Məhkəmə qərarları › İş №2(003)-3076/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3076/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3076/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili İsgəndərov Abdulla İsbəndiyar oğlunun, Cavabdeh1 və onun vəkili X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Cümşüd qızı ilə Cavabdeh3 və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Buzovna Tərəvəzçilik-südçülük sovxozunun 11 noyabr 1993-cü il tarixli, 78\k saylı əmri ilə işçilərin yaşayış sahəsini yaxşılaşdırmaq məqsədi ilə Cavabdeh2 Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 0,010 ha həyətyanı torpaq sahəsi ayrılmış Abşeron Rayon İcra Hakimiyyətinin 770 saylı 22 noyabr 1993-cü il tarixli sərəncamı ilə verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. O və həyat yoldaşı həmin torpaq sahəsində öz vəsaitlərilə 3 otaqlı kürsülü ev tikmişlər və orada qaynata və qaynanasilə birgə yaşamışlar. Həyat yoldaşı Qazaxıstan vətandaşı olduğuna görə torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Həyat yoldaşı 1997-ci ildə vəfat etmişdir. Həmin vaxt qaynana-qaynatası pensiyaçı olduna görə həmin evi tikmək imkanında olmamışdır. Onlar bir müddət Qazaxıstan Respublikasında işləyib qazandıqları vəsait hesabına həmin evi tikmişlər. Buzovna Tərəvəzçilik və Südçülük Sovxozunun 11 noyabr 1993-cü il tarixli 78\k əmri ilə həmin müəssisədə işləyən işçilərə yaşayış sahəsini yaxşılaşdırmaq məqsədi ilə 0,010 hektar torpaq sahəsi ayrılmışdır. Qayananası Cavabdeh2 isə həmin müəssisədə bir gün də olsun işləməmişdir. Belə olan halda qaynanasının adına sərəncam verilməsi qeyrimümkündür. Qaynanası həmin evi qeydiyyata aldırarkən maraqlı tərəf olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs təqdim olunmuş sənədləri hər tərəfli araşdırmadan həmin evə müvafiq olaraq çıxarış vermişdir. İstinad olunanlardan tam aydın olunur ki, Cavabdeh2 adına verilmiş çıxarış tam qanunsuzdur. Sonradan Cavabdeh2 evi formal olaraq Cavabdeh3 satmışdır. O isə öz növbəsində həmin evi təkrarən çox qısa bir müddət ərzində Cavabdeh2 qızı, onun baldızı, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə satmış və müvafiq olaraq adına xx.xx.2021-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi olan çıxarış vermişdir. İş üzrə cavabdehlərin məqsədi onu və iki azyaşlı qızını həmin evdən çıxarmaqdır. Belə ki, Cavabdeh2 ilə X5 onu iki azyaşlı qızının və evdə müvəqqəti yaşayan atası İsmayılın və qardaşı Fəzailin evdən çıxarılması barədə iddiaları Xəzər rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli, 2(003)- 7489/2016 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qardaşı və atasının evdən şıxarılması qət edilmiş, onun və iki azyaşlı qızlarının evdən çıxarılması hisəssində təmin edilməmişdir. Sonradan yenə həmin şəxslər ona və iki azyaşlı qızlarilə evdən çıxarılma və başqa evə köçürülmə tələbi ilə Xəzər rayon Məhkəməsinə iddia vermiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-300\2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmənin həmin tarixli həmin saylı qərardadı ilə evdən çıxarılma hissəsinə xitam verilmişdir. Bütün bunlardan sonra cavabdehlər yuxarıda qeyd etdiyi kimi formal olaraq evi özgəninkiləşdirmişlər və yenidən Cavabdeh1 adına rəsmiləşdirmişlər. Yuxarıda göstərlənlərlə tam aydın olur ki, Cavabdeh2 qeyd edilən müəssisədə işləmədiyi, evi tikmədiyi halda onun iki azyaşlı uşağı ilə evdən çıxarmaq məqsədi ilə belə qanunsuz hərəkətlər etmişdir. Göründüyü kimi Cavabdeh2 ilə Cavabdeh3 eyni ilə Cavabdeh3la Cavabdeh1 bağlanmış müqavilələr formal olaraq görünüş bağlanmış uydurma əqdlərdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, digər Cavabdeh2 qızıdır. Mübahisəli torpaq sahəsi anasına sərəncamla ayrılmışdır. Mübahisəli torpaq sahəsi və ev xüsusi mülkiyyət hüququ əsasında anasına məxsus olmuşdur. onrada anası mübahisəli əmlakı Cavabdeh3 satmışdır. O, anasına məxsus evin başqasında qalmasını istəmədiyindən həmin həmin evi Cavabdeh3 alqı-satqı müqaviləsi əsasında almışdır. İddia tələbinin əsassız olduuğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili X6 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədi. Etirazını onunla əsaslandırdı ki, mübahisəli torpaq sahəsi 1993-cü ildə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ona ayrılmışdır. O, ö0z əmlakı üzərində sərəncam verərək özgəninkiləşdirmişdir. İddiaçının tələbi əsassızdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 7499/2016 saylı 30 dekabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X2 və X1 Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 770 saylı 22 noyabr 1993-cü il tarixli sərəncamından çıxarışa əsasən həmin sərəncamla Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 1993-cü il tarixli 588 saylı Sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə 150 ailə üçün 15 ha həyətyanı torpaq fondu, 3 ha küçə altına cəmi 18 ha torpaq sahəsinin ayrılması və X3 0.10 ha torpaq sahəsinin verilməsi haqqında sovxozun 11 noyabr 1993-cü il tarixli 78/K saylı əmri nəzərə alınaraq vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.10 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçılar Cavabdeh2 və X5 həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Cavabdeh İddiaçı ilə iddiaçıların oğulları X11 04 mart 2011-ci il tarixdə nikahlarını bağlamışlar. Cavabdeh İddiaçı bir müddət əri ilə birgə Qazaxıstan Respublikasında yaşadıqdan sonra qayıdıb Bakı şəhərinə gəlmiş, həmin vaxtdan iddiaçılar tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən mübahisəli evə yerləşdirilmişdir.Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş AN-İ № ******* xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 117,9 kv.m. olan fərdi yaşayış evini Cavabdeh1 satmışdır. İddianın mahiyyətindən görünür ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin Cavabdeh2 ayrılmasının formal xarakter daşıdığını, torpaq sahəsinin mərhum həyat yoldaşına məxsus olduğunu, orada yerləşən fərdi yaşayış evinin onlar tərəfindən inşa edildiyini əsas gətirərək, həmin daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli torpaq sahəsinin Cavabdeh2 ayrılması, orada yerləşən tikilinin cavabdeh və onun mərhum həyat yoldaşı ilə birlikdə inşa edilməsi iş materialları və işdə olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunur. Bundan əlavə, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə ayrılmışdır. Cavabdeh2 torpaq sahəsi ayrılmasına dair sərəncamın və onun əsasında verilmiş çıxarışın mötəbərliyi mübahisələndirilmir. Cavabdeh2 sovxozun işçisi olmaqla torpaq sahəsi əldə etməsində formallıq ağlabatan olmamaqla yanaşı, iddiaçı öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahələri üzərində hüquqların yaranması əsasları qanunla konkret müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, iddiaçı mənimsənildiyini iddia etdiyi torpaq sahəsi üzərində öz hüquqlarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə araşdırılarkən ilk növbədə iddiaçının özünə aid olduğunu və cavabdehlər tərəfindən qanunsuz və əsassız olaraq özgəninkiləşdirildiyini irəli sürdüyü torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarının mövcudluğu müəyyən edilməlidir. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi deyildir. Ona görə ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar işdə iştirak edən şəxslərin izahatları, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə, məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunmadığından, iddiaçının mövcud iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından, o, mövcud tələblə çıxış etmək hüququna da malik deyildir. Odur ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının mübahisəli evə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyi isə evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan evə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən alqı-satqı müqavilələrinin etibarsızlığı tələbi irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və işin məhkəmə iclasında tədqiq olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi”nə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar