Məhkəmə qərarları › İş №2(003)-3114/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3114/2021

15.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3114/2021 15.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat ofisinə qarşı notariat hərəkətlərinin aparılmasından imtina tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat ofisinə qarşı ərizə ilə məhkəyə müraciət edərək, Bakı şəhəri 7 saylı Dövlət Notariat ofisi tərəfindən məhrum qardaşı X1 məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 811 B saylı bağ miras əmlak olaraq tam pay əsasında ona verilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs Bakı şəhəri 7 saylı dövlət notariat kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Həmçinin 12.07.2021 tarixində iddiaçı Ərizəçi ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxslər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat ofisinə qarşı Bakı şəhəri 7 saylı Dövlət Notariat ofisi tərəfindən məhrum qardaşı X1 məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 811 B saylı bağ miras əmlak olaraq tam pay əsasında ona verilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar