki, iddiaçıların bibisi qızıdır. O, həyət babasına məxsus olmuşdur. Anası xəstə olanda Rəsmiyyə ona qulluq etmişdir. Şəfaqət ərinin qırx mərasimindən sonra həmin evə buraxılmayıb. Rəsmiyyə qardaşı Rəfi sağ olanda evlərinə gəlib qalmışdır. Üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsi olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X15, anası X9r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X15, anası X9r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1986-cı il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisinin iddiaçılara ünvanlanmış məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi, 50 mərhumun digər vərəsələri ilə aralarında pay bölgüsünə dair mübahisə yarandığı üçün və Azərbaycan Respublikası 1246-cı maddəsinə əsasən (qanunla müəyyən olunmuş müddət ötürüldüyündən) onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkan xaricində olması bildirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsində təsbit edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən müddəalara əsasən iddiaçılar miras qoyan X4 vərəsəsi kimi mirasın açıldığı onlaraa bəlli olduğu andan yenə qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idilər. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. İşin hallarından görünür ki, iddiaçılar notariat kontoruna mirası qəbul etmək barədə müddəti ötürməklə müraciət etmişlər. Beləliklə, mirasın açıldığının onlara bəlli olmasına və buna dair hər hansı maneənin olmamasına baxmayaraq iddiaçılar notariat kontoruna mirası qəbul etmək barədə ərizələri qanunla müəyyən edilmiş müddətlər ərzində verməmişdir. Notariat orqanına mirasın qəbulu barədə ərizələrin verilməməsinin üzürlü səbəbləri barədə iddiaçılar tərəfindən hər hansı sübut təqdim olunmamışdır. İşin hallarından həmçinin görünür ki, iddiaçılar miras əmlakı faktiki olaraq da qəbul etməmişlər. Miras əmlakın faktiki olaraq qəbul edilmədiyi ilk növbədə iddiaçıların özlərinin izahalarıtı ilə də təsdiq olunur. Belə ki, İddiaçı1 verdiyi izahatda göstərmişdir ki, o anasının evinə ona baş çəkmək üçün aradabir gedib-gəlmişdir. Bunu iş üzrə ifadə vermiş şahidlərdə ifadələrində qeyd etmişlər. İddiaçı2 verdiyi izahatda göstərmişdir ki, qardaşları sağ olanda o həmin miras əmlakdan istifadə etmiş, yay aylarında bir aydan çox orada yaşamaqla əmlakı idarə etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hazırki halda isə qeyd edilənlənlərin edilməklə müras əmlakın faktiki olaraq qəbul edilməsi təsdiqini tapmır. Beləliklə, iddiaçılar tərəfindən iddia ərizəsində bildirilənin əksinə olaraq onların miras qoyanın vəfatından sonra miras əmlakı faktiki qəbul etdikləri sübut edilmir. Belə ki, mirasın qəbuluna dair hərəkətlər isə özündə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamağı və bununla da mirasın qəbul edildiyinin şəksiz nümayiş etdirilməsini ehtiva edir. İddiaçılar tərəfindən belə məzmunlu hər hansı hərəkətlər edildiyi iş materialları ilə təsdiq olunmur. Arabir həmin əmlakda müvəqqəti olaraq qalmaq isə yuxarıda qeyd edilən hərəkətlkərin edilmiş hesab olunması kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçılara buna dair hər hansı maneçilik yaradıldığı iş materialları ilə təsdiq olunmur. Əvvəla iddiaçılar özlərinin anaları öləndən sonra ora gedib-gəlmələrini qeyd etməklə yalnız qardaşları öləndən sonra həmin əmlakdan istifadələrinə cavabdehin mane olmasını qeyd etmişlər. Yəni, miras əmlakın faktiki qəbulu üçündə hər hansı məhdudiyyət olmamamışdır. Bununla yanaşı, belə bir maneə olmuş olsaydı belə, hazırki ərizə ilə məhkəməyə müraciət edənədək belə maneənin mövcudluğu və onun aradan qaldırılması ilə bağlı hər hansı orqana müraciət etməmişlər. Odur ki, miras əmlak onlar tərəfindən faktiki olaraq da qəbul edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi müddətinn uzadılması, vərəsə kimi tanınma, miras əmlakda payın müəyyən edilməsi barədə iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar