Məhkəmə qərarları › İş №2(003)-310/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-310/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-310/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7.000 manat məbləğində pul vəsaitin və ödənilmiş 90 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, o istifadə etdiyi BMW 318 markalı, 1994-cü buraxılış ili olan **-RO-*** qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə hissə-hissə ödəniş etməklə Cavabdeh satmağa razılaşmışlar. Bu səbəbdən Cavabdeh xx.xx.2024-cü il tarixində 7E-4440 reyestr nömrəli “avtomobili idarə etmək üçün” etibarnamə vermişdir. Avtomobilin ümumi dəyəri 7.500 manat razılaşdırmışlar və cavabdeh ilkin olaraq 500 manat ödəmişdir. Qalan ödənişləri 14 ay ərzində ayda 500 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin avtomobili “metallom” olaraq satmış və əldə etdiyi pulu mənimsəmişdir. Həmin avtomobili axtarsa da tapmamışdır. Sonradan cavabdeh onu “metallom” olaraq satdığını etiraf etmişdir. Nəticədə cavabdeh ona 7.000 manat ziyan vurmuşdur.Həmin borcu etiraf etməsinə dair videoyazı var və həmin videoyazı CD diski ilə təqdim etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh 10RO951 dövlət qeydiyyat nişanlı BMW 318 minik markalı avtomobillə bağlı nəqliyyat vasitəsini idarə etmək barədə etibarnamə vermişdir. İş materiallarında olan 36-cı polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, İddiaçımnun müraciəti ilə əlaqədar məsələ mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş CD diskinə yüklənmiş videodan görünür ki, Cavabdeh İddiaçı olan 7.000 manat borcunu etiraf etmiş və bir həftəyə qaytaracağını bildirmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, “varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır”. Məhkəmədə müəyyən olundu ki, İddiaçı BMW 318 markalı, 1994-cü buraxılış ili olan **-RO-*** qeydiyyat nömrə nişanlı avtomobili Cavabdeh etibarnamə əsasında idarə etmək üçün vermişdir. Cavabdeh 500 manat ilkin ödəniş etməklə, 14 ay ərzində 500 manat pulu İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Lakin bundan sonra Cavabdeh aylıq ödənişləri etməmişdir. İş materiallarında olan diskə əlavə edilmiş videodan görünür ki, Cavabdeh İddiaçı borclu olduğununu etiraf etmiş və qaytaracağını vəd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh 7.000 manat məbləğində borc tutulmalıdır. Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 7.000 (yeddi min) manat məbləğində pul vəsaiti və ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar