Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3069/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəməiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi ərizəsində ünvanının ünvan 1şdir. Lakin, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən müəyyən edilir ki, Aslanlı X2 rayonu Kalinovka kəndində qeyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu X3 tərəfindən verilmiş 7*4 saylı *5.08.2022-ci il tarixli arayışdan görünür ki, Aslanlı X* rayonu Yeni Suraxanı qəsəbəsi *4 iyul küçəsi *9 nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Göründüyü kimi, ərizəçinin nə qeydiyyat ünvanı və faktiki yaşayış yeri Bakı şəhəri Xəzər rayonu ərazisində deyildir. Ərizəçi Bakı şəhəri Xəzər rayonu ərazisində yaşamadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin mövcud ərizəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud ərizələr ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 309.*-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr şəxsin yaşadığı yer üzrə məhkəməyə təqdim olunur. Ərizəçi ərizəsində poçt ünvanını (faktiki yaşadığı ünvanı) ünvan 3ə də yaşadığı ünvanını (Xəzər rayonunda yaşamasına dair) təsdiq edən sənədləri ərizəsinə əlavə etməmişdir. Həmin Məcəllənin 40.*-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin *52.*.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin *5*.*-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in *52, 263-264, 268ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəməiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan *0 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3069/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3069/2022
26.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver