Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3057/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Müəssisəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması, işə bərpa və bu günədək ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Türkan "xxxx" Kiçik Müəssisəsiə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Türkan "xxxx" Kiçik Müəssisəsi tərəfindən ona dair əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunaraq işə bərpa olunmağım və bu günədək ödənilməmiş əmək haqqlarının mənə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası 1993-cü ildən : "xxxx" Kiçik Müəssisəsini almış və həmin vaxtdan da həmin müəssisənin direktoru vəzifəsində işləmişdir. 1997-ci ildən də o, həmin müəssidə işə qəbul olunmuşdur. Belə ki, ilk əvvəl müəssisədə sahə rəisi və sonradan həmin müəssisənin direktor müavini vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir əmək nizam-intizam qaydaların pozmamış və nümunəvi işçi olmuşdur. Lakin atası X17 oglu xx.xx.2019cu ildə onun əsaslı ehtimallarına görə faktiki olaraq ər-arvad kimi yaşadığı X9 tərəfindən qəsdən öldürüldükdən sonra X9 özünün həmin müəssisəyə qanunsuz olaraq direktor vəzifəsinə təyin olunmasına nail olmuşdur. X1 "xxxx" Kiçik Müəssisəsinə direktor vəzifəsinə təyin olunduqdan sonra ona qarşı tam qərəzli mövqe tutmuş və müxtəlif bəhanələrlə onu həmin müəssisədən kənarlaşdırmağa çalışmışdır. Atası öldürüldükdən sonra atasının 40 hüzür mərasimi başa çatmamış X9 ona qarşı qeyri-qanuni qərəzli hərəkətlər törətməyə, hüquqazidd hərəkətlər etməyə başladı ki, bunda məqsəd onu həmin müəssisədən kənarlaşdırmaq olmuşdur. Belə ki, işə gedən zaman X9 onu işə buraxmamış və hətta özünü idarə etdiyi "Niva " markalı maşınının qabağına ataraq qışqıraraq, üstünə hücum çəkib üz-gözünü cırmağa çalışmış və bir də "sən bir də buralara gəlmə, bu müəssisə mənimdir" dedi. Lakin buna baxmayaraq o, atadan miras qalmış bu müəssisəyə bir işçi olaraq gedib-gəlmişdir. Lakin bu yaxınlarda məlum oldu ki, o, qanunsuz olaraq guya öz təşəbbüsü ilə işdən çıxarılmışdır. O, öz hüquqlarının bərpası məqsədilə hüquqlarının müdafiəsi üçün müqavilə bağladığı Bakı şəhər 20 saylı vəkil bürosunun vəkili X2 vasitəsilə Türkan "xxxx" Kiçik Müəssisəsinə xx.xx.2022-ci vəkil sorğusu ilə müraciət edərək həmin müəssisədə işləyib-işləməməyi, işləmişsə hansı vəzifələrdə işləməyi haqqında rəsmi məlumatın, işlədiyi müddət ərzində aylıq əmək haqqına dair cədvəldən çıxarışın, əgər işdən çıxanmışsa bu barədə əmrin təsdiq olunmuş surətinin, o cümlədən Türkan “Şüvəlandaşı" Kiçik Müəssisəsinin nizamnaməsinin təsdiq olunmuş surətinin verilməsini xahiş etmiş, lakin bu günədək həmin müəssisə tərəfindən Azərbayacn Respublikası "Vəkillər və vəlillik fəaliyyəti haqqında " Azərbaycan Respublikası qanununun 15-ci maddəsinin tələbləri pozularaq mənə heç bir rəsmi cavab verilməmişdir. Belə ki, həmin müraciət verildikdən sonra ona qanunla müəyyən olunmuş müddət ərzində cavab verilməsi müddəti keçməsinə baxmayaraq o, öz vəkili Mehdi Hüseynzadə ilə birlikdə sorğunun cavabının alınması üçün 2022-ci ilin may ayında müəssisəyə getmişlər. Həmin vaxt onlar özünü müəssisənin əməkdaşı kimi təqdim edən Abbas adlı şəxsə yaxınlaşmışlar və həmin şəxsdən vəkil sorğusuna cavabın verilməməsini və buna görə də həmin sənədlərin rəsmi qaydada təqdim olunmasını xahiş etmişlər. Bu vaxt Abbas adlı şəxs orada olan bir maşından onun işdən çıxarılmağına dair Müəssisənin möhürü və direktorun imzası ilə təsdiqlənmiş əmri onlara təqdim etdi. Lakin vəkili həmin əmrin rəsmi qaydada təqdim olunmasını xahiş etdi. Bu zaman Abbas adlı şəxs həmin əmri geri alaraq bildirdi ki, onda o, “direktor X9 ilə əlaqə saxlayaram və həmin sənədlər tam şəkildə hazır olan kimi sizə xəbər verərəm gəlib götürərsiniz” dedi. Bu səbəbdən də onunla razılaşmış və xahiş etmişlər ki, onsuz da bu sənədlərin verilməsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşlər, odur ki, onlara tez bir zamanda məlumat versinlər. Lakin bundan sonra yenə də həmin sənədləri onlara təqdim etməmişlər. Odur ki, həmin sənədləri rəsmi qaydada əldə edə bilmədiyindən məhkəmə vasitəsilə alınması zərurəti də yaranmışdır. Həmin vaxt onlara təqdim olunmuş əmrdən də görünürdü ki, guya o, Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinə (işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) əsasən işdən azad olunmuşdur. Lakin həmin əmr tam qanunsuzdur. Belə ki, o, heç vaxt işdən azad olunmağına dair ərizə ilə müraciət etməmişdir. Bu da bir daha təsdiq edir ki, onu qanunsuz olaraq saxta əmrlə işdən azad etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" müəssisəsinin direktoru X3 nümayəndəsi və vəkili X12 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı ataşı “Şvəlandaşı” müəssisəsinin direktoru olub. O, 2015-ci ildə iddiaçını öz ərizəsi əsasında işdən çıxarıb. Halhazırda həmin müəssisə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X3 mülkiyyətinə keçmişdir. Həmin müəssisədə mülkiyyətçi dəyişildiyindən bəzi sənədlər, onlarda mövcud deyildir. O, iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə təqdim edərək məhkəməyə bildirdi ki, iddiaçı "xxxx" müəssisəsində işləməsinə dair hər hansı aidiyyəti sənədi məhkəməyə təqdim etməmişdir. "xxxx" müəssisəsi 2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmış və müəssisənin təsisçisi və direktoru X9 olmuşdur. İddiaçı hazırkı iddia ərizəsi ilə "xxxx" müəssisəsindən işə bərpa olunması və bu günədək ödənilməmiş əmək haqqının ödənilməsini tələb edir. Qeyd olunan dövr ərzində İddiaçı "xxxx" müəssisəsində işləməmiş, onun barəsində hər hansı əmr mövcud olmamışdır. İddiaçı əvvəllər "xxxx" kiçik müəssisəsində mərhum atası Rəşid Quliyev tərəfindən işə götürülmüşdür. İddiaçı hazırkı iddia ərizəsində işə bərpa olunması ilə bağlı müddəti üzrsüz səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Qüvvədə olan Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinn həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi İddiaçı uzun müddət bundan əvvəl işdən azad olunmuş, ötən müddət ərzində bu müəssisədə işləməmiş, əmək haqqı almamış və üzrsüz səbəbdən iddia müddətini buraxmışdır. Cavabdeh Türkan "xxxx" Kiçik Müəssisəsinin direktoru və X9 etirazında bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirməmiş və iş üzrə olan sənədlərlə təsdiqini tapmamışdır. Belə ki, İddiaçı xx.xx.2005-ci il tarixdə müəsisənin rəhbəri, atası Rəşid Quliyevin 2 nömrəli əmri ilə "xxxx" kiçik müəssəsinə müdir müavini vəzifəsinə qəbul edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə 19 nömrəli əmr ilə müəssisənin müdiri olmuş atası mərhum Rəşid Quliyevin Azərbaycan Respublikasının Əməmk Məcəlləsinin 68/2a bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra iddiaçı atasının müəssisəsinə gəlib-getsə də, rəsmi qaydada işə qəbul edilməmişdir. "xxxx" kiçik müəssisəsinin direktoru X13 xx.xx.2019-cu il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. O, 2006-cı ilin may ayının 24-də X13 ilə nikaha daxil olmuşdur. Hazırkı İddiaçı mərhum ərinin əvvəlki arvadından olan oğludur. X18 ölümündən sonra işləməyən və tam dağılmış şəkildə olan muəsisənı qeydiyyatdan keçirərək, onu yenidən qurmuş və 23 fevral 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında müəsisəni idarə etməyə başlamışdır. Müəsisə 100% pay hüququ əsasında "xxxx" müəsisəsi adı ilə **.03.2021-ci il tarixdə 2 saylı ərazi vergilər baş idarəsi tərəfindən qeydiyyata alınmışdır. Hazırda o, öz vəsait hesabına aldığım avadanlıq və texnikalarla müəsisəni idarə edir. İddia ərizəsində İddiaçı göstərmişdir ki, guya işlədiyi müddətdə heç vaxt nizam-intizam qaydalarını pozmamış və nümunəvi işçi olmuşdur. Halbuki, iddiaçı dəfələrlə atasının sağlığı dövründə müəsisədən oğurluqlar etmiş, bütün bunların nəticəsi olaraq atası onu, xx.xx.2015-ci il tarixdə məcbur olaraq öz xahişi ilə işdən azad etmişdir. İddiaçı bununla kifayətlənməyərək bir neçə dəfə müəssisədən avadanlıqlar oğurlamış, lakin aralarında olan ciddi münaqişəyə baxmayaraq onun barəsində müvafiq hüquq-mühafizə orqanlarına şikayət etməmiş, kifayət qədər güzəştlər etmişdir. Lakin İddiaçı öz qanunsuz əməllərindən çəkinməmiş, xx.xx.2021-ci il tarixdə növbəti dəfə müəssisəyə məxsus 10000 manat dəyərində olan avtokranı onun xəbəri olmadan gizli olaraq oğurlayıb satmışdır. Bu barədə o, Xəzər RPİ-nin 1-ci PŞ-nə şikayət etmiş, araşdırma nəticəsində bu fakt müəyyən edilsə də, ona güzəştlər edilərək barəsində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı, onun barəsində müxtəlif instansiyalara əsassız şikayətlər etmiş və göstərmişdir ki, guya o, əri Rəşid Quliyevi qəsdən boğaraq öldürmüşdür. Heç bir əsası olmayan və heç bir subutla təsdiq edilməyən bu qərəzli şikayət dəfələrlə araşdırılmış və öz təsdiqini tapmamışdır. İddiaçı bütün bu qanunsuz və qərəzli hərəkətlərinə baxmayaraq ona dəfələrlə təklif etmişdir ki, müəsisənin ərazisində hər hansı bir yerdə, müvafiq avadanlıqlar almaqla daş istehsal etməsinə icazə verir. Lakin, iddiaçı onun bütün təkliflərini rədd etmiş və kifayət qədər vəsait xərclədiyi və yenidən quraraq qeydiyyatdan keçirdiyi müəsisəyə əsassız və qərəzli iddialar irəli sürmüşdür. Onun rəhbərliyi altında İddiaçı heç vaxt rəsmi olaraq işləməmiş, hərdən yanına gələrək vəziyyətinin ağır olduğunu, ona maddi köməkliklər göstərməyini xahiş etmişdir. O da imkanı çatan qədər iddiaçıya maddi köməkliklər göstərmişdir. Lakin İddiaçı onun bu yaxşılıqlarını nəzərə almamış, barəsində müxtəlif təşkilatlara əsası olmayan şikayət ərizələri göndərmiş, ayrı-ayrı şəxsləri müəsisəyə göndərərək orada iş rejimini pozmağa çalışmış və müəsisədə təşkilatçılığı ilə bir dəfə cinayət hadisəsi baş vermişdir. İddiaçı "xxxx" müəssisəsinə qarşı iddia tələbi tam əsassızdır və təmin edilə bilməz. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, Quliyev X4 k/m-yə xx.xx.2005-ci il tarixdə qəbul edildiyi müdir müavini vəzifəsindən xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68/2a bəndinə əsasən öz xahişi ilə azad edilmişdir (xx.xx.2015-ci il tarixli 1 nömrəli əmr əsasında). İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, X3 İddiaçı barəsində müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, X3 İddiaçı barəsində müraciəti əsasında toplanmış material aidiyyəti üzrə Xəzər rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X8 vərəsəsi X5r və o miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak AR Vergilər Nazirliyi Kommersiya Qurumunun 2 saylı Ərazi Vergiləri Departamenti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixində qeydiyyat nömrəsi 1545, reyestr nömrəsi **********470600, hüquqi ünvanı:AZ0100, Abşeron rayonu, X**, VÖEN: ********** Şüvəlandaşı Müəssisəsində olan nizamnamə kapitalının məbləği 100 manat, nizamnamə kapitalının məbləği 100 manat 00 qəpik, nizamnamə kapitalındakı payı 100 pay, nizamnamə kapitalındakı faizi 100% olan paydan ibarətdir. İş materiallarında olan **.03.2021-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, "xxxx" Müəssisəsinin nizamnamə kapitalındakı 100% payı X6 məxsusdur. İş materiallarında olan cavabdeh Bakı şəhəri cavabdeh "xxxx" müəssisəsinin direktoru X3 nümayəndəsi və vəkili X7 idia müddətinin tətbiqi barədə xx.xx.2022-cı il tarixli ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia müddətini ötürüldüyündən, iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş edir. Beləliklə, işin həqiqi halları, tərəflərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən şəxsi ərizəsi nəzərə alınmaqla xx.xx.2015-ci il tarixli əmrlə ləğv edilsə də, həmin vaxt iddiaçının belə bir ərizəsi olmamışdır. Belə ki, cavabdeh tərəf idiaçının öz ərizəsi əsasında işdən azad olunduğunu qeyd etsədə həmin ərizə məhkəməyə təqdim olunmadı. Həmin ərizənin məhkəməyə təqdim olunmamasının səbəbi kimi müəssisənin mülkiyyətçisinin dəyişməsi və həmin sənədlərin cavbdehdə mövcud olmaması ilə əsaslandırılmışdır. Göründüyü kimi, əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Qeyd edilən Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla ləğv edilmişdir. Belə ki, cavabdeh təşkilat iddiaçı ilə aralarında olan əmək müqaviləsinin onun ərizəsi əsasında ləğv olunduğunu bilirsədə buna dair məhkəməyə sübutlar təqdim edilmədi. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdeh müəssisə iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Lakin, işin materiallarından da aşkar surətdə göründüyü kimi, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, İddiaçı əmək müqaviləsinin ləğv edildiyini bildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, iddiaçı hüqununun pozulmasını **.05.2022-ci il tarixdə (iddia ərizəsində də özü tərəfindən etiraf edilir) bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh "xxxx" müəssisəsinin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh “Şüvələndaşı” müəssisəsinin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının 2015-ci il tarixli əmrə əsasən işdən azad olunmasından sonra keçən 7 ildən artıq vaxt ərzində bundan xəbərsiz olması ağlabatan hesab olunmur. Həmin dövr ərzində tərəflərin müəyyən müddət münasibətlərinin pozulmadığı vaxtlarda işə gəlib-getdiyini hesab etsək belə, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi və təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi barədə qərarlardan görünür ki, onlar arasında münaqişə artıq 2020-2021-ci illərdə mövcud idi. Bu isə ən geci 2021-ci ildən iddiaçının işə getmədiyinə dəlalət edir. Həmçinin iddiaçı özü də izahatında bildirir ki, 2022-ci ilin may ayında cavabdeh müəssisəyə getdikdə orada ona işdən çıxarılma barədə əmr təqdim olunmuş, lakin o, əmri qəbul etməkdən imtina edərək həmin əmrin ona rəsmi qayadada verilməsini bildirmişdir. Yəni iddiaçı 2022-ci ilin may ayından əmək qanunvericiliyinin müvafiq maddəsi ilə işdən çıxarılmasından xəbərdar olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iş üzrə iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Türkan "xxxx" Kiçik Müəssisəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması, işə bərpa və ödənilməmiş əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3057/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3057/2022
21.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver