Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3080/2021 06.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Cəfərova (Məmmədli) Ayşə Tahir qızına qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsitələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Cəfərova (Məmmədli) Ayşə Tahir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəfərova (Məmmədli) Ayşə Tahir qızından 17-AZ- 1-0-3330-13 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 9124,0 manat məbləğində pul və ödənilmiş 30,0 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29.07.2013-cü il tarixdə «Nikoyl» İKB-nin 6 saylı filialı ilə Cəfərova (Məmmədli) Ayşə Tahir qızı arasında 17-AZ-1-0-3330-13 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən Cəfərova (Məmmədli) Ayşə Tahir qızına 36 ay müddətinə, illik 21 % olmaqla 9900,0 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı 2012-ci il buraxılışlı, “Renault Tondar” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1190775 ban, qara rəngli avtomobilin alınması olmuşdur.Verilmiş kreditin təminatı olaraq “Renault Tondar” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmçinin kreditin təminatı olaraq «Nikoyl» İKB-nin 6 saylı filialı ilə borclu Cəfərova (Məmmədli) Ayşə Tahir qızı və zamin İddiaçı MMC arasında 28.12.2013-cü il tarixli 17-AZ- 1-0-3330-13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün, həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürülmüş və zamin İddiaçı MMC öz hesabından borclunun Banka ödənilməli olan borcundan silinməsinə dair razılıq verilmişdir. Nəticədə İddiaçı MMC tərəfindən borcalan Cəfərova (Məmmədli) Ayşə Tahir qızının 29.07.2013-cü il tarixli 17-AZ-1-0-3330-13 saylı Kredit Müqaviləsi üzrə Banka ödəməli olan borcundan 9124,0 manat məbləğində ödəniş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2919/2019 saylı, 02 oktyabr 2019cu il tarixli qiyabi qətnaməsi ilə Cəfərova (Məmmədli) Ayşə Tahir qızından İddiaçı MMC-nin xeyrinə 9124,0 manat məbləğində borc, ödənilmiş 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 9154,0 manat tutulması qət edilmişdir. Cavabdeh Cəfərova (Məmmədli) Ayşə Tahir qızı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2919/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qiyabi qətnaməsinin ləğv olunub, mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3080/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2919/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Cəfərova (Məmmədli) Ayşə Tahir qızı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onunla «Nikoyl» İKB-nin 6 saylı filialı arasında 29 iyul 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilə onun adına olsada həmin vəsaitdən onun əri istifadə etmişdir. Qeyd olunan avtomobil onda deyil. Əri indi həbsdədir. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan kreditor “Nikoyl” İKB-nin 6 saylı filialı ilə borcalan Cəfərova (Məmmədli) Ayşə Tahir qızı və zamin İddiaçı MMC arasında 29.07.2013-cü il tarixdə bağlanmış 17-AZ-1-0-3330-13 saylı müqavilənin surətindən görünür ki, zamin kreditor qarşısında borcalanla kreditor arasında bağlanmış 29.07.2013-cü il tarixli 17-AZ-1-0-3330- 13 saylı kredit müqaviləsində irəli gələn öhdəliyin icra edilməsi üçün bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir. İş materiallarında olan 09.09.2019-cu il tarixli 2811 saylı və 19.09.2019-cu il tarixli 09-097 saylı arayışlardan görünür ki, zamin İddiaçı MMC tərəfindən 29.07.2013-cü il tarixli 17-AZ-1-0-3330-13 saylı zaminlik müqaviləsi üzrə Cəfərova (Məmmədli) Ayşə Tahir qızının 17-146709-1 hesabına ümumilikdə 9124,0 manat məbləğində ödəniş həyata keçirilmişdir. Hal-hazırda Cəfərova (Məmmədli) Ayşə Tahir qızınun İddiaçı MMC-yə borcu 9124,0 manat təşkil edir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cəfərova (Məmmədli) Ayşə Tahir qızı üçün ümumilikdə 9124,0 manat pul ödənilmişdir. İş materiallarında olan 08.07.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmişdir. Göründüyü kimi, cavabdehin kredit öhdəliyinin bir hissəsinin zamin, yəni hazırki iş üzrə iddiaçı olan İddiaçı MMC tərəfindən icra edilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ödədiyi məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh Cəfərova (Məmmədli) Ayşə Tahir qızı kredit müqaviləsi üzrə «Nikoyl» İKB-yə olan borcu qaytarmamaqla bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da bank qarşısında olan Cəfərova (Məmmədli) Ayşə Tahir qızının pul öhdəliyini üzərinə götürmüşdür. Buna görə də Cəfərova (Məmmədli) Ayşə zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, İddiaçı MMC cavabdeh Cəfərova (Məmmədli) Ayşə ilə birlikdə «Nikoyl» İKB qarşısında birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1 -ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Hazırki halda cavabdeh borcunu ödəmədiyindən, iddiaçı zamin kimi cavabdehin əvəzinə öhdəliyi icra etdiyindən, cavabdehdən kreditora ödənilmiş məbləği tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30,0 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Cəfərova (Məmmədli) Ayşə Tahir qızından 9124,0 manat və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat, cəmi 9154,0 (doqquz min bir yüz əlli dörd) manat alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Cəfərova (Məmmədli) Ayşə Tahir qızından 9124,0 manat və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat, cəmi 9154,0 (doqquz min bir yüz əlli dörd) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3080/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3080/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver